Həyat Yoldaşı Seçimi


alt

Həyat Yoldaşı Seçimi
Ailənin müvəffəqiyyətində ən təsirli addım həyat yoldaşı seçimində yetərincə diqqət göstərilməsi və araşdırma aparılmasıdır. Təcrübə göstərir ki, ailədə baş verən bir çox acılıqların səbəbi həmin bu mərhələdəki məlumatsızlıq və qəflətdir. Bəziləri yetərincə araşdırma aparmadan ailə həyatı qurur. Belələri uyğun sahədə səhlənkarlıqlarının acı nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bəziləri isə həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və nəticədə üzücü peşmançılığa düçar olurlar. Ailənin müvəffəqiyyəti hər şeydən öncə həyat yoldaşının agahlıqla seçilməsi və bu seçimdə düzgün meyarlardan istifadə olunmasından asılıdır. Hələ ki, ailə həyatı qurmamış və ailə təcrübəsi olmayan bir kəs bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu düzgün dərk edə bilmir. Ailə qurduqdan sonra isə insan bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu anlayır. 
Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda məqsədinin nə olduğunu və ailə həyatından nə istədiyini müəyyənləşdirməlidir. Müəyyənləşdirilməlidir ki, məqsəd varlanmaq və daha çox maddi ləzzət duymaqdır, yoxsa insani və mənəvi dəyərləri qorumaqla sağlam ailə qurmaq? 
İnsan bu suala cavab verməklə öz həyat yolunu müəyyənləşdirir. Həyat yoldaşı seçimi də bu baxışdan asılıdır. Əgər yalnız maddi və zahiri məsələləri meyar götürsək və bu əsasda seçim aparsaq, ailədən vəfa, səmimiyyət, fədakarlıq və məhəbbət intizarında olmamalıyıq. Məlum məsələdir ki, uyğun dəyərlərə malik olmayan ailənin olmağındansa olmamağı yaxşıdır. Ciddi problemlərlə rastlaşmış və qısa bir zamanda dağılan ailələrin əksəri həmin bu növə aiddir. Yəni bu ailələrin təməli gerçək dəyərlər üzərində qurulmamışdır. Təcrübədən məlum olur ki, bəzi gənclər ailə həyatı qurmağı ticarətlə səhv salırlar. Evlənməkdə məqsədi sərvət əldə etmək olanlar da var. Bəziləri də qarşı tərəfin yalnız zahiri gözəlliyini əsas götürür, düşüncə və şəxsiyyəti ilə maraqlanmırlar. Həyat yoldaşı seçimində qarşı tərəfin ictimai mövqeyini, peşəsini əsas götürənlər də var. Bu vaxt təbii ki, zəruri amillər nəzərdən qaçırılır. Bütün bu hallarda müştərək həyatın davamı problemə çevrilir. 
Ailələrə və ailə qurmaq fikrində olan gənclərə belə bir mühüm nöqtəni xatırlatmaq lazım gəlir ki, həyat yoldaşı seçimində gözüyumulu addım atmaqla öz gələcəklərini puça çıxarmasınlar. Çünki bu səhv addımın ardınca bir ömür peşmanlıq gəlir.

hz_yusif

Şərhlər:

  1. SeViLeN dedi ki:

    hmm maraqli idi tsk

  2. hz_yusif dedi ki:

    twkr cox sag olun ALLAH razi olsun

  3. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol…

  4. VERY_SHY dedi ki:

    oxumadm maragli gelmedi

  5. DaRk_AnGeL dedi ki:

    Cox sagol xebere gore

  6. merry-girl dedi ki:

    Allah razi olsun

  7. hz_yusif dedi ki:

    merry-girl cumlemizden ALLAH razi olsun

  8. Jelannaya_013 dedi ki:

    supeer ellerine saglix maraxliydi…

  9. fanya_ya dedi ki:

    ewiiiii sevgi fuflodu

  10. ...::EMERALD::... dedi ki:

    Melumata gore sag ol

  11. Single Girl dedi ki:

    Esi evlilik mevlilik hele cox vareeee)))Amma InwALlah her birimizin qabagina ona layiqli birisi cixar

  12. Gucci dedi ki:

    kaw elimizde ola cunki cox wey bizim secimimizle deyil heyat taleyimizle bagilidi

  13. BuBLiK dedi ki:

    menlik deyil…mena heyat yoldawi lazim deyil..hamsi kozoldu=))onnansa bidena goyunnan zadttan sahla olar seni atmazlar ve alladmazlar=)cox sagol hebyare gora..

  14. hz_yusif dedi ki:

    menim xeberimi ne yaxsi duzeltmisiz men hec bele gozlemirdim applause tskr

  15. MELUSINA dedi ki:

    Ailələrə və ailə qurmaq fikrində olan gənclərə belə bir mьhьm nцqtəni xatırlatmaq lazım gəlir ki, həyat yoldaşı seзimində gцzьyumulu addım atmaqla цz gələcəklərini puзa зıxarmasınlar. Зьnki bu səhv addımın ardınca bir цmьr peşmanlıq gəlir.


    MARAQLI XEBERE GORE TWK-LER twk

  16. Imperator dedi ki:

    twk cox saqol maraqlidi

  17. taliya dedi ki:

    bunu oxumusdum yenede sagol

  18. _Cinbala_ dedi ki:

    BuBLiK,
    LoooooooooooooooooL age bu neydi oldum gulmekden =)))xaxaxaxaxx

    Xebere gore cox sagol Sevib aile qurmaq eladi mence,Yasiyauq goreruk

  19. Milady dedi ki:

    maraqlı xeberın ucun twk

  20. Miss_Azericka dedi ki:

    cox sagol

  21. Cici_Girl dedi ki:

    Əla xəbərdi, həqiqətən! Mİnnətdaram Yusif bəy!