Bir Təbəssüm

alt

Bir Təbəssüm

Bir təbəssüm yetər bizi bürüyən və bürüdükcə üzən, usandıran, məhv edən sıxıntılardan, bəlalardan, dərdlərdən uzaqlaşmağa.

Bir təbəssüm yetər dünyanı qəmi, kədəri ilə bir kənara qoyub, xəyallar aləmində xoş gəzintilərə çıxmağa. Gözəl görüb, gözəl düşünməyə…

Bir təbəssüm yetər “dünyəvi çirklərin” örtdüyü bir qəlbi işıqlandırmağa, sevgi, şəfqət, mərhəmət hisslərini oyandırmağa…

Bir təbəssüm yetər bağlanmış ürəklərin kilidlərini sındırmağa, qəfəsdən pərvaz etmiş göyərçin tək onu “azadlığa” buraxmağa…
Bir Təbəssüm
Bir təbəssüm… Bir təbəssüm yetər, amma…

Amma bu gün iş, vəzifə, var, dövlət, şan, şöhrət və s. bu kimi düşüncələrlə qəlblərini əsir etmiş bəşərdən bir təbəssüm, bir xoş söz, səmimi rəftar almaq artıq bir yuxuya, əl çatmaz bir arzuya çevrilib. Artıq ətrafa yayılan “səmimiyyətin” arxasında “sui-istifadə”, “xoş sözün” arxasında “riyakarlıq”, “təbəssümün” arxasında isə saxtakarlıq gizlənmişdir. İnsanlar insan olduqlarını, insanlığı unutmuşlar. Sanki, bu adda məfhum tarixlər boyu mövcud olmamımşdır. Bütün insani keyfiyyətlərini maddi zənginliklərə qurban vermiş bəşər öz məcrasından tamamilə çıxmış, insanlığın ən yüksək nöqtəsindən ən “alçaq” pilləsinə süqut etmişdir. Heyvanlarda belə mövcud olan vəfa, sədaqət duyğuları bəşər üçün yad kəlimələrə çevrilmişdir.

Bütün bunlara göz yummaq, “çaqqalsız meşə olmaz” deməklə özümü aldatmaq istəsəmdə, bəşərin bu “tərs” özünə aldanmaq əlimdə deyil. Çünki, “çaqqalsız meşə olmaz” ifadəsi ilə təskinlik tapsamda, “çaqqalı çox olan meşədən də meşə olmaz” ifadəsi ilə ruhdan düşürəm. Ruhdan düşürəm, amma ümidimi itirmirəm, itirmərəm!

Bardağın dolu tərəfindən baxaraq, nadirdə olsa “səmimi” insanların, “könül” insanlarının varlığı ilə rahatlıq tapıram. Nadirdə olsa bu gün bir təbəssümlə belə dünyanı, dünyaları qurtarmaq istəyi ilə yaşayan insanlarla könlümüz fərəhlənir, ümidlənirik.
Bir Təbəssüm
O insanlar ki, “bir təbəssüm belə yetər” deyərək insanların, insanlığın qəlbinə yol taparlar.

O insanlar ki, çöhrələrindən heç bir zaman təbəssüm əskik olmaz… və hər bir kəsə açıqdır onların “bəşərin zülmətindən” qaralmayan ürəkləri.

O insanlar ki, körpə uşaqlar kimi ətraflarına gülüşlər, təbəssümlər yayarlar.

O insanlar ki, bir “şam” kimi yox, bir “günəş” tək parıldarlar. Həm özlərini nurlandırar, həm də ətraflarına nur saçarlar.

O insanlar ki, bəzən istəmədən bir “tikanla” qəlbinizə toxunsalar belə, arxasından bir “qızıl güllə” bağışlanmalarını diləməyi də unutmazlar.

O insanlar ki, ağıllarını qəlblərindən, qəlblərini də ruhlarından ayrı tutmazlar. Bu üç ölçü ilə həyata baxar, həyatlarını mənəvi zənginliklərlə həyatlandırarlar.

“Əməl” qəhrəmanıdır onlar. Amma əməllərinin qarşılığını ağıllarından belə keçirməzlər. Nəticəyə yox, vəziflərinə diqqət yetirərlər. Vəzifələrinin təməlini isə qətiyyətlə vurğuladıqları “az”, lakin “öz” sözlərlə inşa edərlər.

