Zaman bagışla…


Zaman bagiwla...

Qapım döyüldü…

Kimdi?

Zaman…

Zaman bagiwla...

Qapını açdım. Ayaqqablarını belə çıxartmadan otağıma daxil oldu. Otağımın qapısını sındırdı.

Niyə sındırdın?

Hər acı çəkdikdə otağına qapılıb qapını çırparaq bağladığın o qapının qulpu sınmalıdı ki sən daha bir daha o qapı arxasında özünü dustaq hiss etməyəsən.

Zaman bagiwla...

Otağımı darmadağın etdi. Yastığımı pəncərədən aşağı atdı. Bəs bu gecə başımı nəyə qoyub yatacam?

Özünü boğurdun yadındadı? Ağlamağını heç kim eşitməsin deyə yastıqla başına sıxıb özünü boğurdun. Indi yenə bu gecə ağla eşitsinlər səsini…!!! Ağla ağlaya biləcəksənmi? Yastığa sığınma. Özündən, güvənindən bərk-bərk tut…!!!

Zaman bagiwla...

Kompyuterimi yandırıb ən sevdiyim mahnıları sildi. Silmə bəs mənim zövqüm?

Sənin zövqün daxilindi lakin onlar sənin xatirələrin və sənin hər dinlədikdə şeytan əməlinlə aldanaraq xəyallara, mənasız puç olmuş arzuları yaşamağa imkan yaradır.

Zaman bagiwla...

Pəncərəmin şüşəsini sındırdı…Şüşədə son çəkdiyim şəkil kədərli bir insan sıması idi…Çilik-çilik olub ayaqlarıma tökülüb qanatdı.

Niyə incidirsən?

Şüşənin o biri üzündən səni sevən səni deyil o kədərli ,eybəcər insan rəsmi simasını görür indi bax həyata və o səni görsün.

Zaman bagiwla...

Daha nəyim qaldı ki? Hər şeyimi cırıb ,qırıb,silib atdın…Deyərək yerdə oturdum…

Zaman stolumun üzərindəki qələmi qarşıma atdı dedi yaz: indi mənim gəlişimdən yaz…

Mənim necə insafsız və necə acı olduğumdan yaz.

Hər şeyi zaman etdi yaz…!!! Sonra dön ətrafına bax mənmi etdim bunları ya sən…?!

Ətrafıma baxdıqda artıq mənə keçmişimi xatırladacaq bir şey görmədim…

Həqiqətən günahlandırdığım zaman elə acımı sanki göylərə uçurtdu.

Bəs bu acını gətirən kim idi?-söylədim…

Kimdi? soruşmadan qapını açdığın kəs…!!!

Zaman artıq qapıya doğru yaxınlaşırdı. Arxası ilə qaçaraq “günahkar MƏNəm” söylədim.

Zaman bagiwla...

_Cinbala_

Şərhlər:

  1. ::HappilY:: dedi ki:

    superdi..oxumuwam bunu..ela cox sagol

  2. klose777 dedi ki:
    TESHEKKURLER, MARAQLI IDI 🙂
  3. Imperator dedi ki:

    Cinow saqol)
    give_rose

  4. _Cinbala_ dedi ki:

    wiyinka REYLERINIZE GORE TEK-TEK TWKLERwiyinka

  5. Lubov dedi ki:

    Bilmek olmur zamandir vefasiz yoxsa zamanim meh etdikleri kimise xatirlayan insanlara aid xatireler

  6. Imperator dedi ki:

    Cox saqol dosim)

  7. _Cinbala_ dedi ki:

    wiyinka REYLERINIZE GORE TEK-TEK TWKLER wiyinka

  8. ANGEL16 dedi ki:

    Cox sagol maraqla oxudum

  9. HATE OR LOVE ME dedi ki:

    kim oldugu haqda hec bir fikrim yoxdu. ama cox gevesle oxudum. twk

  10. New_Moon dedi ki:

    Daha nəyim qaldı ki?
    cry cry cry
    Ellerine SAgliq Cinow Superdi greeting

  11. MELUSINA dedi ki:

    Zaman artıq qapıya doğru yaxınlaşırdı. Arxası ilə qaзaraq ”gьnahkar MƏNəm” sцylədim.


    aydaa oxudum superdiye hami axira kimi oxusun meslehetlidi.cox sagol _Cinbala_ twk

  12. Бакинка dedi ki:
    superrrrrrrrrrr cinowum ela alinib=((((tesir elediii qewekdi
  13. _Cinbala_ dedi ki:

    wiyinka REYLERINIZE GORE TEK-TEK TWKLER wiyinka

  14. Miss_Azericka dedi ki:

    cox sagol ciciwim elaaa give_rose

  15. Optimist... dedi ki:

    bagisda……