Anamdan öyrəndiklərim…

Anam Aynam idi,
‘Xoşbəxt olmaq çox əhəmiyyətli, bunun üçün çox şey lazım deyil. Nəfəs aldığın üçün, həyatda olduğun üçün, insan olduğun üçün, düşünüb danışa bildiyin üçün xoşbəxtsən balam.’ deyərdi
Anam Aynam idi,
‘İnsanların zərər görməyəcəkləri şəkildə danışmaq və davranmaq insanlıq vəzifəsidir.’ – deyərdi. Bu mövzuda özü həmişə öndə gedərdi. Üzr dilənəcəksə əgər, əvvəlcə o diləyərdi. Təşəkkürmü ediləcək, yenə o liderlik edərdi. Həyatı nə gözəl anlamısan canım anam. İndi səndə gördüklərim belə, et demədiyin halda zehinimə yerləşmiş. Bizi kitab kimi yazmısan ki, oxuyaq deyə. Oxuyuram.
Anam Aynam idi,
Azca kədərli görsə bizi, dərhal gül bağçası qoxulu qucağı, bizim hüznümüzü baharın ilıq küləyi kimi götürər dağıdardı. Bizi danışdırar, dinləyər və, ‘Bundan sonra belə davransan daha yaxşı ola bilər, yenə də sən bilərsən.’ deyərdi.İpək əlləri nə vaxt toxunsa saçlarıma, ana olmaq üçün darıxar, varlığı üçün, maraq və sevgisi üçün fikrə gedərdim. Heç məhrum qalmadım diqqətindən və sevgisindən. Görəsən onun üçünmü güclü duruşum və xoşbəxt böyüdüm. Onun üçünmü qorxuların məndən qorxur olması. Həyatı coşğuyla yaşayışım və içindəki çətinliklərə qarşı dözümüm ona görədirmi görəsən?Anam Aynam idi,
‘İnsan evində xoşbəxtliyi tuta bilməzsə, qapıdan çıxınca heç yetişə bilməz.’ deyərdi. ‘Xoşbəxt olmaq və xoşbəxt etmək əslində insanlar üçün çox asandır.’ deyərdi. ‘Əvvəl sən xoşbəxt ol! Çünki yaşamadığını yaya bilməzsən, tanımadığını tanıda bilməzsən, anlaya bilmədiyini izah edə bilməzsən. Xoşbəxt olsan təbəssümün bol olar, daha sağlam yaşayarsan və doğru davranmanın zəminini tutmuş olarsan. Çünki xoşbəxtlik,doğru davranmanın dərmanıdır. Qarşındakına əvvəl sən dəyər ver və hörmət et ki, onun könül torpağında sevgi toxumları yaşıllaşsın. O toxumların baxımı,yoldaşına baxımındır. Sevgiylə baxım versən onu bəsləmiş olarsan, eyni zamanda sən də bəslənərsən. Sən yoldaşını düşün ki o da səni düşünsün. Sən onu baş tacın et ki o da səni sultanı etsin. Sən ona səbr et və onu anla ki, o da sənə daxili sevgiylə dolaraq əhatə etsin. Sən onu önə keçir ki o da sənin əlindən tutsun. Əvvəl sən başla balam və bunda tələshik ol. Sən başlamazsansa həmsöhbətin başlayar.Gözəl başlayarsa savab fürsətini qaçırmış olarsan, pis başlarsa yaxşıya yönəltmə fürsətini qaçırmış olarsan. Sən bu mövzuda könlünə baş əydir və qulağına pıçılda ki, fəzilətli həyatın sarayına gedən yollar, bəzən daşlarla, bəzən tikanlarla, bəzən də toz-torpaqla həmsöhbət olmağı tələb edə bilər. Yolun sonunda xoşbəxt olmaq və gülümsəmək istəyirsənsə, o gülümsəməyi, yəni nəticəni zehininə yaz və həmişə o görünüş, Yaradanı razı etmənin və razı olmanın simvolu olsun. O çəkib aparsın səni,qanad açıb uçur kimi o maneələrdən. Aş get balam aş get, bir addım qabaqda gedənə yetişilməz.’
Anam Aynam idi,
Özünü qoru ki sən, sən olaraq qal. Özünü qoruya bilməyənlərin nə özünə nə də başqalarına xeyiri olmaz. Belələri yük götürənlərdən deyil, yük olanlardan olar və öz işini belə bacarmaqda çətinlik çəkər.
Oxuyub paylaşmaq istədiyim bir məqalə.Allah bütün Anaların canını sağ eləsin inşAllah.Amin.
Yenilənib: Noyabr 30, -0001
Cox sagol Allah Razi Olsun)
Allah razı olsun…Allah valıdeyınlerımızı bawımızın ustunden eksık etmesın AMIN
cox maraqli xeber idi
cox sagol superr xeberdi beyendim
Allah bьtьn Anaların canını sağ eləsin inşAllah.Amin.
.
.
Cox SAgol Xebere Gore Superdi
men anami canimdan da 4oooox sevirem
ALLAH razi olsun)saqol
Anamizdan neyi oyrenick helbetki edebi erkani dini daniwigi meslehetleri ohooo
cox sagol xebere gore
tewekkur baciw

coox maraqli xeberdir tesekkurler

ela.ne yaxsi anam var.o menim dayagimdi
maraqli xebere gore cox sagol
SAG OL