Bir uşağın namaz qılma Əhvalatı:


alt
Bir uşağın namaz qılma Əhvalatı:

Türkan xanım dindar bir ailədə böyümüşdü. Anası hər fürsətdə ona və qardaşlarına namaz qılmalarını söyləyər, hətta əsəbləşərək onlara xəbərdarlıq edərdi. Türkan xanım namazın qılınması lazım olduğuna inanır, amma yenə də qılmazdı, çünki qılmaq nəfsinə çətin gəlirdi. Bəzən başlayır, sonra tərk edərdi.

Evləndi və uşaqları oldu. Anası hər gəldiyində eyni şəkildə namaz qılmaları üçün xəbərdarlıq etməyi davam etdirir, o da təkidlə qılmamağa davam edirdi. Çox istəməsinə baxmayaraq heç cür nəfsinə qalib gələ bilmirdi. Bir gün yoldaşları onlara qonaq gəldi. Onlardan biri anasını da gətirmişdi. Xala elə şirin danışırdı ki, onu dinləyən saatlar keçsə usanmazdı. Xala bir ara namaz mövzusuna toxundu. O izah edərkən, Türkan xanım anasını xatırlamış və anasının köhnə günlərdəki namaz xəbərdarlıqlarını düşünürdü. Indi də xalanı zövqlə dinləyirdi.

Türkan Xanımın kiçik oğlu Zəkəriyyə, dörd yaşında idi. Oynadığı oyunu buraxmış, xalanın oturacağı dibində iki əlini yumruq edib üzünə söykəmiş bir şəkildə, tərpənmədən dinləyirdi. Anası Kərəm üçün mətbəxlə salon arasında var-gəl edərkən mövzu dəyişmişdi. O da onların yanına oturub söhbətin gözəlliyinə qapılaraq çayını içməyə başladı.

“Ana, sənin yerinə mən namaza başlayacağam”

Tam bu sırada mətbəxdən bir səs-küy gəldi. Arxasından da oğlunun qışqırığı eşidildi. Təlaşla mətbəxə qaçdı Türkan xanım. Indi də qorxuyla arxasından getdilər. Oğlu bir kürsü qoyaraq tualetə çıxmışdı. Bir ayağı əlüzyuyanın içində, digəri isə çöldə idi. Kürsü aşmış yerdə olanda da, oğlu da əlüzyuyanın kənarında qorxmuş bir şəkildə asılı dururdu. Qaçıb qucağına götürdü. Su içəcəyini zənn edərək:

“Istəsəydin mən verərdim balam, ya düşüb bir yerinə zərər versəydin” deyə təlaşla qışqırdı.

Türkan xanım oğlunun verdiyi cavabı, uzun illər keçməsinə baxmayaraq hələ də unuda bilmir çünki belə demişdi uşağı:

“Ana, mən dəstəmaz alacaqdım. Xala dedi axı, namaz qılmayanlara Allah cəza verəcək. Mən də, sən cəza almayasan deyə sənin yerinə namaza başlayacaqdım. “

O an Türkan xanım, təpədən dırnağa titrədiyini hiss etdi. Allah, illərcə namaz qılmayan Türkan Xanıma oğlunun davranışıyla müdhiş bir dərs vermişdi. Balasına sarılıb dəqiqələrlə ağladı.

HER_ANIM_1_OMUR

Şərhlər:

  1. _JeLiBoN_ dedi ki:

    Tesekkur edirem deyerli xeber ucun

  2. ::HappilY:: dedi ki:

    maraqlidi tewekkurler

  3. meleyim dedi ki:

    uyda tukelrim biz biz oldu e halaldi ela xeebrdi

  4. MELUSINA dedi ki:

    aydaaaa axiri cox tesirlidir supeer xeberdi cox sagol twk

  5. Jelannaya_013 dedi ki:

    ayayaaaax 4oooox tesirlendim…super maraxli xeberdi twk…

  6. BlAcKsTaRiN dedi ki:
    Super heqiqeten terife layiq bir ehvalatdi cox sagol ellerin derd gormesin…!
  7. HER_ANIM_1_OMUR dedi ki:

    twk ALLAH HAMIZI NAMAZ YOLUNA CEKSIN BIR ZERE DE OLSUN IMAN SALA BILDIMSE QELBLERE COX SEVINIREM twk

    fanya_ya,kino baxmisan beyin ogrlanmasi orda diyira sen istemisen seni TA AMERKADAN GORSUN ODA DIYIR KI YOX cavabda ALIR KI ELE SENI GORMESELER YAXSI DI INDI SENDE ELE SENI GORMESELER YAXSIDI

  8. DaRk_AnGeL dedi ki:
    Cox sagol cox gozel xeber idi axra kimi oxudum
  9. jasminka dedi ki:
    ALLAH RAZI OLSUN

    angel angel angel
  10. Miss_Azericka dedi ki:
    fanya_ya,
    seni sadece rock maraqlandirir!.!.!.
  11. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler,namaz qilmayanlara ders olsun

  12. Milady dedi ki:

    tewekkurlerrrrr

  13. Gucci dedi ki:

    [hide]cox sagol Allah razi olsun

  14. _ESME_ dedi ki:

    xebere gore tsk twk

  15. ZakonLubvi dedi ki:

    O an Tьrkan xanım, təpədən dırnağa titrədiyini hiss etdi. Allah, illərcə namaz qılmayan Tьrkan Xanıma oğlunun davranışıyla mьdhiş bir dərs vermişdi. Balasına sarılıb dəqiqələrlə ağladı. angel

  16. NuRLu_ZuLMeT dedi ki:

    evvela xebere gore twk.fikire geldikde ise mence bu yazdigin hadiseden tekce Turkan xanim yox ee onun timsalinda coxlari ders almiw oldu.ALLAH namaz dualarimizi qebul etsin inwallah

  17. Miss_Azericka dedi ki:

    Tesekkur edirem deyerli xeber ucun

  18. fanya_ya dedi ki:

    mani bela weylar maraqlandirmir oxumadim sorry please

  19. Nadejda_Lyubvi dedi ki:

    Tesekkur edirem

  20. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…