Allahin yaratdigi……..

Allahin yaratdigi........

Sizinlə xüsusi olaraq çoxdandır fikirləşdiyim bir mövzunu paylaşmaq istəyirəm. Çox cahilcəsinə bəzi özlərinə “əhli tevhid” deyən kimsələrin fantaziyası ilə şüşədən düzəldilmiş göz “muncuğu” və Allahın yetişdirdiyi adicə “kol bitkisindən” (üzərlikdən) söhbət etmək istəyirəm. Deyirəm görəsən bu bitki ilə bu şüşənin “nəzərlə” bir əlaqəsi varmı? Bir az beynimizi işlətsək açıq- aydın görərik ki, bunun nəzərlə heç bir əlaqəsi yoxdur. Sadəcə cahiliyə dövründən qalmış bir adətdir. Əgər sən Allahın c.c tək və bir olduğuna, Muhammedin s.a.s Onun qulu və rəsulu olduğuna , Quranın da Haqq kəlamı olduğuna şəhadət edirsənsə sənin şüşəyə və ya kola ehtiyacın ola bilər mi? İnsan əli ilə düzəldilmiş və özünü belə qorumağa qadir olmayan bu “göz” muncuqları Səni necə qorusun?

Sənin əgər qismətində bir bəla varsa, əgər Levhi-Mahfuzda bu gün sənin yıxılacağın,yanacağın, öləcəyin yazılıbsa , bu şüşə parçası səni qorumağa qadirdimi? Sən Allaha şərik qoşursan? Ya Allah qoruya bilmir Səni? Quran niyə göndərildi? Oxumaq və ən önəmlisi oxuduğunu həyatında tətbiq etmən üçün göndərildi. Qurani Kərimdə xüsusi olaraq nəzər, cadu, tilsim ayələri var. Bunlar Nas, Fələq, İxlas, Fatiha və hər hansı bir canlının qanına qədər onu titrədən Ayətül Kürsi var. Ayətül Kürsini oxuduğun zaman bədənin titrəmirmi? Şeytanın ruhundan necə çıxdığını görmürsənmi? Ayətül Kürsi endiyi zaman Əfəndimiz çox sevinmişdi. Çünki bilirdiki ümməti bu ayə ilə şeytandan qorunacaqlar. Ayətül Kürsi oxunan evə şeytanlar yaxın durmaz və Ayətül Kürsini oxuyan insana, onun qonşusuna, qonşusunun qonşusuna belə bəla gəlməz… bu dərəcə güclü olan Ayətül Kürsi ayəsi varkən o şüşə parçası nəyə lazımdır anlamıram…

o şüşə parçasının dili olsaydı “ Ey əhli cahil! Nəzərdən mənə deyil, Allaha sığının…” Başınızı ağratdım.. Keçirəm “üzərlik” dediyimiz bitkiyə…. Bu bitki kol bitkisidir. Allahın yaratdığı bir bitki… Bitkini Allah yaratdı və bitki Allaha möhtacdır. Barmağınla qoparsan qopar, ayağınla əzsən əzilər,sınar… Bitkidə səni qorumaq üçün xüsusi bir qabiliyyət varmı? Varsa göstər.

Üzərliyin göz qaytarmasına aid heç bir sübutun, dəlilin yoxdur. Amma Allahın sözləri ilə göz qaytarmağa aid çox dəlillər vardır. İslama qatılan köhnə cahiliyyə adətlərini Dinimiz qəbul etmir. Niyə? Çünki dinimiz məntiqsizlik dini deyil… Bizim dinimiz korluq dini deyil…

Nə qədər kor olasan ki, bitkidən və şüşədən yardım istəyəsən. Belə insanlar ancaq xəstədir…..Bu qədər…

Not: Hər gün şəhərimizdə avtomobil qəzaları olur. Əzilib dağılan avtomobillərin əksəriyyətində üzərlik və göz muncuğu mövcuddur. Ne oldu? Qəzanın qarşısı alındı mı?

Firuze

Şərhlər:

  1. IzYuMinKa dedi ki:

    [b]XEBERE GORE THANKSSSSS….[/b]

  2. Angelocka dedi ki:

    İnsan əli ilə dьzəldilmiş və цzьnь belə qorumağa qadir olmayan bu ”gцz” muncuqları Səni necə qorusun

    o şьşə parзasının dili olsaydı ” Ey əhli cahil! Nəzərdən mənə deyil, Allaha sığının…” Başınızı ağratdım.. Keзirəm ”ьzərlik” dediyimiz bitkiyə…. Bu bitki kol bitkisidir. Allahın yaratdığı bir bitki… Bitkini Allah yaratdı və bitki Allaha mцhtacdır. Barmağınla qoparsan qopar, ayağınla əzsən əzilər,sınar… Bitkidə səni qorumaq ьзьn xьsusi bir qabiliyyət varmı? Varsa gцstər.

    Sagol canim allah razi olsun dogurdan bele weylere cox iananiq biz amma ki olacaqa care yoxdu isteyirsen uzerinde ne qeder dua goz muncuqu gezdir olum xeta harda olursa olsun ozu gelib tapacaq seni bu nezer boncuwqu ile olan iw deyil heqqietend eallahin yaratdigi bir cansiz ewya ozunu madfie ede bilmirse bizi nece qoruya biler dogurdan gozel xeber idi sadece allaha inan guven dua et allah ozu sen her xetadan beladan qoruyacaq sagol canim opucuk

  3. the 13th Warrior dedi ki:

    Firuze –EHSEN SENE .VALLAH BU MOVZUYA BIZIM COX EHTIYACIMIZ VAR IDI. ELE AVVAMCASINA ELEDIYIMIZ BU HEREKETLER HEM DUNYAMIZI, HEM DE AXIRETIMIZI MEHV EDIR. ALLAH SENDEN RAZI OLSUN.

  4. Avtosh_227 dedi ki:

    twk.eziyyete hormet.amma menlik deyil.