Sevir, sevmir?

Günlərin bir günü kiçik bir tırtıl gözlərini dünyaya açır. Daxili instinktləri ilə dərhal qidalanmağa başlayır.
Sevir, sevmir?

Qarşısına nə çıxırsa, yeyir. Bir qədər sonra özünə yuva qurmağa başlayır. Bir müddət də bu yuvanın içində qalır, sonra gözəl və rəngarəng bir kəpənək kimi yuvadan çıxır.
Sevir, sevmir?

O, artıq uça bilirdi. Bu, onun üçün böyük sevinc idi. Havaya qalxır, uça bildikcə uçur. Sanki dünyanın ən xoşbəxt varlığı o idi. Dağları, təpələri aşır, meşələrin üzərindən keçir. Bir vadiyə çatır, elə bir vadi ki, rəngarəng güllərlə bəzənmiş bir xalını xatırladır. Bu gözəllik onu bir qədər heyrətləndirir. Bu vaxt gözünə bir qədər uzaqda gözəl bir gül dəyir, ona yaxınlaşır.

Sevir, sevmir?

Bu, gözəl bir çobanyastığı idi… Gülə-gülə salam verir gözəl gülə.

“Səni uzaqdan gördüm, yanına gəlmək istədim” – deyir çobanyastığına

Gül də nazlı-nazlı gözləmədiyi qonağına baxır və:

“Xoş gəlmisən, mən də tənhalıqdan sıxılırdım, yaxşı ki gəldin”,

Danışmağa başlayırlar, bir-birilərinə özləri haqqında məlumat verirlər. Xeyli söhbətləşirlər. Zaman keçdikcə bir-birilərinə daha çox bağlanırlar. Gecəni birgə keçirirlər, ayı, ulduzları seyr edirlər. Gündüz olanda da kəpənək qanadları ilə çobanyastığını günəşin qızmar şüalarından qoruyur.
Sevir, sevmir?

Onların bir-birilərinə münasibətləri qarşısıalınmaz bir sevgiyə çevrilir. Kəpənək onu o qədər sevir ki, ondan bir an belə kənarda qala bilmir. Ancaq çobanyastığının da onu sevdiyindən əmin deyil. Bir neçə dəfə bunu ondan soruşmaq istəsə də, buna cürət etmir. Gülün ondan inciyəcəyindən, küsəcəyindən, onunla münasibətlərinin soyuyacağından qorxur.

Çobanyastığı da kəpənəyi çox sevir. Ancaq o da sevgisini etiraf etməkdən çəkinir. Duyğularının qarşılıqlı olmayacağından ehtiyat edir.

Beləliklə, iki sevgili bir-birilərinə sonsuz, amma etirafsız məhəbbətlə birgə vaxt keçirirlər. Günlər keçir, kəpənək vaxtının başa çatdığını hiss edib:

“Mən artıq getməliyəm”,
– deyir. Bu ani sözdən çobanyastığı təlaşa düşür. Səbəbini soruşur:

“Yoxsa mənim yanımda xoşbəxt deyilsən?
Kəpənək “yox” deyir və səbəbini belə izah edir:
“Əksinə, səninlə çox xoşbəxtəm. Ancaq biz kəpənəklərin ömrü üç gündür, mən də ömrümü tamamladım”.
Bu sözlər qara xəbər kimi çobanyastığını çox məyus edir. Kəpənəyin gücü isə tükənirdi, artıq xeyli halsızlaşmışdı. Son dəfə gücünü toplayıb çobanyastığına:
“Səni sevirəm”
– deyir. Gül yerindəcə donub qalır. Axı bu, onun da çoxdan etiraf etmək istədiyi həqiqət idi. Sadəcə:

“Mən də…”
– deyə bilir kəpənəyin arxasınca. Sonra gözyaşlarını saxlaya bilmir:

“Kaş ki onun da məni sevdiyini bilsəydim, kaş ki onu sevdiyimi söyləyə bilsəydim…”
Sevir, sevmir?

Baş verənlər çobanyastığına çox pis təsir edir. Bir müddət sonra saralmağa başlayır, yarpaqları tökülür. Solan ləçəkləri düşməyə başladıqca, içindən

“məni sevirmiş”
sözlərini təkrarlayır…

…O gündən bəri aşiqlər sevildiklərinə əmin olmaq üçün çobanyastığının ləçəklərini bir-bir qoparırlar: Sevir, sevmir… Sevir, sevmir… Sevir, sevmir…

merry-girl

Şərhlər:

  1. taliya dedi ki:

    maraqliydi bu tarixceni bilmirdim tesekkur canim

  2. merry-girl dedi ki:

    de sag olun canlarim bu xeberi tam olaraq ozum redakte elemisem sekiller de ozm secmisem,beyendiyinize sevindim

  3. ZakonLubvi dedi ki:

    maraxli xeber ucun tewekkur ediremmmmmm twk

  4. DaRk_AnGeL dedi ki:
    Cox sagol super yazilib
  5. MELUSINA dedi ki:

    oxudum.cooooooooooox maraqlidi cox sagol merry-girl twk

  6. Бакинка dedi ki:

    o4enn o4ennn maraqlidie saol meerrycik=))))))))

  7. merry-girl dedi ki:

    ZakonLubvi,
    DaRk_AnGeL,
    MELUSINA,
    melek=),
    Бакинка,siz de sag olun canlarim

  8. N..PUSAT dedi ki:

    seven de bax gor kimi sevirsende

  9. Скажи-да dedi ki:

    cox sagol marqlidi twk

  10. fanya_ya dedi ki:

    maraqli xabardi supaaaar danke

  11. BuBLiK dedi ki:

    cera sevsin sehannema sevsin laugh1 coxda lazimidi ee=))
    cox sagol canim geway oformit elamisen=)

  12. merry-girl dedi ki:

    taliya,
    BuBLiK,siz de sag olun ureykalarim

  13. Single Girl dedi ki:

    cox saqol agez cox maraqliydi wekiller vowe dewet gewey…bisuz ne var djehennemeee sevsun qara gora sevsun cora sevsun day ne qaldi ondan=)

  14. Miss_Azericka dedi ki:

    cox sagol wirinim super give_rose

  15. ANGEL16 dedi ki:

    cox sagol maraqlidi

  16. Gucci dedi ki:

    wekiller qewekidi

  17. Milady dedi ki:

    GEWENG WEKILLER XEBER TWK

  18. UNDERCOVER dedi ki:

    4ox saol dosi

  19. BlAcKsTaRiN dedi ki:

    ay cox sagol…….!

  20. _Cinbala_ dedi ki:

    duzun desem oxumadim siftleri beyenmedim diyene bekede yaxsi xeberdi ama hevesim olmadi redak yeni sekiller yaxsidi

  21. ZoRRo_BaKu dedi ki:

    chox saq ol