Sureler

Ebu Səid Rəfi b. əl-Mualla (r.ə) izah edir: Hz. Peyğəmbər (s.ə.v) mənə,”məsciddən çıxmadan əvvəl Qurandakı ən böyük surəni sənə öyrədimmi?” buyurdu və əlimdən tutdu. Məsciddən çıxmağa niyyətləndiyimiz zaman: Ey AllahınElçisi! “Qurandakı ən böyük surəni sənə öyrədimmi?” deyə soruşmuşdunuz,dedim. Hz. Peyğəmbər də: “O, yeddi ayə olan əl-Həmdi Lilləhi Rabbi’l-Aleminsurəsidir və mənə ehsan olunan Qurandır” buyurdular (Buxari).

1- Əbu Səid Rəfi b. əl-Mualla (r.ə) izah edir: Hz. Peyğəmbər (s.ə.v) mənə,”məsciddən çıxmadan əvvəl Qurandakı ən böyük surəni sənə öyrədimmi?” buyurdu və əlimdən tutdu. Məsciddən çıxmağa niyyətləndiyimiz zaman: Ey AllahınElçisi! “Qurandakı ən böyük surəni sənə öyrədimmi?” deyə soruşmuşdunuz,dedim. Hz. Peyğəmbər də: “O, yeddi ayə olan əl-Həmdi Lilləhi Rabbi’l-Aleminsurəsidir və mənə ehsan olunan Qurandır” buyurdular (Buxari).

2- İbn-i Abbas (r.ə) izah edir: Cəbrayıl (ə.s) Hz. Peyğəmbər (s.ə.v)ınyanına oturduğunda yuxarıdan bir çıtırtı səsi eşidib başını yuxarıyaqaldırdı və “bu səs səmadan yalnız bu gün açılan bir qapının səsidir” dedi.Dərhal bir mələk gəldi. Cəbrayıl, “bu mələk bundan əvvəl heç yer üzünəenməmişdir” dedi. Sonra mələk salam verdi və “səndən əvvəl heç bir peyğəmbərəverilməyən iki nurla Fatihə Surəsi və Bəqərə Surəsinin sonlarıyla sənimüjdələyirəm, onlardan oxuyacağın hər hərfin qarşılığı verilər” buyurdu

3- Əbu Hüreyrə (r.ə) izah edir: Hz. Peyğəmbər (s.ə.v): “Evlərinizi qəbirlərəçevirməyin, çünki şeytan, içində Bəqərə Surəsi oxunan evlərdən nifrət edər”buyurdu (Müslim). 4- Ubeyy b. Ka’b (r.ə) izah edir: Hz. Peyğəmbər (s.ə.v): “Ey Əbul MunzirAllahın kitabındakı hansı ayənin daha böyük olduğunu bilərsənmi? buyurdu.Mən də “Allahu La İlahə İllə Hüvə’l Hayyu’l Kayyumdur” cavabını verincə,”Əbul-Munzir! Maşaallah, soruşulan hər şeyi bilirsən!” buyurdular (Müslim).

4- Əbu Məsud əl-Bədri (r.ə) izah edir: Hz. Peyğəmbər (s.ə.v) belə buyurdu;”Kim bir gecədə Bəqərə Surəsinin son iki ayəsini oxusa ona yetər”(Buxari, Müslim).

5- Əbu Ümamə əl-Bahili (r.ə) izah edir: Hz. Peyğəmbər (s.ə.v)ıbelə buyurarkən eşitdim: “Quran oxuyun, çünki o qiyamət günü sahibinəhimayə edəcək. Bəqərə və Ali İmran surələrini oxuyun. Bu iki surəqiyamət günü iki bulud ya da yoldaşlarını müdafiə edən saf saf olmuş iki quşkarvanı kimidir. Bəqərə Surəsini oxuyun. Bu surə sahibi üçün bərəkət;tərk edən üçün isə hüzn səbəbidir. Onu oxumayanlar bunu əldə edə bilməzlər”(Müslim).

6- Ebu’d-Derda (r.ə) izah edir: Hz. Peyğəmbər (s.ə.v) belə buyurmuşdur.”Kim Kəhf Surəsindən on ayə əzbərləsə Dəccaldan qorunmuş olar”. Bir başqarəvayətdə isə “Kəhf Surəsinin sonundan oxusa” buyurulmaqdadır (Müslim).

