Səcdə ayələri


qurani kerim
1. Rəbbinin yanında olanlar (Allaha yaxın olan mələklər) Ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şə’ninə tə’riflər deyər və ancaq Ona səcdəyə qapanarlar! (əl-Ə’raf, 206)

2. Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! (Yer üzündəki mö’minlər sidqi-ürəkdən istəməyərək, lakin dünyada müəyyən bir mənfəət əldə etmək xatirinə və ya kiminsə, nəyinsə qorxusundan Allaha səcdə edərlər!) (ər-Rə’d , 15)

3. Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! (ən-Nəhl, 49)

4. (Ya Muhəmməd, müşriklərə) de: “İstər (Qur’ana) inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (özlərinə Tövrat və İncil verilmiş kitab əhli) yanlarında (Qur’an) oxunduğu zaman üzü üstə səcdəyə qapanar, (əl-İsra, 107)

5. Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yə’qubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın ne’mət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yə’qub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yə’qubun nəslindən olan peyğəmbərlərdəndir]. (Məryəm, 58)

6. İnsanların içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər. (əl-Həcc, 8)

7. Onlara (müşriklərə): “Rəhmana (rəhmli olan Allaha) səcdə edin!” –deyildiyi zaman, onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” –deyə cavab verərlər. Bu (səcdə əmri) onların (imana olan) nifrətini daha da artırar. (əl-Furqan, 60)

8. Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir). (ən-Nəml, 25)

9. Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər.(əs-Səcdə, 15)

10. (Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəsüf ki) çox azdırlar!” (İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi. (Sad, 24)

11. Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə, qüdrət və əzəmətinə dəlalət edən) əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə (heç bir şərik qoşmadan ibadət edin)! (Fussilət, 37)

12. (Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!) (ən-Nəcm, 62)

13. Özlərinə Qur’an oxunduqda səcdə etmirlər? (əl-İnşiqaq, 21)

14 . Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş! (əl-Ələq, 19)

Jelannaya_013

Şərhlər:

  1. merry-girl dedi ki:

    Allah razi olsun

  2. jasminka dedi ki:
    ALLAH RAZI OLSUN
  3. SeLiN dedi ki:
    xebere gore tesekkurler twk
  4. DaRk_AnGeL dedi ki:
    Cox sagol canim Allah razi olsun senden
  5. fanya_ya dedi ki:

    4ooooooooooooooooooooooox saq ol djanam

  6. MELUSINA dedi ki:

    tesekkurler Allah razi olsun twk

  7. ::HappilY:: dedi ki:

    Allah razi olsun twk

  8. _Aynur_ dedi ki:

    Coooox saq ol xebere gore …Allah razi olsun…

  9. ...::EMERALD::... dedi ki:

    ALLAH RAZI OLSUN

  10. Miss_Azericka dedi ki:
    Allah razi olsun give_rose give_rose give_rose give_rose gul
  11. UNDERCOVER dedi ki:

    4ox saol dosi Allah razi olsun

  12. WiRiNiM dedi ki:

    ALLAH RAZI OLSUN.tewekkuller

  13. Tix_Tix_Xanim dedi ki:

    . (Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!) (ən-Nəcm, 62)

  14. radnoyparen dedi ki:

    ALLAH RAZI OLSUN applause

  15. _Sia_ dedi ki:

    Biz muselmanlar her zaman ALLAHA Sukr, Penah, Tevekkul etmeliyik…

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…