FORGENCIN GOZELLERINE…..

Hər hansı mərasim öncəsi üzünüzdə qızartı və ya sızanaq yaranarsa təlaş etməyə dəyməz. Belə ki, bir neçə saat ərzində vəziyyəti dəyişə bilərsiniz.

1. Nanə köməyə tələsir.

Əgər iltihabi proses hələ yaranırsa onun qarşısını nanə lasyonu vasitəsilə almaq mümkündür. 2 xörək qaşığı quru nanəni 0,5 litr suda 5-10 dəqiqə qaynadıb süzün. Üzərinə 4 çay qaşığı borat spirti (bornıy spirt), 2 xörək qaşığı kalendula məhlulu və 1 çay qaşığı limon şirəsi əlavə edin. Bu lasyonla üzü müntəzəm olaraq silmək lazımdır, təxminən yarım saatdan bir. Bir neçə saatdan sonra yaxşılaşmanı hiss edəcəksiniz.

2. Maya ilə təmizlik

Dəridəki problemin aradan qaldırılmasında effektli müalicə maya ilə ediləndir. 20 qram mayanı südlə qarışdırıb smetan halına salın. Bu maskanı üzə çəkin və bir müddət sonra dairəvi hərəkətlərlə silin, qalıqları isti su ilə yuyun.

3. Meyvə-tərəvəz maskası

Meyvə-tərəvəz şirəsindən hazırlanmış maska da antiseptik təsirə malikdir. Toz halına gətirilmiş pivə mayasını (pivnoy droj), yarım xörək qaşığı təbii yoqurt, hərəsindən çay qaşığı olmaqla, limon, portağal və kök şirəsi ilə qatın. Maskanı dəriyə çəkib 15 dəqiqə saxlayın, qalıqları pambıqla təmizləyin.

4. Otların faydası

Fitoterapiyaya üstünlük verən və evdə müxtəlif otlar saxlayanlara isə çobanyastığı, cökə və kəndalaşın quru ləçəkləri kömək edəcək. Adı çəkilən otları proporsional şəkildə qatışdırıb üzərinə qaynar su əlavə edib bir saat gözləyin. Sonra üyüdülmüş badam, 1 çay qaşığı un və 5 qram bal əlavə edin. Qarışdırıb tam soyumamış halda iltihab olan nahiyələrə çəkin. Yarım saat saxlayın və yuyun.

5.Təmizləyici mum

Qədim yunan həkimi Qalen iltihabı prosesə qarşı təmizləyici krem məsləhət görürdü. Onun resepti bu günə qədər saxlanılıb. Bir yarım xörək qaşığı mum və ya parafini su vannasında əridin. 4 çay qaşığı vazelin yağı və 6 çay qaşığı qızılgül suyunu isidib mumun üzərinə əlavə edin. Hazır kütlə bir qədər soyuduqdan sonra 2-3 damcı qızılgül yağı əlavə edin və yaxşı qarışdırın. Alınmış kremlə üzü yumaq, həmçinin üzdə 10-15 dəqiqə saxlayaq üzü isti su ilə yaxalamaq lazımdır.

6. Çay ağacı – bakteriyalara qarşı

Əgər sızanaq yetişibsə ən yaxşısı onu əllə sıxmaqdır. Amma əli və üzü öncədən və sonradan dezinfeksiya etmək mütləqdir. Zədələnmiş nahiyəyə spirt və ya yod vurmaq olmaz. Bir damcı çay ağacı yağı isə dərini sakitləşdirəcək və bakteriyaları məhv edəcək.

7. Gil iltihabı saxlayacaq

Ən xoşagəlməz vəziyyət odur ki, üzün görünən nahiyəsində qızartı və şişkinlik yaransın. Onu aradan qaldırmaq çətin məsələdir. Belə vəziyyətdə gildən maska köməyinizə gələcək. Aptekdən mavi və ya ağ gil alın, qatı hala gətirənə qədər su ilə qarışdırıb iltihab yaranan yerə çəkin. Üzdə 1 saat saxlayın Yuduğunuz zaman isə qızartının azaldığını görəcəksiniz.

aznetin_gozeli

Şərhlər:

  1. Admin dedi ki:

    HEMIWEKI KIMI senden gozel xeberler cixir ellerine saglik ureyine quvvet.TWK edirem.Guman edirem xanimlarimizin xoshuna gelecek

  2. yummalis dedi ki:

    Друг дал на вас ссылочку. Не зря. Понравилось. Стану постоянным посетителем







  3. mik-mik dedi ki:

    aznetin_gozeli,
    cox sag ol meslehetler ucun

  4. Angelocka dedi ki:

    aznetin_gozeli,
    opucuk cannnn opucuk

  5. aznetin_gozeli dedi ki:

    Angelocka –u are my angel and u are always welcome…

  6. love_krasotka dedi ki:

    сагол джана

  7. Angelocka dedi ki:

    aznetin_gozeli,
    Sagol gozelim cox sagol her zaman senin xeberlerinden cox xowum gelir canim baciwkam bu faydali xeber ucunde sene ayrica minetdarligimi bildirirem gozelim cox sagol seni cox lap cox isteyirem opucuk opucuk

    Admin,
    Senide dostikim deliwkam menim opucuk

  8. aznetin_gozeli dedi ki:

    Admin
    gozel xeberler teqdim etmek borcumuzdur bir user kimi, ay dostik

  9. Бакинка dedi ki:

    cox saol xebere gore.. angel