Aforizmlər

alt

Aforizmlər


“Ədalət” deyilən məhfum topaldır… Ancaq gec-tez gedəcəyi yere çatar

Ən böyük yalançı özünə mənəm-mənəm deyənlərdir

Ən kasıb insan malı az olan deyil, arzusu çox olandır

Köhnə başqadır, köhnəlmiş başqa.. Elə köhnələr var ki heç vaxt köhnəlməz

İnsanlar pisliyi arzularının çoxluğuna görə yox, vicdanlarının zəif olduqları üçün edərlər

İnsanların düzəltdiyi saxta pullar qədər, pulların düzəltdiyi saxta adamlar var

Yaxşılıq etməyi bacarmırsansa heç olmasa pislik etmə

Kiçik işlərə önəm verənlər əllərindən böyük iş gəlməyənlərdir

Müəllimlər şam kimidir. Özlərini əridərək başqalarına işıq verir

Zamana verdiyimiz dəyər bizim uğurumuz və uğursuzluğumuzdan asılıdır

Yüksək zirvələrdə qartal da var, ilan da.. Amma fərq orasındadır ki, biri bu zirvəyə uçaraq digəri isə sürünərək çıxıb

Bir yerə girməmişdən qabaq ordan necə çıxacağını düşün

And içdiyinə baxıb insana inanılmaz, insana baxıb andına inanmaq lazımdır

İnsan doğularkən ağlayır başqaları gülür…Elə bir həyat yaşayın ki, siz öldüyünüzdə siz güləsiniz, başqaları ağlasın

Aslan belə özünü milçəklərdən qoruyur

Bir insanın zəkası verdiyi cavablardan deyil, cavablandırdığı cavablardan aslıdır

Ədalət həmişə Dan ulduzu kimi bir yerdə durar, yerdə qalan hər şey onun ətrafında fırlanar

Əsl namuslu insan ailəsini özündən, vətəni ailəsindən, bəşəriyyəti vətənindən üstün tutmalıdır

Heç nə bilməyən və bilməyə çalışmayan adam çox bədbəxtdir. Çünki ona iki bədbəxtlik birdən üz vermişdir

Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin

Kəşf etmək hamının gördüyünü görmək, lakin hələ heç kəsin ağlına gəlmədiyini düşünmək deməkdir

Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir

O günü, o saatı bədbəxt say ki, yeni bir şey öyrənməmisən

Az bilmək və özünü çox bilən kimi göstərmək xəstəlikdir, yalnız bu xəstəliyi başa düşməklə ondan xilas ola bilirsən

Hamı öz yaddaşından gileylənir, ancaq heç kəs ağıldan şikayətlənmir

Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyildir, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gələr.
Elmdə hər bir mütərəqqi addım dini geri çəkilməyə məcbur edir

Baş ürəyi tərbiyə etməlidir

Üç şey: atılmış ox, deyilmiş söz və keçmiş günlər geri qayıtmır

Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur

Qanadın yoxdursa yüksəklərə uçmaq təşəbbüsündə olma

Deyirlər ki, adamlara iki qulaq və bir dil – çox eşidib, az danışmaq üçün verilmişdir

Hər kəs öz dilinin altında gizlənmişdir

Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm

Vətən hissi izahedilməzdir, biz onu analıq hissilə bağlayırıq

İdeyasız yaşamaq məqsədsiz yaşamağa bənzəyir və insanı bir şəxsiyyət kimi mənəvi cəhətdən yoxsullaşdırır

İnsanın nəyə qadir olduğu yalnız maneələrlə mübarizədə aydın olur

Mümkün olmayanı yalnız insan mümkün edə bilər. Həm də mümkün edə bilməyi düşünənlər edə bilər

Heç vaxt dayanmaq bilməyən həyatla bərabər daim irəliyə, irəliyə doğru getmək lazımdır

İt sənə dost olar bir sümük atsan, Namərd, qədir bilməz qurban da olsan

Mənə elə dost lazım deyildir ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə o da əysin, ona qalsa mənim kölgəm də dostdur

İş bizi üç bəladan: avaraçılıqdan, qəbahətdən, və ehtiyacdan xilas edir

Tər əməyin göz yaşlarıdır

Sevgi yarası öldürməsə də heç bir zaman sağalmır

Məhəbbət nə qədər təmkinli və sakit olarsa, o qədər də çox davam edir. Adət onu möhkəmlədib bütün həyat boyu saxlayır

Ana olmasa nə şair olar, nə də qəhraman

Ana qəlbi – mücüzələr xəzinəsidir

Dünyada ən yaxşı ləzzət və böyük fərəh – özünün başqasına lazım olduğunu hiss etməkdir

Xoşbəxtlik dörd şeydən ibarətdir: əsli pak, ürəyi pak, əli pak, rəyi doğru

Sevgi hər şeyə qalib gəlir, gəlin biz də onun hökmranlığına tabe olaq

BRATVA_777

Şərhlər:

  1. _ESME_ dedi ki:

    Sevgi yarası цldьrməsə də heз bir zaman sağalmır


    İt sənə dost olar bir sьmьk atsan, Namərd, qədir bilməz qurban da olsan


    Hər kəs цz dilinin altında gizlənmişdir


    Bir insanın zəkası verdiyi cavablardan deyil, cavablandırdığı cavablardan aslıdır


    TSK-ler maraqli idi

  2. Milady dedi ki:

    beyenışsın 🙂

  3. AyTac dedi ki:

    Məhəbbət nə qədər təmkinli və sakit olarsa, o qədər də зox davam edir. Adət onu mцhkəmlədib bьtьn həyat boyu saxlayır ureyim

  4. DaRk_AnGeL dedi ki:

    Cox sagol maraqli aforizimler idi

  5. fanya_ya dedi ki:

    suppa sozlardiiiii saq ol=)))

  6. MELUSINA dedi ki:

    maraqli aforizmlere gore cox sagol twk

  7. Miss_Azericka dedi ki:

    cox saq ol

  8. _Cinbala_ dedi ki:

    Ən bцyьk yalanзı цzьnə mənəm-mənəm deyənlərdir
    Allah bele insanlardan adami qorusun

    Ən kasıb insan malı az olan deyil, arzusu зox olandır
    bu duzdu

    Cox sagol wiyinka