Axirətdə nələr olacaq?


alt


İnsan Uca Allahın hər şeyi xidmətinə verdiyi ən dəyərli varlıqdır. Elə isə insan ancaq yaşayıb, əylənib, sonunda da yox olmaq üçün yaradılmamışdır. Qurani- Kərimdə buyurulmuşdur: “Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!” (Qiyamət surəsi, 36). Bu da insanın bir məqsəd üçün yaradıldığını göstərir. Yenə Qurani-Kərimin bildirdiyinə görə, “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (Zəlzələ surəsi, 7-8). Bu da insanın dünyada ikən etdiyi hər əməlinin hesabını verəcəyini təsdiq edir. İslama görə bu dünya bir imtahandır. Pis və yaxşı insanlar biri-birindən fərqləndirilib seçilməsi üçün bu dünyada imtanhandan keçirilir. Dünya həyatında sonra tam ayrı və sonsuz bir həyat başlayacaq. Axirət bu sonsuz həyatın adıdır. Hər insan doğular, böyüyər, yaxşı və ya pis bir həyat yaşayar və sonunda ölər. Dünyamız da eynən bir insan kimi ölümlüdür. Bir gün dünyanın da ömrünün sonu gələcək, bütün planet bir anda yox olacaqdır. Biz bu günə Qiyamət günü deyirik. Daha sonra Uca Allah sonsuz qüdrətiylə yeni bir aləm yaradacaq. Bu yeni aləmdə insanlar dünyadəykən etdiklərinin hesabını verib, yaxşılıq və pisliklərinin qarşılığını görəcəklər. Axirətə iman, öldükdən sonra diriləcəyimizə, dünyadaykən etdiklərimizə görə sorğu-sual ediləcəyimizə və sonunda cəzalanacaq və ya mükafatlanacağımıza inanmaqdır. Hər insan əcəli gələndə ölər. Ölüm insanın yox olması demək deyildir. Yalnız ruhun bədəndən ayrılması və sonsuz bir aləmə köçməsidir. İnsanın ölümüylə bədəndən ayrılan ruh, Axirət aləminin başlanğıcı olan qəbir həyatını yaşayar. Qəbirdə Münkər və Nəkir adında iki mələk insana bir sıra önəmli suallar verərlər. Bu sualların başlıcaları: “ Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Kitabın nədir?” suallarıdır. Dünyadaykən iman edib xeyir işlər görənlər bu suallara doğru cavab verərlər. İmanı tam olmayanlar isə bu suallara doğru cavab verə bilməzlər. Sevimli Peyğəmbərimiz Məhəmməd (s.a.v) qəbirdə inasanların bu fərqli hallarını belə təsdiqləməkdədir: “Qəbir hər insan üçün dünyadakı durumuna görə ya Cənnət bağçalarından bir bağça və ya Cəhənnəm çuxurlarından bir çuxurdur”. Bundan aydın olur ki, hər insan vəziyyətinə uyğun olaraq qəbir həyatı yaşayacaqdır. Qiyamətin qopma zamanı gələndə İsrafil adlı mələk Sur adı verilən bir alətə üfləyəcəkdir. Beləcə bütün Yer kürəsi alt-üst olub, bütün canlılar öləcək. İsrafilin ikinci dəfə Sura üfləməsi ilə yeni bir dünya qurulacaq və bütün ölülər diriləcək. Məhşər adı verilən böyük bir meydanda toplanacaqlar. İnsanların dünyada etdikləri hər şey bir səhifə içərisində özlərinə veriləcək. Böyük bir məhkəmə qurulacaq. İnsanlar muhakimə ediləcək. Ömrünü nə yolda bitirdiyi, elmi ilə nələr etdiyi, malını necə qazanıb hara xərclədiyi, vücudunu hansı yollara sərf etdiyi soruşulacaq. Bu məhkəmədə heç bir şeyi inkar etmək mümkün deyil. Çünki insanın əli, ayağı, gözü, qulağı hətta günah etdiyi yerləri dilə gələcək, əməllərinə şahidlik edəcək. Bir-birilərini qarşı insanların şahidliklərinə də yer veriləcək. Daha sonra insanların etdikləri xeyir və şər əməllər necə olduğunu dəqiq bilmədiyimiz bir tərəzidə ölçüləcək. Etdiyi yaxşılıqlar ağır gələnlər Cənnəti, pis əməlləri ağır gələnlər isə Cəhənnəmi qazanacaqlar. Bu tərəziyə Mizan deyilir. Bundan sonra Cəhənnəmin üzərində necə olduğunu Allahdan başqa kimsənin dəqiq bilmədiyi bir körpü qurulacaq. İnsanlar savab əməllərinə görə fərqli vəziyyətlərdə bu Sırat deyilən körpüdən keçəcəklər. Bəziləri ildırım surətilə keçib Cənnətə girəcəklər. Pis insanlar isə Sıratı keçə bilməyəcək və Cəhənnəmə yuvarlanacaqlar.

melek=)

Şərhlər:

  1. ::HappilY:: dedi ki:
    cox sagol xebere gore

    ………

  2. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  3. _Cinbala_ dedi ki:

    Allah razi olsun

  4. UNDERCOVER dedi ki:

    4ox saol ALLAH razi olsun

  5. ...::EMERALD::... dedi ki:

    ELLERINE SAGLIK

  6. Ayselka dedi ki:

    cox sagol bele xeberlere varamda

  7. DaRk_AnGeL dedi ki:

    Cox sagol Canim menim Allah senden razi olsun

  8. ANGEL16 dedi ki:

    Allah razi olsun

  9. BuBLiK dedi ki:

    radakt pisdi…=((cox sagol ALLAH razi olsun..son olsudi yhwi olardi….

  10. Imperator dedi ki:

    saqol ALLAH RAZI OLSUN Redakt super

  11. the 13th Warrior dedi ki:

    Single Girl
    Amin

  12. Single Girl dedi ki:

    Deyesen sona az qalib…Allah komeyimiz olsun…Allah imanimiza guc versin! AMIN!chox sagol canim sende xebere gore…Allah savabina yazar inshALLLAh!

  13. BlAcKsTaRiN dedi ki:
    canim ellerine sagliq Allah razi olsun baci…..
  14. Miss_Azericka dedi ki:

    Cox sagol canim Allah razi olsun,oxumuwam bunlari kitabdan

  15. taliya dedi ki:

    sagol meleyim ALLAH razi olsun senden applause

  16. WHITE STAR dedi ki:

    ALLAH HAMIMIZA KOMEY LSUN cox saol xebere gore

  17. Dj ExTrEmE dedi ki:

    Allah Razi Olsun

  18. ZakonLubvi dedi ki:

    Allah razi olsun twk

  19. Gucci dedi ki:

    :(((axiret gelir yavaw yavaw:((

  20. Milady dedi ki:

    ALLAH RAZI OLSUN … ELLERIVE SALIG

  21. KoRoLeVa dedi ki:
    oxudum cox sagol Allah razi olsun((
  22. the 13th Warrior dedi ki:

    Allah razi olsun, Kopyaladim, inwallah sabah oxuyaram, indi telesirem.

  23. merry-girl dedi ki:

    Allah razi olsun canim ellerine sagliq