Quranda adı çəkilən bitkilər

Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Bəqərə – 261) Və cənnətdə onlara (xoş ətirli) zəncəfil qatılmış camdan içirdərlər. (İnsan – 17) (Loğman dedi:) “Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır”. (Loğman – 16) Və onun başı üzərində balqabaq (yaxud banan və ya əncir) növündən bir tağ bitirdik. (Səffat – 146) “Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın”. (Bəqərə – 61) Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı). (Vaqiə – 29) Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. (Nəhl – 11) O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar (ağaclar)ı vardır (Ər Rəhman – 68) And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (vəya Dəməşqdə və Beytül – Müqəddəsdə olan iki dağa – “Tin” və “Zeytun” dağlarına). (Tin – 1)




aznetin_gozeli

Şərhlər:

  1. love_krasotka dedi ki:

    Аллах разы олсун

  2. Angelocka dedi ki:

    Cox sagol gozelim allah razi olsun allah metlebine catdirsin seni savaba yazsin hemiweki kimi xeberine soz tapib deye bilmirem cunki cox gozel ve menali bir xeberdi))))