QELEBE


alt

QELEBE

Bir gün Əli (ə) öz ordusu ilə birgə atlara minərək Nəhrəvana tərəf hərəkət etməyə hazırlaşdığı zaman, səhabələrindən biri başqa bir kişi ilə ona yaxınlaşaraq dedi: «Ya Əmirəl-möminin, bu kişi münəccimdir və mühüm bir məsələni sizin nəzərinizə çatdırmaq istəyir».Münəccim dedi: «Ya Əmirəl-möminin, siz bir qədər səbr edin, indi hərəkət etməyin, iki-üç saatdan sonra hərəkət edərsiniz».Əli (ə) soruşdu:– Niyə?Münəccim cavab verdi:– Çünki ulduzların vəziyyətindən məlum olur ki, hər kəs bu saatda hərəkət etsə, düşmənə məğlub olacaq, onun özünə və adamlarına çoxlu ziyan dəyəcək. Lakin əgər mən deyən vaxtda hərəkət etsəniz, qələbə çalacaqsınız.Əli (ə) yenə münəccimdən soruşdu:– Mənim atım boğazdır. Deyə bilərsənmi ki, atımın balası dişidir, ya erkək?Münəccim dedi:– Əgər oturub hesablasam, deyə bilərəm.Əli (ə) ona belə buyurdu: – Yalan deyirsən, sən bunu bacarmazsan. Quranda belə deyilir: «ALLAHdan başqa heç kəs qeybi məsələdən agah deyil». Yalnız ALLAH bilir ki, onun bətnində nə yaratmışdır. Sən iddia edirsən ki, dünyanın bütün hadisələrindən xəbərdarsan və hansı saatda xeyir və hansı saatda şər iş baş verəcəyini bilirsən. Deməli, əgər bir adam səndə olan bu kamil elm və məlumata etimad edərsə, onun daha ALLAHa ehtiyacı olmaz.Sonra Həzrət camaata xitabən buyurdu: «Məbada bu kimi şeylərin dalınca gedəsiniz. Bunlar kahinlik və qeybdən xəbər demə iddiasına gətirib çıxarır. Kahin sehrbazla, sehrbaz isə kafirlə bir cərgədədir və kafir cəhənnəmdə yanacaq».Sonra Həzrət (ə) üzünü göyə tutub ALLAHa təvəkkül və dua etdi. Sonra üzünü münəccimə tutub buyurdu: «Biz, sənin göstərişinin əksinə əməl edirik və yubanmadan, elə bu dəqiqə yola çıxırıq».Əli (ə) ordusu ilə birgə dərhal düşmənə sarı irəlilədi və çox az zaman müddətində düşmənə qələbə çaldı. 

QELEBE

hz_yusif

Şərhlər:

  1. ANGEL16 dedi ki:

    Xebere gore sag ol
    ALLAH razi olsun

  2. SoN_NeFeS dedi ki:

    Allahimiz razi qalsin

  3. DaRk_AnGeL dedi ki:
    Allah razi olsun gozel xebere gore
  4. Nadejda_Lyubvi dedi ki:

    ALLAH razi olsun

    cry

  5. ...::EMERALD::... dedi ki:

    SAG OL DOSI.YENEDE SUPER

  6. UNDERCOVER dedi ki:

    4ox saol xebere gore Allah razi olsun

  7. jasminka dedi ki:

    chooooooooooooooooooox sag ol ela hekayedir

  8. FashionGirl dedi ki:

    tewekkurler
    Allah razi olsun

  9. mirashka dedi ki:

    tewekkur qewey xebere gore twk

  10. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler

  11. EQoiSTKa dedi ki:

    …ALLAX RAZI OLSUN…Coh MAraQLiYDu…

  12. merry-girl dedi ki:

    Allah razi olsun

  13. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…