Bir təbəssüm yetər!
Bir Təbəssüm
Bəli, inanan, sevən insan üçün bir təbəssüm yetər, bəşərin bu çöküşünə son deməyə…

Bir təbəssüm yetər yıxılanı “doğrultmağa”, doğrulanı isə ümidləndirməyə…

Bir təbəssüm yetər sevgidən yoxsul düşmüş ürəkləri yenidən canlandırmağa, həyatlandırmağa.

Bir təbəssüm yetər insana “insan” olduğunu xatırlatmağa, insanlığı qurtarmağa…

Çünki, həyatın, bəşərin gözəlliyi o təbəssüm dolu çöhrələrdə gizlənmişdir…

Bir Təbəssüm

klose777

Şərhlər:

  1. HENRY dedi ki:
    Menim uzum hemiwe gulur=)

    coxsaol)

  2. Jelannaya_013 dedi ki:

    TWK XEBERE GORE…

  3. Gunes dedi ki:

    hec kimin uzunden gulus eksisk olmasin.tesekurler xebere gre

  4. fanya_ya dedi ki:

    Man da evvallar chox gulurdum klose777 amma hech gulmayim bela galmir ehhhhh chox saq ol

  5. UNDERCOVER dedi ki:

    4ox saol maraqli xeber4un

  6. fanya_ya dedi ki:

    artiq bezmisham

  7. DaRk_AnGeL dedi ki:

    Cox sagol yaxwi xeberdi

  8. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler

  9. klose777 dedi ki:

    Sitat: fanya_ya
    Man da evvallar chox gulurdum klose777 amma hech gulmayim bela galmir ehhhhh chox saq ol


    He…ele hiss eliyirem… Feride Qemli olub getmisen…

    Sitat: fanya_ya
    artiq bezmisham


    Hami kimi…
    fanya_ya,
    bir xebere niye bu qeder sherh yazmisan?

    Sherhlerinize gore teshekkurler….

  10. fanya_ya dedi ki:

    klose777,Sena gora qemli olmusham man
    klose777,Hami manim qeder beze bilmaz
    klose777,Chunki sanin xabarindi axi
    Uqurlar sena ozuna yaxwi bir qiz taparsan

  11. meleyim dedi ki:

    bir tebessum yeter ki her isin yaxis getsin

  12. Emo_Girl dedi ki:

    Tesekkurler xebere gore give_rose give_rose give_rose

  13. ...::EMERALD::... dedi ki:

    THANKS KLOSE777

  14. Miss_Azericka dedi ki:
    Twkler Xebere Gore

    angel angel angel
  15. fanya_ya dedi ki:

    Chox saq ol klose777

  16. Sabiw dedi ki:

    tewekkurler xebere gore

  17. merry-girl dedi ki:

    Gulus cox gozel seydi hamiya bunu arzulayiram tesekkurler xebere gore

  18. ZakonLubvi dedi ki:

    Bəli, inanan, sevən insan ьзьn bir təbəssьm yetər, bəşərin bu зцkьşьnə son deməyə…

    Bir təbəssьm yetər yıxılanı "doğrultmağa", doğrulanı isə ьmidləndirməyə… twk ellerine saglik

  19. radnoyparen dedi ki:

    roll hemise gulumseyek insAllah

    Namazdır cənnətin yolların aзan,
    Kafirdir bu yoldan bilərək qaзan,
    İlk цncə deyirsən bismillah,
    Buda deməkdir, ən bцyьk Allah.
    Bəndənin Allaha borcu namazdır, Bu borcu verənlər heyif ki azdır, İqaməni deyib namaza başla, Namazı qılıb şeytanı daşla.

  20. MELUSINA dedi ki:

    xebere gore tesekkurler twk

  21. BlAcKsTaRiN dedi ki:

    uzunuzden guluw ek olmasin twk

  22. New_Moon dedi ki:

    Bir təbəssьm…


    .
    .
    .
    Cox SAgol Eziyyete Gore

  23. klose777 dedi ki:

    Sitat: fanya_ya
    klose777,Sena gora qemli olmusham man
    klose777,Hami manim qeder beze bilmaz
    klose777,Chunki sanin xabarindi axi
    Uqurlar sena ozuna yaxwi bir qiz taparsan

    mence amma mene gore qemli deyilsen…
    men senden de chox bezmishem bezi sheylerden…
    ok…
    chox sagh ol, sene de ughurlar…

    P.S. siehst du, wer ist zwischen unsere kommentare… (aber, sie ist nicht mein…alles Zufaellige…)

    Sherh "Bir Tebessum" xeberine yazilib…