Həzrəti Əli (ə) Haqqında Nazil Olan Ayələr

alt

İbn Əsakir Abbasa istinadən belə nəql edir: “Uca Allahın kitabında (Quranda) Əli (ə) haqqında nazil olan ayələr qədər heç bir kəs haqqında nazil olmamışdır”. “Əli (ə) haqqında üç yüz ayə nazil olmuşdur”.



H601;zr601;ti 399;li (601;) Haqq305;nda Nazil Olan Ay601;l601;r

İbn Abbas belə qeyd edir: “İman gətirməkdə (başqalarından) öndə olanlar” (əl-Vaqiə 10) ayəsi Firon ailəsindən olub, imanını gizli saxlayan mömin – Hizqil, Yasin surəsində xatırlanan Həbib Nəccar və Əli ibn Əbu Talib (ə) haqqında nazil olmuşdur. Onlardan hər biri ümmətinin ilk iman gətirənləridir. Əliyə gəlincə o, iman gətirməkdə onlardan daha üstündür.



H601;zr601;ti 399;li (601;) Haqq305;nda Nazil Olan Ay601;l601;r

“Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı çatdır. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyi peyğəmbərlik vəzifəsini) yerinə yetirməmiş olarsan.” (əl-Maidə 67) Fərruxzari özünün “Təfsir əl-kəbir” əsərində belə qeyd edir: “Bu ayə Əli ibn Əbu Talib (ə) barəsində nazil olmuşdur.” Belə ki, o, nazil olduğu zaman Peyğəmbər (s) Əlinin (ə) qolundan tutaraq belə buyurdu: “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. Ey Allahım! Hər kim onu (Əlini) özünə dost tutarsa, onu Özünə dost, düşmən tutarsa, Özünə düşmən tut!” Bu münasibətlə Ömər Əli (ə) ilə görüşüb dedi: “Təbrik edirəm, artıq sən mənim və eləcə də hər bir mömin kişi və qadının mövlası oldun.”



H601;zr601;ti 399;li (601;) Haqq305;nda Nazil Olan Ay601;l601;r

Əbu Səid Xidri belə nəql edir: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı çatdır…” ayəsi Qədir-xum günü Əli ibn Əbu Talib (ə) haqqında nazil olmuşdur.



H601;zr601;ti 399;li (601;) Haqq305;nda Nazil Olan Ay601;l601;r

Əbu Səid Xidri belə qeyd edir: Allahın Peyğəmbəri (s) “Qədir-xum” günü özündən sonra İslam ümmətinə Əlini (ə) rəhbər təyin edib, müsəlmanlara onun rəhbərliyini elan etdikdə Cəbrayıl (ə) nazil olub Peyğəmbərə (s): “Bu gün sizin üçün dininizi kamil etdim!” ayəsini tilavət etdi.



H601;zr601;ti 399;li (601;) Haqq305;nda Nazil Olan Ay601;l601;r

İbn Abbas belə nəql edir: “Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri vardır” (ər-Rəd 17) ayəsi nazil olduqda Peyğəmbər (s) əlini onun (Əlinin) sinəsinə qoyub buyurdu: “(İnsanları Allahın əzabı ilə) qorxudan mənəm!”Sonra o: “Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri vardır” – deyib, əli ilə Əlini (ə) işarə edərək buyurdu: Doğru yol göstərən isə sənsən, ey Əli! Doğru yolda olanlar məndən sonra yalnız səninlə (sənin göstərişlərinə və buyuruqlarına əməl etməklə) doğru yolda olacaqlar.



H601;zr601;ti 399;li (601;) Haqq305;nda Nazil Olan Ay601;l601;r

Əta ibn Yəsar nəql edir: Vəlid bin Üqəbə bin Əbu Müit ilə Əli (ə) arasında mübahisə yaranmışdı. Vəlid bin Üqəbə dedi: “Mən danışdıqda səndən fəsahətli, qılıncım qılıncından iti və qoşunum qoşunundan qüvvətlidir”. Əli (ə) isə ona: “Kəs səsini sən fasiqsən” – deyə cavab verdi və bu münasibətlə Allah: “Məgər mömin kimsə ilə fasiq (Allahın itaətindən çıxmış) eynidirmi? Əlbəttə, onlar eyni ola bilməzlər!” (əs-Səcdə 18) ayəsini nazil etdi.



H601;zr601;ti 399;li (601;) Haqq305;nda Nazil Olan Ay601;l601;r

Mücahid ibn Abbasdan belə nəql edir: “Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.” (əl-Bəqərə 274) ayəsi Əli ibn Əbu Talib (ə) haqqında nazil olmuşdur. Belə ki, onun dörd dirhəmi var idi. Onlardan birini gecə, birini gündüz, birini gizlində, birini də aşkar yoxsullara sərf etmişdir.



