Ümid varsa deməli …

alt

Ümid varsa deməli …

Yaponiyada 10 yaşlı bir balaca uşaq yaşayırdı. Ağır avtomobil qəzasından sonra sol qolunu itirən uşaq, demək olar ki gələcəyə olan bütün arzusunu da itirmişdi. Böyüyəndə məşhur cudo ustası olmağı arzulayan uşaq, arzusuna çata bilməyəcəyini düşünüb bütün günlərini depresiya içərisində sürürdü. Bunu görən atasının ürəyi dözmür, şəhərin ən məşhur cudo ustasının yanına gedərək ondan məsləhət almağı qərara gəldi. Usta bir az fikirləşəndən sonra: “Uşağı sabah gətir yanıma”, dedi. Səhər açıldı… Atası uşağı da götürüb ustanın yanına getdi. Usta diqqətlə uşağa baxdı, sonra gülümsəyərək dedi: “Balaca, mən səndə gələcəyin ən məşhur cudo ustasını görürəm. Sabah əşyalarını da götür gəl.” Bu sözlər uşağa ümid vermişdi. Səhər həvəslə yuxudan oyanan balaca ilk işi ustanın yanına getmək oldu. Usta ona çox maraqlı bir hərəkət göstərdi, sonra ona bu hərəkət üzərində işləməyi dedi. Uşaq bir həftə məşq etdi, hərkəti tam öyrənəndən sonra ustanın yanına yenidən gəldi. “Usta, mən hərəkəti tam öyrəndim. Mənə yeni hərəkət öyrətməyəcəksiz?” dedi. Usta cavabında: “Hələ bir az da məşq et, sonra…” 2 ay, 3 ay, 6 ay… beləcə 1 il keçdi… Hərəkətləri mükəmməl bilən balaca ustasına yenə müraciətlə dedi: “Usta, bir ildir ki, mən eyni hərəkəti təkrarlayıram. Yeni hərəkəti nə vaxt öyrədəcəksiz?” Usta yenə də: “Səbirli ol, balaca… Bir az da məşq et!” dedi. 2 il, 3 il, 5 il deyərkən, tam 10 il oldu. Uşaq artıq gənc olmuşdu. Cudonu da çox sevirdi. Ancaq onun bir qolu və cudoda bildiyi bir hərəkəti var idi. Bir gün usta gəncin yanına gələrək:”Hazırlaş, sənin adını yarışmaya yazdırdım. Sabah cudo üzrə yarışmanın ilk maçına qatılırsan.” Bunu eşidən gənc şok oldu. “Axı mənim bir qolum və bildiyim bir hərəkət var, necə olacaq? Həm də yarışmada şəhərin ən məşhur cudo ustaları olacaq. Mənim şansım yoxdur”. Deyə fikirləşirdi ancaq ustasına hörmət edir və səsini də çıxartmadı. Həyacanlı gün… Gənc yarışmanın ilk maçına çıxdı. Birinci rəqibinini tək qolu və tək hərəkəti ilə qalib gələn gənc beləcə yarımfinal və nəhayətdə finala çıxdı. Finalda son 10 ilin çempionu ilə üz-üzə gəlməli idi, bunun çətin və məsuliyyətli iş olduğunu bilən gənc ustasının yanına getdi və: “Usta, şükür ALLAH , bura qədər gəlib çıxdım. Ancaq bir qolum və bildiyim bir hərəkətlə belə çempiona qalib gələ bilməyəcəm. Çıxıb rəzil olmaqdansa icazə verin mən gedim”, dedi. Usta: “Yox!!! Olmaz!!! Sən gedə bilmərsən!!! Çıx və döyüş!!! Özünə güvən! Uduzsan da namusunla uduz”, dedi. Çarəsiz gənc bütün gücünü toplayaraq yarışmaya çıxır. Maç başladı… Bildiyi tək hərəkəti yerinə yetirir ki birdən… Rəqibinə qalib gəlir və çempion olur. Sevincindən ustasının yanına atılır və deyir:”Usta, mən qalib oldum… Ancaq necə? Tək qolum və tək hərəkətim… Usta bu necə oldu? Bunun hikməti nədir?” Usta gənci qucaqlayır və: “Bax oğlum, sən 10 il dayanmadan eyni hərəkəti öyrəndin, o qədər mükəmməl öyrəndin ki, artıq yer üzündə o hərəkəti səndən yaxşı bilən yoxdur ”- bu bir. İkincisi isə, “o hərəkətin tək bir qarşı hərəkəti var, onun üçün də sənin sol qolun lazımdı.” Sonda isə usta dedi: “İnsanların əkllikləri bəzən, eyni zamanda ən güclü tərəfləri ola bilər. Ancaq yetər ki, bu əkliklər onların ağıllarında və inamlarında olmasın.”