7- Əbu Səid əl-Hudri (r.ə) izah edir: Hz. Peyğəmbər (s.ə.v) beləbuyurmuşdur: “Cümə günləri kim Kəhf Surəsini oxusa onun üçün iki cüməarası işıqlanmış olar”. (Hakim, Beyhaki.)

8- İbn Məsud (r.ə) izah edir: Hz. Peyğəmbər ( s.ə.v) belə buyurmuşdur.”Mülk Surəsi qəbir əzabına manedir”. (Hakim, Əbu Naim.)

9- İbn Ömər (r.ə) izah edir: Hz. Peyğəmbər (s.ə.v) belə buyurmuşdur.”Kim qiyamət gününü müşahidə etmək istəsə Tekvir, İnfitar və İnşikaksurələrini oxusun, qiyaməti gözləriylə görmüş kimi olar” (Əhməd, Tirmizi,Hakim).

10- Əbu Səid əl-Hudri (r.ə) izah edir: Hz. Peyğəmbər (s.ə.v) İxlas Surəsihaqqında belə buyurmuşdur. “Həyatım qüdrətində olan Allaha andolsun ki, bu surəni oxumaq, bütün Quranın üçdə birini oxumağa bərabərdir.”Bir başqa rəvayətdə isə Hz. Peyğəmbər (s.ə.v) Səhabələrinə: “Səhabələrim! Quranınüçdə birini bir gecədə oxumaq sizə çətinlik verərmi?” deyə soruşmuşdu. Bu sualSəhabələrinə güc gələrək, Ya Rəsulullah! Hansımızın buna gücü çata bilər! demişdilər.Bunun üzərinə, Hz. Peyğəmbər: “Qul Hüva’llahu Əhad Surəsi Quranın üçdə biridir”buyurdu (Buxari).

11- Muaz b. Enes (r.ə) izah edir: Hz. Peyğəmbər (s.ə.v) belə buyurmuşdur;”Kim Qul Hüva’llahu Əhad Surəsini on dəfə oxusa, Allah onun üçün cənnətdəbir ev tikər” (Əhməd).

12- Ukbe b. Əmir(r.ə) izah edir: Hz. Peyğəmbər (s.ə.v) belə buyurmuşdur.”Heç bənzəri tapılmayan, bu gecə nazil olan ayələri bilirsinizmi?Bunlar, Qul Əuzü Bi-Rabbil-Fələq ilə Qul Əuzü Bi-Rabbin Nasdır”(Müslim və Nəsai).

13- Hz. Aişə (r.ə) izah edir: “Hz. Peyğəmbər (s.ə.v) hər gecə yatağınagəldiyi zaman iki əlini birləşdirərək Qul Hüvallahu Əhad, Qul EuzüBi-Rabbil-Fələq, Qul Euzü Bi-Rabbi’n-Nas surələrini oxuyar, əllərinə üfləyər,sonra da iki əliylə vucudunun, əllərinin çatdığı qisimlərinə sürtərdi.Əlləriylə başını, üzünü, bədəninin ön qisimini məshetməyə başlayardı. Və beləoxuyub üfləyərək bədənini məshetməyi üç dəfə təkrarlayardı” (Buxari, Muslim).

Firuze

Şərhlər:

  1. Angelocka dedi ki:

    6- Ebu\'d-Derda (r.ə) izah edir: Hz. Peyğəmbər (s.ə.v) belə buyurmuşdur.\"Kim Kəhf Surəsindən on ayə əzbərləsə Dəccaldan qorunmuş olar\". Bir başqarəvayətdə isə \"Kəhf Surəsinin sonundan oxusa\" buyurulmaqdadır (Mьslim).

    7- Əbu Səid əl-Hudri (r.ə) izah edir: Hz. Peyğəmbər (s.ə.v) beləbuyurmuşdur: \"Cьmə gьnləri kim Kəhf Surəsini oxusa onun ьзьn iki cьməarası işıqlanmış olar\". (Hakim, Beyhaki.)

    8- İbn Məsud (r.ə) izah edir: Hz. Peyğəmbər ( s.ə.v) belə buyurmuşdur.\"Mьlk Surəsi qəbir əzabına manedir\". (Hakim, Əbu Naim.)

    Sagolasan baci allah senden razi olsun savaba yazsin amin

  2. ZoRRo_BaKu dedi ki:

    SaGoL MaRaQLi MeLuMaTDi