H601;zr601;ti 399;li (601;) Haqq305;nda Nazil Olan Ay601;l601;r

“Həqiqətən, sizin vəliniz Allah, Onun Peyğəmbəri və iman gətirən kəslərdir. O kəslər ki, namaz qılır və rükuda ikən zəkar verirlər.” (əl-Maidə 55) Əbuzər (Allah ondan razı olsun) bu ayə ilə bağlı nəql edir: Bir gün Peyğəmbər (s) ilə birlikdə zöhr namazı qılırdım. Yoxsul bir şəxs məsciddə olan müsəlmanlardan yardım dilədi. Ancaq heç kim ona yardım etmədi. Bunu görən yoxsul əllərini göyə qaldırıb dedi: “Ey Allahım! Şahid ol ki, mən Peyğəmbər məscidində müsəlmanlardan kömək dilədim, ancaq heç kim mənə kömək etmədi.” Əli (ə) həmin vaxt namazda rüku halında idi. O, sağ əlini (çeçələ barmaqla orta barmaq arasında olan) barmağı ilə işarə etdi. Onun barmağında bir üzük var idi. Yoxsul Peyğəmbərin (s) gözü önündə yaxınlaşıb üzüyü götürdü. Bu hadisəni müşahidə edən Peyğəmbər (s) belə buyurdu: “Ey Allahım! Qardaşım Musa sənə dua edərək belə buyurmuşdu: “Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü anlasınlar və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver, qardaşım Harunu.”Sən də onun duasını qəbul etdin və ayə nazil edərək “Sənin arxanı möhkəmləndirəcək, ikinizə də dəlil (möcüzə və qüdrət) verəcəyik”-buyurdun.



H601;zr601;ti 399;li (601;) Haqq305;nda Nazil Olan Ay601;l601;r

Ey Rəbbim! Mən Məhəmməd də Sənin peyğəmbərin və vəsinəm. Mənim də köksümü açıb genişlət, işimi yüngülləşdir. Mənə də öz ailəmdən oaln Əlini vəzir və et! Onunla arxamı möhkəmləndir!”



H601;zr601;ti 399;li (601;) Haqq305;nda Nazil Olan Ay601;l601;r

Əbuzər deyir: “Allaha and olsun ki, Peyğəmbər (s) bu sözlərini bitirər-bitirməz Cəbrayıl (ə) nazil olaraq bu ayəni oxudu.”



H601;zr601;ti 399;li (601;) Haqq305;nda Nazil Olan Ay601;l601;r

Cabir bin Abdullah belə nəql edir: “Peyğəmbərin (s) yanında idik. Əli (ə) gəldi. Peyğəmbər (s) (onu gördükdə) “And olsun canım əlində olana (Allaha)! Bu Əli və onun şiələri – məhz onlar qiyamət günü nicat tapan (xeyirə qovuşan) kəslərdir” -buyurdu və bu ayə nazil oldu: “İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.” (əl-Bəyyinə 7) Beləliklə, Əli (ə) gəldikdə Peyğəmbərin (s) səhabələri belə deyərdilər: “Budur, yaradılmışların ən yaxşısı gəldi!”



H601;zr601;ti 399;li (601;) Haqq305;nda Nazil Olan Ay601;l601;r

“İnsanlardan eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah Öz bu bəndələrinə qarşı çəx mehribandır” (əl-Bəqərə207). Fərruxrazi belə qeyd edir: Bu ayə Əli ibn Əbu Talib (ə) haqqında nazil olmuşdur. Belə ki, Peyğəmbər (s) müşriklərin aramsız təqiblərinə məruz qaldığından məcburi surətdə Məkkədən Mədinəyə hicrət edərkən gizlənmək məqsədilə mağaraya daxil olduğu gecə Əli (ə) Allahın razılığını qazanmaq üçün öz canını fəda edib Peyğəmbərin (s) yatağında gecələdi. Rəvayətə əsasən Əli (ə) Peyğəmbərin (s) yatağında yatarkən Cəbrail (ə) başının üzərində, Mikayıl (ə) isə ayaqlarının önündə durmuş və Cəbrail (ə): “Təbrik edirəm! Kim sənin kimi ola bilər, ey Əbu Talib oğlu?! Allah səninlə mələkləri qarşısında fəxr edir!” -söylədi.

Imperator

Şərhlər:

  1. Tix_Tix_Xanim dedi ki:

    Allah razi olsun

  2. DaRk_AnGeL dedi ki:

    Cox sagol Allah razi olsun

  3. ...::EMERALD::... dedi ki:

    SAG OL IMPERATOR.HEMISEKI KIMI SUPER

  4. kaktus dedi ki:

    ALLAH RAZI OLSUN applause applause applause

  5. UNDERCOVER dedi ki:

    4ox saol qaqawim Allah razi olsun senden

  6. Alone Girl dedi ki:

    allah razi olsun peygemberimizi yada saldigin ucun. twk applause

  7. fanya_ya dedi ki:

    CHOX SAQ OL!
    XABARA GORA DOSI!
    angel angel angel

  8. 86965vidiw dedi ki:

    \"ALLAH\" BIZI HEC VAX \"DINIMIZDE\",\"IMANIMIZDAN\" VE \"MUSELMAN\"LIGIMIZDAN UZAQ ETMESIN WEYTANI BIZDEN UZAQ SAXLASIN \"AMIN\"

  9. Nadejda_Lyubvi dedi ki:

    Allah razi olsun

  10. Miss_Azericka dedi ki:
    ALLAH RAZI OLSUN
  11. WiRiNiM dedi ki:

    ALLAH RAZI OLSUN tewekkuller

  12. merry-girl dedi ki:

    xebere gore cox sag ol Allah razi olsun bele seyleri oxumaq mutleq lazimdi

  13. Sabiw dedi ki:

    ALLAH RAZI OLSUN

  14. hz_yusif dedi ki:

    ALLAH RAZI OLSUN QARDAS GOZEL XEBErIN UCUN applause

  15. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…