İP telefoniya nədir?

[HIDE]

IP telefoniya
nədir? IP-telefoniya – danışıq siqnallarının ötürülməsi üçün
İnternetdən istifadə edilən texnologiyadır. Diskret paket ötürülməsi
üsulu ilə səs (danışıq) məlumatlarının ötürülməsi mümkündür. Danışığın
(səsin) internet protokolları (paketləri) vasitəsi ilə ötürülməsi
“İP-telefon” və ya İP telefoniya adını almışdır.


İnternet
şəbəkəsində xüsusi İnternet protokolları (İnternet Protokol – İP)
əsasında hazırlanmış yeni texnologiyalar tətbiq edilir. İP-protokolu
təkcə İnternet şəbəkəsində deyil, digər şəbəkələrdə də (lokal,
korporativ, regional və s.) istifadə olunur. Bu şəbəkələrdə
informasiyalar müxtəlif şəkildə (qrafik, mətn, musiqi, rəqəm və s.)
ötürülür. Beləliklə: Danışıq zamanı səs siqnalları (ifadə etdiyimiz
sözlər) sıxılmış verilənlər paketinə çevrilir və bu verilənlər paketi
İnternet vasitəsilə adresanta göndərilir. Ünvanına çatan verilənlər
paketi yenidən orijinal səs siqnalına dekodlaşır. İP-telefoniya iki cür
işləyir:

1. Kompüterdən kompüterə.
2. Kompüterdən telefona.

İnternet-telefoniyada
ötürücü xətt kimi İnternet kanallarından, IP-Telefoniya-da İnternet
kanallarından və ya informasiyanın ötürülməsi üçün xüsusi ayrılmış
rəqəmsal kanallardan istifadə edilir.


Xarici ölkələrdə isə İP
telefonun digər abreviaturalarından: VoİP-Voice over İP və
“İnternet-telefon” terminlərindən istifadə edilir.


Son 2-3 il
ərzində respublikamızın telekommunikasiya şəbəkəsində də İP telefon
rabitəsindən istifadə edilir. Bütün bu amillər ondan xəbər verir ki, İP
texnologiyası olduqca perspektivli bir informasiya verilişi sahəsidir.
Əgər İP telefon rabitəsinin tarixinə nəzər salsaq görərik ki, onu
tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-ın Massaçusets ştatının
Kembric Universiteti tərəfindən göstərilmişdir. Həmin layihədə
kompüterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə
salan xüsusi avadanlıqlar daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə
çərçivəsində Bolt Berankand Newman şirkətinin ABŞ-ın qərb və şərq
hissələrində yerləşən ofisləri arasında İnternet şəbəkəsindən istifadə
etməklə səs siqnal verilişinin təşkil olunmasına baxmayaraq, rabitə
zamanı paketlərin itkisi və gecikməsi nəticəsində fasilələr yaranaraq
səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır.


Mütərəqqi
texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə
məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına
çevrilməsində mövcud elmi nailiyyətlərin tətbiqi ilə kodek, kompüter və
İP protokolundan istifadə edərək İnternet şəbəkəsi ilə danışıq
siqnallarının verilməsinə nail olmuşdur. 1995-ci ildən başlayaraq İP
telefon üçün səsin sıxılması prosesində iki – GSM və TrueSpeech (DSP
Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol)
protokolu təkmilləşdirildi.
[/HIDE]

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. BadBoy dedi ki:

    Cingiz Maragli idi Yukleyerem Cox sag Ol!!!

  2. QEMLI_GECE dedi ki:

    cox sagol qaqaw

  3. ...::EMERALD::... dedi ki:

    MELUMATA GORE SAG OL

  4. Бакинка dedi ki:

    twklerrr

  5. merry-girl dedi ki:

    tewekkurler