Bir qadının dəmir barmaqlıqları arasından yazdığı məktub

alt

Həsrətlə baharın gəlişini gözləyirəm. O, baharı ki, dəmir barmaqlıqlar arasından ancaq təravətini, nəfəsini duya bilərəm. O, baharı ki, burda qadın dolu və hər tərəfdən bir səs gələn, hər ürəkdən bir dərd bölüşülən, amma yenə də bu səs dolu zülmət səssizlikdə, yenə də elə həmin bu dəmir barmaqlıqlar arasından quşların şən cikgiltisini eşidəcəyəm. O, baharı ki, hələ 9 il beləcə gözləyəcəyəm.

Bu gün düz 1 il keçir əllərimə qandallar taxılan o gündən, amma hələ də gözlərimin önündən getmir hökmün oxunan o an. 4 tərəfimdə məhkəmə divarları, qarşımda mənə məni cəlladmışam, qəddarmışam kimi göstərən, soyuq baxışlı hakim, bir tərəfimdə lehimə, digərimdə isə əleyhimə olan vəkillər, arxamda isə neçə-neçə məni qınayan, mənə nifrətlə baxan, mənə tüpürən gözlər…Mən necə də yalqızammış, ay Allah! Heç kim məni dinləmədi, anlamadı, heç kim mənə inanmadı.


Offf…of pul, pul, pul.. Dilim utana-utana boynuma alır ki, nə qədər böyük gücə sahibdir bu balaca kağız parçası. Zəif, yüngül insanların, üstündə necə də ağalıq edir pul, öz qullarını ağa göstərərək. 

alt

Ehh….., başladılar danışmağa yalançı şahidlər,
 
 
 
 
yekəqarın vəkillər. Ama mən heç kimi eşitmirdim. Dəhşətdən bərəlmiş, acıdan yaşarmış gözlərimlə baxırdım ətrafıma və düşünürdüm: Aman Allah gözlərimin önündən necə də axır həyatım. Bu güclü görünən, özlərini ağıllı, doğru sayan insanların arasında demə bircə mənəmmiş zəif görünsəmdə əsl güclü, doğru olan. Çünki, əməlimdən peşmən deyiləm, alnım açıq, üzüağ baxıram qarşımdakına, boynum bükük deyil.


Görən, nədir namus?
Vəhşi bir pəncənin və ya dişin qabağına atılacaq yemmi, bir toz qədər dəyəri olmayan gərəksiz bir şeymi? Cinayətkarammı? – bəli. Bu adı özümə qazandığım o an, coşmuşdu, dayanmadan hərəkətdə idi, fırlanırdı fələyimin çərxi. Nə qədər hayqırsam da, hayqırışım sanki, içimdə boğulmuş, ya da lal bir insanın çığırtısıymış kimi heç eşidilmədi. Hansı ki, avazım ən son tonuna qədər, çığırırdı, amma, boşa, çünki, heç nə durduran deyil bu çərxi. Buna yetən güc yoxdur. Bu gün zorla mənə sahib olmaq istəyən, namusumu korlamağa çalışan və sabah bunu başqa, saf, pak qızlara qarşı törədən əclafa təşəkkürmü etməliydim? Əlbəttə ki, yox! Namusumu qorumalıydım və qorudum. Amma bunu bilən varmı? Kim biləcək, kim mənə haqq verəcək, kim məni qoruyacaq? Mədələrini görməmiş kimi kağız parçaları ilə doldurub, “özlərinin də qızları var”-amma bunu düşünməyən, mənə pozğun, ləyaqətsiz qadın damğası vuran, daş ürəkli zalımlarmı? Ordakı yalançı şahidlərdən deyil, mənim şahidim. Bir tək Allah bilir olan hər şeyi.


Dilimiz dönüb-dolaşıb helə zəmanə korlanıb deyirik, daha demirik ki, insanlar korlanıb və öz murdar ürəkləri ilə korlayırlar ətrafı. Necə də, vəfasızdır bəslədiklərin, ay dünya, necə də pozublar səni! Necə də, korlayıblar bu insanlar bu fağır zəmanəni. Hakimin mənə hökm oxuduğu həmən o an, ürəyim dəlicə çırpınırdı. Gözlərim heç nə görmür, qulaqlarım heç nə eşitmirdi. Bircə onu bilirdim ki, namusumla, arımla, əyilməz qamətimlə, güclü qadınlığımla mən fəxr edirəm. Bəli, düz 10 il, 10 böyük il aldılar ömrümdən. Və mən o an anladım ki, bu həyatda nə qədər ağadır, nə qədər doğrudur yalan.

Jelannaya_013

Şərhlər:

  1. Alone Girl dedi ki:

    Ilk rey menden olsun baciw eladi xebeyin maraqlid girl_ang

  2. NURA21 dedi ki:

    maraqli xebere gore twk

  3. UNDERCOVER dedi ki:

    4ox saol dosi maraqli xebere gore

  4. pakito_2 dedi ki:

    sag ol maraqlidir applause applause applause applause applause

    twk twk twk twk twk twk twk twk twk

  5. Jelannaya_013 dedi ki:

    tek -tek haminiza twk edirem rey yazan elleriniz var olsun…

  6. qaraqan_girl dedi ki:

    twk tesekkurler maraqli xeberdir

  7. _Anonimka_ dedi ki:

    tesekkur oxumadim hec kefim yoxdu cry

  8. EQoiSTKa dedi ki:

    Djaaan…JALKO BEDNiNKAYA…SPOSiBKi ZAYA…

  9. new girl dedi ki:

    oxudum cox tewekkurler eladir sagolun

  10. jasminka dedi ki:

    Sitat: new girl

    oxudum cox tewekkurler eladir sagolun

  11. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler

  12. Alone Girl dedi ki:

    Mehkeme demir baramliglar bash

  13. mirashka dedi ki:

    maraqli xebere gore twk