Nagil heyat

alt

Anam olsan belə, ay anam, xeyli,

Səndən gileyliyəm, səndən gileyli…

Sən duymaq, düşünmək öyrətdin mənə,

Duyub-düşünməkdən azad olaydım.

Danışmaq öyrətdin sən öz körpənə

Nola, mən anadan lal doğulaydım.

Nagil heyat

Dilini bir ilə öyrəndim… nahaq!..

Öz dilim özümə kəsilib yağı.

Bütün ömrüm boyu çalışdım, ancaq

Öyrənə bilmədim danışmamağı…

Başıma bəladır mənim öz dilim,

Dənizəm, üzümə durub sahilim.

Nagil heyat

Yerimək öyrətdin tutub əlimdən,

Dolaşdım aranı, dolaşdım dağı.

Balana yerimək öyrədincə sən,

Gərək öyrədəydin yıxılmamağı…

Nagil heyat

Fikirlər yığılır beynimdə qat-qat,

Cavablar qorxulu, suallar-yasaq.

Həyatı qanana ögeydir həyat,

Onu qanmayana doğmadır ancaq.

Nagil heyat

Məni incidirlər bəzən qəsd ilə,

Ertəsi hər şeyi unuduram mən.

Girəvə düşəndə zalimə belə

Zülm edib, kam almaq gəlmir əlimdən.

Nagil heyat

Ana, quduzlaşır həyat, ilbəil,

Dalayır puç olan ümidlərimi.

Niyə isti deyil, mehriban deyil

Bu amansız həyat qucağın kimi?..

Hardasan, ay ana, bir gəl, mən yenə

Bəlalı başımı qoyum dizinə.

Mənə nağıl danış, dayansın anlar,

Görüm, nağıldakı o qəhrəmanlar

Cütbaşlı divləri nə təhər yıxır,

Nə təhər gizlənib, tilsimdən çıxır.

Nagil heyat

Bir danış, hardadır, görüm səadət?

Bizim yurdumuza o niyə gəlməz?

Danış, danış görüm, Məlik Məhəmməd

Zülmətdən işığa necə çıxdı bəs?

Nagil heyat

Danışma, ay anam, danışma, kiri,

Beynimə batmayır bu əfsanələr.

Divlər görmüşəm ki, nağıl divləri,

Onların yanında toyuğa bənzər.

Nagil heyat

Nadanlar görmüşəm, öz yolundakı

Dikə eniş deyir, düzə dik deyir.

Tülkülər görmüşəm, öz qolundakı

Dəmir zəncirlərə bilərzik deyir.

Nagil heyat

Atasını söyən, yada baş əyən

Rəhbərlər görmuşəm, qəddar, amansız.

Tikana gül deyən, gülə kol deyən

Qarılar görmüşəm dinsiz, imansız.

Nagil heyat

Quldurlar görmüşəm, özgə yer deyil,

Yurdunu talayıb, asudə yatmış.

Tacirlər görmüşəm, simuzər deyil,

“Malades” sözünə Vətəni satmış.

Nagil heyat

Dünyanı biləndən, duyandan bəri

Mənim gözlərimdən düşüb həyat da.

Nağılda gördüyüm qorxunc şeyləri,

Həyatda görmüşəm, anam, həyatda.

Bextiyar Vahabzade…!

New_Moon

Şərhlər:

  1. SoN_NeFeS dedi ki:

    Dьnyanı biləndən, duyandan bəri
    Mənim gцzlərimdən dьşьb həyat da.
    Nağılda gцrdьyьm qorxunc şeyləri,
    Həyatda gцrmьşəm, anam, həyatda.

    super Islam cox beyendim applause

  2. WiRiNiM dedi ki:

    tewekkuller supperdi

  3. meleyim dedi ki:

    heyat nagildida basdan ayaga

  4. Tix_Tix_Xanim dedi ki:

    Atasını sцyən, yada baş əyən
    Rəhbərlər gцrmuşəm, qəddar, amansız.
    Tikana gьl deyən, gьlə kol deyən
    Qarılar gцrmьşəm dinsiz, imansız.

  5. _Anonimka_ dedi ki:

    tesekkur

  6. DaRk_AnGeL dedi ki:

    Cox sagol dosi ellerine sagliq gozel weirdi

  7. New_Moon dedi ki:

    Beyendiyinize Sevindim Cox SAgolun

  8. fanya_ya dedi ki:

    Supeeeeeeeeeeeeeeeeeeeeeeeeer
    Chox saq ol New_Moon

  9. Miss_Azericka dedi ki:
    Cox sagol DOsim

    opucuk opucuk opucuk
  10. Lubov dedi ki:

    Doqurdan da naqildir heyat

  11. azeri_lady dedi ki:

    Cox ela, maraqli, dusunduren. Cox sagol, ellerin derd gormesin…

  12. Nadejda_Lyubvi dedi ki:

    gozel serdi tskler

  13. hz_yusif dedi ki:

    twk C O X S A G O L twk

  14. sWeeT dedi ki:

    Yerimək цyrətdin tutub əlimdən,
    Dolaşdım aranı, dolaşdım dağı.
    Balana yerimək цyrədincə sən,
    Gərək цyrədəydin yıxılmamağı..

  15. kaktus dedi ki:

    BEXTIYAR VAHABZADENIN weirlerinin vurgunuyam
    aze aze aze

  16. UNDERCOVER dedi ki:

    4ox gozel weirdi yerivar

  17. Sabiw dedi ki:

    ALLAH RAZI OLSUN

    SUPER XEBERDIII

    angel angel angel

  18. _Anonimka_ dedi ki:

    Dьnyanı biləndən, duyandan bəri
    Mənim gцzlərimdən dьşьb həyat da.
    Nağılda gцrdьyьm qorxunc şeyləri,
    Həyatda gцrmьşəm, anam, həyatda.
    twk