ALLAH heç bir bəndəsinə gücü yetməyəcək qədəri ilə yükləmir. Nə olursa olsun insan inamını itirməməli və həyatının bütün sınaqlarından inamla keçməlidir.

Ümid varsa deməli ALLAHA inam və sevgi də var.

İlk xəbərimdə köməyinə görə Бакинка-ya

MELUSINA

Şərhlər:

  1. ANGEL16 dedi ki:

    Ilk xeberin mubuwdu.Amma yaxwi oxuya bilmedim twk

  2. _Aynur_ dedi ki:

    Cox saq ol maraqli xebere gore…

  3. 90_EJ_062 dedi ki:

    maraqli xeber idi .. Allah hec kime goture bilmeyeceyi yuku vermir

  4. _ESME_ dedi ki:

    Baciş TŞK, cox maraqlı idi. Əllərinə saglik.

  5. Бакинка dedi ki:
    djanee kravitsaaa qewey xeberdi…elbet haminin bir yerde umid iwigi yanir…
  6. UNDERCOVER dedi ki:

    maraqli xebere gore 4ox saol

  7. fanya_ya dedi ki:

    insanin oz nadejdasini itirmasi 4ox ploxo bir weydi twk

  8. MELUSINA dedi ki:

    BEYENENLERE DE,BEYENMEYENLERE DE TESEKKURLER

  9. Miss_Azericka dedi ki:

    Ilk xeberin mubuwdu gul

  10. RoZaLiNDa dedi ki:

    BLACK STAR,
    cox saol =))uje oxuya biliremmm

  11. BlAcKsTaRiN dedi ki:

    cox sagol………!ilk xeberin mubusdu……..!

  12. BLACK STAR dedi ki:

    xeberi duzeldende duz redakte edinde…..uje duzeltdim..!!

    ilk xeberun mubarek..ugurlar size…!!

  13. Single Girl dedi ki:

    Insanin ureyinde neyese qarwi inam varsa…Umidle yawayirsa her wey oalcaqina catar..Vay o gunden ki o ureyinin bir terinde olan balaca bir umidinde itti…Cox saqol xeberine gore birinci xeberinde mubuwdu peyiwim cox saqol sende ureyimmmopucuk

  14. RoZaLiNDa dedi ki:

    oxmuya bilmirem wrifti deiwin xaiw edirem bir xeber baxun

  15. Dj ExTrEmE dedi ki:

    Cox saggol Qeweng redaktre Olunmuwdu deymedim ancaq wekili degiwdim))Ilk Xeberin Mubasibetiyle tebrik edirem flower

  16. DaRk_AnGeL dedi ki:

    Allahdan hec vaxt umid kesilmez.Ilk xeberin mubuwdu)))

  17. meleyim dedi ki:

    dusundurucudu.umud cox seyi hell edir

  18. _Cinbala_ dedi ki:

    SEBRIM CATMADI OXUMAGA DOGURDAN COX MARAQLI XEBERE OXSUYUR…AXSAM OXUYUB WERHIMI YAZARAM



    ALLAH heз bir bəndəsinə gьcь yetməyəcək qədəri ilə yьkləmir. Nə olursa olsun insan inamını itirməməli və həyatının bьtьn sınaqlarından inamla keзməlidir.



    Dediyim kimi oxudum coooox xosma geldi…cox sagol ilk xeberin mubus…axarinci olsun…piwkam sende sagolki hamina yardim elini uzadirsan yoxdu senden bayaca piwkammmmm opucuk

  19. MELUSINA dedi ki:

    Dj ExTrEmE,
    Men de oz-ozume deyirem sekil nece deyisdi.Cox sagol Terlan qeseng sekil qoymusan

  20. X_LIFE dedi ki:

    Xebere gore tewekkur MELUSINA .

    Dogrudan da, UMID sonda цlьr…

  21. taliya dedi ki:

    1-CI XEBERIN MUBUS DOGURDANDA HER SEYE INAM LAZIMDI twk

  22. Milady dedi ki:

    İLK XEBERIN UCUN TEWEKKUR AMA OXUMAGA CETINLIK CEKDIM

  23. Alish dedi ki:

    maraqli. teshekkur gul