Allahla söhbət


alt
Dedim: İlahi çox naümidəm! 

Buyurdu: Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Zümər surəsi 53)
Dedim: İlahi! Heç kəs bilmir ki, mənim qəlbimdən nələr keçir? 
Buyurdu: “Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (Ənfal surəsi 24)
Dedim: İlahi! Səndən başqa heç kimim yoxdur! 
Buyurdu: “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf surəsi, 16) 
Dedim: İlahi! Sanki məni unutmusunuz? 
Buyurdu: “Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” (Bəqərə surəsi, 152) 
Dedim: İlahi! Nə vaxta kimi belə olacam? 
Buyurdu: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır).” (Əhzab surəsi 63) 
Dedim: İlahi! Sən əzəmətlisən ona görə də sənə yaxındır, amma mən kiçiyəm mənə görə uzaqdır. Bəs mən nə edim?
Buyurdu: “Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm (zəfər hökmünü) verənə qədər səbir et. O, hökm verənlərin ən yaxşısıdır!” (Yunus surəsi 109)
Dedim: İlahi! Sən çox sakitsən! Sən Pərvərdigarsan və aramsan, amma mən kiçiyəm və narahatam. İlahi işlərimi yoluna qoy! 
Buyurdu: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.” (Bəqərə surəsi 216) 
Dedim: İlahi! Sənin qüdrətsiz və zəif bəndənəm, Öz mərhəmətindən mənə də aid elə! 
Buyurdu: “Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.” (Bəqərə surəsi 143) 
Dedim: İlahi! Darıxıram. Qəlbim sıxılır! 
Buyurdu: “Allahın neməti və mərhəməti ilə – ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!” (Yunis surəsi 58) 
Dedim: İlahi! Sənə təvəkkül edirəm! 
Buyurdu: “Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” ( Ali İmran surəsi 159) 
Dedim: İlahi! Sənə şükür edirəm! 
Buyurdu: “İnsanlardan eləsi də vardır ki, Allaha şəklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!” (Həcc surəsi 11)
Dedim: İlahi! Mən çox tənhayam! 
Buyurdu: “Mən yaxınam!” (Bəqərə surəsi 186)

Dedim: İlahi! Sən həmişə mənə yaxınsan, amma mən çox uzağam. Ey kaş budan çox Sənə yaxın ola biləydim! 
Bururdu: “Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!” (Əraf surəsi 205) 
Dedim: Bu da qüdrət və istedad istəyir. 
Buyurdu: Məgər Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!” (Nur surəsi 22)
Dedim: İlahi! Həqiqətən çox istəyirəm ki, məni bağışlayasan! 
Buyurdu: “Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!” (Hud surəsi 90) 
Dedim: İlahi! Bu qədər günahla nə edə bilərəm? 

Buyurdu: “Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!” (Tövbə surəsi 104) 

Dedim: Daha tövbə etməkdən xəcalət çəkirəm, çünki bundan əvvəl də çox tövbə etmişəm amma, yenə günaha tərəf qayıtmışam. 

Buyurdu: “(Hər şeyi) Bilən Allahdandır- …Günahları bağışlayan, tövbələri qəbul edəndir….” (Ğafir surəsi, 2-3)

Dedim: O qədər günahımla hansında tövbə edim? 
Buyurdu: “Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (Zümər surəsi 53) 

Dedim: İlahi! Əgər yenə qapına gəlsəm, məni yenə bağışlarsanmı? 

Buyurdu: “Axı günahları Allahdan başqa kim bağışlaya bilər?” (Ali İmran surəsi 135)

Dedim: İlahi! Bilmirəm nəyə görə, hər vaxt sizin bu buyurduğunuzu eşitdikdə xəcalət çəkib içimdən yanıram və tövbə edirəm?

Buyurdu: “Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!” (Bəqərə surəsi 22)

Birdən dilimə gəldi: Ey mənim Allahım! Səndən başqa mənim kimi var? 

Buyurdu: “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!” (Zümər surəsi 36)

Sonda dedim: İlahi! Sənin bu qədər mehribanlığının qarşısında mən nə də bilərəm? 

Buyurdu: “Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!) Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. Allah möminlərə rəhm edəndir!” (Əhzab surəsi, 41, 42, 43)

Imperator

Şərhlər:

  1. qaraqan_girl dedi ki:

    ilk serh menden tesekkurler

  2. Tix_Tix_Xanim dedi ki:

    ”Ey iman gətirənlər! Allahı зox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sьbh, gьnorta, ikindi, axşam və gecə namazlarını qılın!) Sizi zьlmətdən nura зıxartmaq ьзьn mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. Allah mцminlərə rəhm edəndir!” (Əhzab surəsi, 41, 42, 43)

  3. BlAcKsTaRiN dedi ki:

    tewekkurlerrrrr

  4. hz_yusif dedi ki:

    ALLAH RAZI OLSUN

  5. UNDERCOVER dedi ki:

    4ox saol qardawim Allah senden razi olsun

  6. meleyim dedi ki:

    ilahi cox tenhayam.men yaxinam/superdi tsk xeberde ozumu gordum twk

  7. Lubov dedi ki:

    Insallah allahin beyenilmis bendelerinden olariq

  8. DaRk_AnGeL dedi ki:
    Cox sagol dosi hemiwe bele gozel xeberlerinle bizi sevindirirsen Allah senden razi olsun
  9. Nadejda_Lyubvi dedi ki:

    Allah razi olsun tewekkuller

  10. FRIDA dedi ki:

    ALLAH RAZI OLSUN

  11. alone-boy dedi ki:

    tesekkurler ALLAH razi Olsun

  12. sWeeT dedi ki:

    Allah razi olsun cox sag ol

  13. hearts dedi ki:

    ALLAH RAZI OLSUN!!!

  14. Kamilova dedi ki:

    COX SAGOL ALLAH RAZI OLSUN…

  15. WiRiNiM dedi ki:

    Allah razi olsun tewekkuller

  16. King_Of_THE_SKY dedi ki:

    SUPERR . Coxx Sagol ki Seni kimi USERLER Qalir Hele yoxsa Sevginin-son-qirami.net olacaq bunun adi xexexe XEBERE GORE COX SAGOL QAQAWH ..

  17. maiw mm dedi ki:

    maraxli idi clapping

  18. Miss_Azericka dedi ki:
    Allah razi olsun dosim
  19. ...::EMERALD::... dedi ki:

    SAG OL IMPERATOR

  20. kaktus dedi ki:

    ALLAH RAZI OLSUN imperator angel

  21. fanya_ya dedi ki:

    Choooooooooooox saq ol

  22. SoN_NeFeS dedi ki:

    Allah razi galsin super

  23. merry-girl dedi ki:

    Allah razi olsun cox sag ol

  24. Sabiw dedi ki:

    ALLAH RAZI OLSUN

  25. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…