Azərbaycanda ilk virtual ticarət mərkəzi yaradılıb

Azərbaycanda http://www.terasell.com/
– ilk virtual ticarət mərkəzi yaradılıb. Bu resurs vahid platforma
çərçivəsində Azərbaycanın müxtəlif internet-dükanlarını birləşdirəcək
ilk internet-məkanıdır. Layihənin məqsədi Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət
Proqramının (“Elektron Azərbaycan”) prinsiplərinə uyğun olaraq ölkədə
elektron ticarətin inkişafına yeni təkan verməkdən ibarətdir.

Layihənin
konsepsiyasına əsasən bütün ticarət şirkətlərinə “Terasell.com”
platformasında təmənnasız şəkildə virtual dükanın açılması üçün imkan
yaradılacaq. Platforma azərbaycanlı proqramçılar tərəfindən tamamlanıb,
və minimal İT-biliklərlə belə lazımi məlumatları internet-dükanlara
yükləyib, onları emal etməyə imkan verir.

Layihə çərçivəsində Bakı
və ətraf rayonları əhatə edən çatdırılma xidməti də təklif olunur.
Alış-verişin ödənilməsi həm kredit kart, həm də nağd ödəmə yolu ilə
çatdırılmadan sonra həyata keçirilə bilər.

Bundan əlavə, layihə
çərçivəsində elektron ticarətlərini müstəqil şəkildə inkişaf etdirməyə
çalışan şirkətlər üçün internet-dükan platformaları işlənib
hazırlanacaq.

Layihənin meneceri Arina Quliyevanın sözlərinə görə,
layihənin konsepsiyası Azərbaycanda öncədən mövcud olan elektron
ticarət modellərindən tamamilə fərqlənir, çunki hər bir kəsə hazır
platformadan təmənnasız şəkildə istifadə etmək imkanını verir, həmçinin
bütün İnternet-dükanlarını heç bir sərmayə olmadan vahid platforma
çərçivəsində birləşdirməyə imkan verir. O, qeyd etdi ki, “Terasell.com”
vahid resurs çərçivəsində onlara lazım olan məhsulları seçib almağa
çalışan istifadəçilər üçün də çox rahatdır.

Bundan əlavə, layihə
çərçivəsində elektron ticarətlərini müstəqil şəkildə inkişaf etdirməyə
çalışan şirkətlər üçün İnternet-dükan platformaları işlənib
hazırlanacaqlar. Həmin müştərilər üçün təmənnalı şəkildə tamamilə hazır
onlayn-dükanlı İnternet-saytlar yaradılacaq. Onlar da, öz növbəsində,
vahid İnternet-dükanlar şəbəkəsi çərçivəsində birləşdiriləcəklər.
Layihənin meneceri qeyd etdi ki, Azərbaycanda elektron ödəniş
sisteminin inkişafı ölkədə e-ticarətin inkişafı üçün nadir imkan
yaradacaq, və istehlakçıların vaxtlarına qənaət etməklə onların
həyatını daha da asanlaşdıracaq

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər: