Quranda Peyğəmbərlərin Duaları


alt


Quranda Peyğəmbərlərin Duaları

“Dua” lüğətdə istəmək, bir şeyə rəğbət etmək və bir kəsdən nə isə istəmək mənasındadır. (Qamus əl-muhit, dua bölməsi.)
İslamda “Dua” termini, Allahdan kömək və xeyirxahlıq diləmək, onun müqabilində öz acizliyini nümayiş etdirmək və Tanrı ilə mənəvi rabitə yaratmaqdır.
Qurani kərim bir çox ayələrdə açıq-aydın camaatı dua etməyə çağıraraq, onu qəbul edəcəyinə vəd etmişdir.
Allah-təala buyurur: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (Bəqərə surəsi, 186-cı ayə.)
Başqa ayədə dua etməyə əmr edərək buyurur: Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” (Ğafir surəsi, 60-cı ayə.)
Peyğəmbər (s) buyurur: “Camaatın ən acizi dua etməyi bacarmayan şəxslərdir” (İddətüd-dai, səh. 24.)
İmam Əli (ə) buyurur: “Allah yanında ən sevimli əməl yer üzündə edilən duadır” (Kafi, c.2, səh. 467.)

Quranda Peyğəmbərlərin Duaları

1) Həzrət Adəmin (ə) duası

O Həzrət cənnətdən uzaqlaşdırılarkən dedi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər”. (Əraf surəsi, 23-cü ayə.)
Quranda Peyğəmbərlərin Duaları
2) Həzrət Nuhun (ə) duası
O həzrət dua edərkən buyurdu: “Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!” (Nuh surəsi, 28-ci ayə.)
Quranda Peyğəmbərlərin Duaları
3) Həzrət İbrahimin (ə) duası
Həzrət İbrahim (ə) öz ailəsini Məkkənin susuz səhrasında qoyandan sonra buyurdu: “Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim.
Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!…
Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et.
Ey Rəbbimiz! Duamı qəbul et!
Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!” (İbrahim surəsi, 37, 40 və 41-ci ayələr.)
Quranda Peyğəmbərlərin Duaları
4) Həzrət Süleyman (ə)-ın duası
Allah-təala həzrət Süleyman (ə)-ın duasını belə nəql edir: “Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!” ( Nəml surəsi19-cu ayə.) 
Quranda Peyğəmbərlərin Duaları
5) Həzrət Yunus (ə)-ın münacatı
Allah-təala həzrət Yunus (ə)-ın balığın qarınında olarkən etdiyi duanı belə nəql edir: “…Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”,-deyib dua etmişdi. Biz onun (Yunisin) duasını qəbul etdik və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq…” (Ənbiya surəsi, 87 və 88-ci ayələr.)
Quranda Peyğəmbərlərin Duaları
6) Həzrət Yusif (ə)-ın duası
Allah-təala həzrət Yusif (ə)-ın Züleyxa ilə macərasında etdiyi duanı belə nəql edir: “(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”. Rəbbi (Yusifin) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir!” (Yusif surəsi, 33-cü ayə.)
Quranda Peyğəmbərlərin Duaları
7) Həzrət Musa (ə)-ın duası
Quran həzrət Musa (ə)-ın Allahdan ruzi istəməsi barəsində buyurur: “…Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” ( Qəsəs surəsi, 24-cü ayə)
Quranda Peyğəmbərlərin Duaları
8) Həzrət Zəkəriyya (ə)-ın duası
O həzrət Allah-təaladan salih övlad istəyərkən belə dua etdi: “Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!” (Ali İmran surəsi, 38-ci ayə.)
Quranda Peyğəmbərlərin Duaları
Allah-təala islam peyğəmbərinə (s) xitabən buyurur: “(Ya Peyğəmbər!) De: “Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!” (Cinn surəsi, 20-ci ayə.)

Imperator

Şərhlər:

  1. Dj ExTrEmE dedi ki:

    Allah Razi Olsun

  2. Imperator dedi ki:

    _Cinbala_,
    cox saqol ALLAH sizdende razi olsun thank_you
    Haminiza tesekkurler blum3

  3. meleyim dedi ki:

    Allah dualarinizi qebul etsin yes

  4. DaRk_AnGeL dedi ki:
    Cox sagol dosi Allah razi olsun senden
  5. ...::EMERALD::... dedi ki:

    ALLAH RAZI OLSUN

  6. Single Girl dedi ki:

    Allah haminin dualarini qebul edsin! Hamimizin komeyi olsun! Bizi oz yolundan ayirmasin! AMIn!ALLAH imanimiza guc versin!! Bizi sebrli bendelerinden edsin!!

  7. Angel88 dedi ki:

    [b][color=#3333FF] hamisi gozel hedislerdi tsk

  8. Miss_Azericka dedi ki:

    Allah Razi Olsun

  9. hz_yusif dedi ki:

    6) Həzrət Yusif (ə)-ın duası
    Allah-təala həzrət Yusif (ə)-ın Zьleyxa ilə macərasında etdiyi duanı belə nəql edir: \"(Yusif) dedi: \"Ey Rəbbim! Mənim ьзьn zindan bunların məni sцvq etdikləri işi gцrməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”. Rəbbi (Yusifin) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir!\" (Yusif surəsi, 33-cь ayə.)

    ALLAH RAZI OLSUN

  10. MELUSINA dedi ki:

    XEBERE GORE TWK-LER ALLAH RAZI OLSUN twk

  11. _ESME_ dedi ki:

    Cox gozel idi TWK-ler. Allah razi olsun twk

  12. decel dedi ki:

    АЛЛАХ разы олсун

  13. RoZaLiNDa dedi ki:

    \"Mən ancaq цz Rəbbimə ibadət edirəm və heз kəsi Ona şərik qoşmuram!” (Cinn surəsi, 20-ci ayə.)


    cox saol

  14. BlAcKsTaRiN dedi ki:

    cox sagol ALLAH RAZI OLSUN…!

  15. gulshan dedi ki:

    cox saq ol gozel xebe gore Allah savabina yazsin

  16. UNDERCOVER dedi ki:

    4ox saol brat Allah razi olsun

  17. Milady dedi ki:

    ALLAH RAZI OLSUN

  18. _Cinbala_ dedi ki:

    Allah senden ve butun bendelerinden razi olsun…bu cur gozel dini xeberleri saytda bizimle bolusursen wirin

  19. fanya_ya dedi ki:

    ALLAX razi OLSUN!…

  20. _Sia_ dedi ki:

    Ilahi menden sonra gelen ve sozlerimi neql eden, sunnetlerimi xalqa catdiran, insanlara oyreden, onlari yada salan xeleflerime sen rehmet et.

    MEHEMMED PEYGEMBER (S.E.S)

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…