İslami Şəxsiyyətlərdən Dua haqqında hədislər

alt

Dua

Hikmət əhli bir şəxs bu şəkildə buyurdu: Allah-taala duanı 3 şəkildə qəbul edir:

1. Duanı nağd qəbul edir. Yəni istədiyimizi dərhal verər.

2. Duanı nisyə qəbul edir. Yəni biz istədiyimiz qədər yalvaraq, Allah deyək, göz yaşı tökək. Bəs nə zaman verər? Ölərkən verər, qəbirdə verər, məhşərdə verər, mizanda verər, ən son Cənnətdə verər, amma mütləq verər.

3. Allah (c.c) duanı qəbul edər, amma istədiyimizi verməz. Bəs Uca Allah “Mən duaları qəbul edərəm” buyurur. Bəli, qəbul edir, amma O, istədiyimizi vermir, onun əvəzinə başqa şey verər. Elə bir şey ki, bəlkə o, istədiyimizdən daha qiymətlidir; etdiyimiz duanın əvəzinə başımıza gələcək bir çox bəlaları aparar.

Peyğəmbərimizdən (s) dua haqqında hədislər:

1. Allah-Taala bəndəsinin ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.

2. Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.

3. Qardaşın öz din qardaşına olan gizli duası rədd ediləsi deyil.

4. Bir şəxsin qaib bir şəxs barəsində etdiyi dua daha tez qəbul olar.

5. Gizli dua aşkar duadan 70 dəfə təsirlidir.

6. Qəlbiniz yumşalanda duanı qənimət bilin, çünki qəlbin riqqətliliyi rəhmdir.

7. Allah-Taala duada israrlı olanı sevir.

8. Atanın övladına duası, Peyğəmbərin ümmətinə etdiyi dua kimidir.

9. Dua möminin silahıdır.

10. Səbr və dua mömin üçün ən yaxşı silahlardır.

11. Üç dua mütləq qəbul olunar: məzlumun duası, müsafirin duası və atanın övladına etdiyi dua.

Həzrəti Əlidən (ə) dua haqqında hədislər:

1. Dua vasitəsilə bəla aradan qalxar.

2. Allahı ən yaxşı tanıyan kəs Ondan daha çox istəyəndir.

3. Dua möminin qalxanıdır. Hansı qapını çox döyürsənsə, üzünə açılar.

4. İnsanların ən acizi dua etməkdə aciz olandır (dua etməyəndir).

İmam Sadiqdən (ə) dua haqqında hədislər:

1. Allah-Taala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.

2. Dua etməyi unutmayın, çünki dua hər dərdin dərmanıdır.

3. Həqiqətən rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları aradan aparar.

4. Allaha edilən hər bir dua Muhamməd və Ali-Muhammədə salavat göndərmədikcə səmaya qalxa bilmir.

5. Dua edərkən əvvəl öz mömin qardaşlarından 40 nəfərə, sonra özünə dua edən şəxsin həm onlar (40 nəfər), həm də özü barəsində etdiyi duası qəbul olar.

6. Allah-taala gündəlik 5 vacib namazı günün ən fəzilətli vaxtlarında qərar vermişdir. Belə isə namazlardan sonra dua edin.

İmam Baqir (ə) buyurur:

And olsun Allaha ki, O, Öz dərgahına israrla əl açanların istəyini verər.

İmam Rza (ə) buyurur:

Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!

gulshan

Şərhlər:

  1. BlAcKsTaRiN dedi ki:

    cox sagol Allah razi olsun

  2. gulshan dedi ki:

    fanya_ya,
    А ЗРЯ

  3. Fidaska dedi ki:

    cox sagol dostik ALLAH razi olsun….

  4. taliya dedi ki:

    sagol canim
    [ quote=fanya_ya]man dinla stolko maraqlanmiram
    fanya mence gec olmadan maraqlan

  5. sirine dedi ki:

    allah razi olsun

  6. DaRk_AnGeL dedi ki:

    Cox sagol Canim menim Allah senden razi olsun

  7. UNDERCOVER dedi ki:

    4ox saol ALLAH razi olsun

  8. Ayselka dedi ki:

    HE COX SAGOL MENDE DUA ETMEKLE RAHATLIQ TAPIRAM

  9. Miss_Azericka dedi ki:

    ALLAH RAZI OLSUN

  10. hz_yusif dedi ki:

    ALLAH HAMINIZIN DUASINI QEBUL ETSIN COX SAGOL XEBERE GORE

  11. mR_bAkiNec dedi ki:

    sağol xəbərə görə

  12. meleyim dedi ki:

    Allah dualarimizi qebul etsin!Amin!

  13. VAHID dedi ki:

    İmam Baqir (ə) buyurur:
    And olsun Allaha ki, O, Цz dərgahına israrla əl aзanların istəyini verər.
    tesekkurler insallah hamimizin dualari qebul olar applause

  14. ANGEL16 dedi ki:

    cox gozel xeberdi ALLAH razi olsun

  15. Gucci dedi ki:

    cox saol ALLAH RAZI OLSUN twk

  16. Imperator dedi ki:

    super cox saqol twk

  17. Milady dedi ki:

    ALLAH RAZI OLSUN COOOOOOOX SAOL

  18. Скажи-да dedi ki:

    ALLAH razi olsun twk

  19. UNDERCOVER dedi ki:

    4oz saol bu gozel xebere gore ALLAH razi olsun

  20. _Cinbala_ dedi ki:

    İmam Rza (ə) buyurur:
    Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!

    Allah butun bendelerinin dularini qebul etsin icinde bizlerde olmaqla…Allah razi olsun xebere gore cox sagol

  21. Single Girl dedi ki:

    Butun icden urekle edilen dualar hemiwe yerine yetir sadece sebr edmek lazidmi her sheyin gec tezi var..Allah her birimizin dualarini qebul edsin! Allah imanimiza Guc versin! Chox saqol cicishka xeberine gore Allah sendende Razi Olsun!opucuk

  22. Бакинка dedi ki:
    [hide]Allah-Taala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona gцrə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.
    Dupbeduz fikir saol guluwum…..
    [/hide]
  23. fanya_ya dedi ki:

    man dinla stolko maraqlanmiram twk emeye xormat

  24. MELUSINA dedi ki:

    ALLAH RAZI OLSUN TESEKKURLER GULSHAN twk

  25. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…