Mən bu həyat üçün yaranmamışam


heyat
Deyirlər ki, insan həyata bir dəfə gəlir. Yox, razılaşmıram. İnsan yaşadığı müddətdə dəfələrlə doğula, həyatı başdan başlaya bilər. Keçmişi geridə buraxıb yenidən doğulmuş kimi… 

Səhvsiz insan yoxdur. Ən ideal saydığımız şəxslər də səhvlərdən, günahlardan xali deyil.Hətta səhvlərin özü də bir mənalı deyil. Bizim səhv saydığımız kiməsə görə düz, kiməsə görə günah, kiməsə görə isə həyat tərzidir. Hər şey insanların xarakterinə, dünyagörüşünə, yaşadığı cəmiyyətə bağlıdır. İranda parkda örüşənləri həbs edirlər, Azərbaycanda cəriməliyir, Amerikada isə yanından ötür keçirlər. Hər kəs bir aspektdən baxır davranışlara, fərqli qiymətləndirir xarakterləri…

Yazılarımdan dolayısı hər zaman fikir müxtəlifliyi ilə üz-üzə qalmışam.Fərqli mövzulara toxunduğum üçün oxucular arasında qarşıdurma yaranır, bəziləri haqq verir, bəziləri tənqid edir, bəziləri isə hətta təhqirdən belə yan keçmirlər. Əvvəllər bu dözülməz idi, məndə böyük aqressiya yaradır, mövzunun mahiyyətini onlara sübut etməyə çalışırdım. Amma sonra anladım ki, mübahisə ağılsız insanlar üçündür. Hər kəsin həyata baxışı öz dünyagörüşünə, ağlına və yaşam tərzinə görə dəyişir. Ona görə mən haqsızam, mən görə o. Ortaq nöqtə yoxdur. Kimsə məğlub olmaq istəmir və nəticədə bir də ayılırsan ki, mənən nə qədər kiçilmisən. Layiq olduğun mərtəbədən onun səviyyə pilləsinə enmisən.

Əgər kimsə anlamaq istəmirsə, ona nəsə anlatmaq mənasızdır.Sadəcə susmaq lazımdır. Susmaq bəlkə də uduzmaqdır. Amma ləyaqətini, mənliyini qoruyub saxlayaraq uduzmaq özü də qalibiyyətdir.

İnsanları sevirəm. Ağlına, savadına aşiq olduğum insanların heç cinsi də mənim üçün önəmli deyil. Və dəyər verdiklərimə qarşı hər zaman sevgi, hörmətlə yanaşmışam. Amma, aşırı hörmət xanımlarda özündə razılıq, əks-cinsdə mənimlə daha yaxın olmaq hissi yaradıb. Bu durumda xüsusən oğlanların münasibətinə kədərlənmişəm. Niyə Azərbaycanda oğlana gülərüzlə salam verəndə, səmimi danışanda, səhərisi düşünür ki, «hə, bu qadını yoldan çıxartmaq olar», bəlkə də daha irəli gedib «mənə aşiqdir» deyir. Mədəni insan olub səmimiyyəti normal qarşılayarsa da, mütləq ətraf bunu adi qarşılamayacaq. Yenə dostluq, tanışlıq münasibətlərinin sonu başqa tərəfə istiqamətlənəcək.

Bezdim bu cür yanlış anlamalardan, bezdim…Mənə azacıq xoş üz göstərən, kiçik bir yaxşılıq edən insanları o qədər yuxarı qaldırıram ki, bir də baxıram ayaqlar altında qalmışam.

Sonra da əzab, əzab, əzab…

Yaxşı ilə pis insanı ayırmayan vicdansız insanlarla dolu bu həyatdan usandım.

Yetər artıq! Mən bu həyat üçün yaranmamışam. Yenidən doğulmalıyam! Hər axşam batıb, yox olub, səhər yenidən ətrafına heçnə olmamış işıq saçan günəş kimi…

Bu gün mənim doğum günümdür. Bam-başqa biri kimi doğuldum həyata. Yox, daha bütün insanlara yaxşılıq etməyəcəm. Hər adama yaxşı olmaq, hər adama dəyər vermək dəyərliləri heç edir.

Heç kəs haqqında yüksək fikirlər söyləməyəcəm, bir gün yanılaram deyə.

Heç kəsə çox səmimi olmayacam, bir gün o səmimiliyimdən istifadə edərlər deyə…

Heç kəsə çox yaxşılıq etməyəcəm, bir gün mənə yamanlıq edəndə üzülməyim deyə.

Mən bu həyat üçün yaranmamışam.

Heç kəsi ürəyimə yaxın buraxmayacam, ürəyimi qıranda məhv olmayım deyə.

Heç kəsə diqqət göstərməyəcəm ki, qarşılığını gözləyəndə acılar çəkməyim deyə…

Heç kəsə inanmayacam, aldananda göz yaşlarıma boğulmayım deyə…

Yaşadığım həyat mənə bir şey öyrətdi. İnsana ən böyük pisliyi yalnız özü edə bilər, ən böyük əzabı da özü-üzünə verə bilər. İnsan istəsə özünü göylərə qaldıra, istəsə yerə çırpar!

İnsanlara sonsuz inamın, etibarım, səmimiyyətim məni yıxdı. Demək ki, ayağa qalxmaq üçün insanları yox, birinci özümü dəyişməliyəm. Özüm dəyişməliyəm ki, bir daha yıxılmayım. 

Bu həyatda güvənəcəyin tək bir insan var – o da sən özün!

Nadejda_Lyubvi

Şərhlər:

  1. МиниК_Сердце dedi ki:

    ((((((((

  2. DaRk_AnGeL dedi ki:
    Cox sagol xebere gore
  3. BlAcKsTaRiN dedi ki:

    ehh cry
    coox sagol/…!

  4. SARISHIN97 dedi ki:

    cooooooooooooox sag ol

  5. UNDERCOVER dedi ki:

    maraqli xeber4un twk

  6. ZakonLubvi dedi ki:

    Yaxşı ilə pis insanı ayırmayan vicdansız insanlarla dolu bu həyatdan usandım. twk

  7. Lubov dedi ki:

    Istediyin yada xosun gelen bir sey etmek isteyende dusunursen buna pis baxarlar.Istediyin her hansi bir seye laqeyid qalirsan cunki kenardan qalanlar ne deyeceyi seni maraqlandirir her hanisi isi gorende bu bele olur bu heyatda o qeder bunlari dusunursen ve sonunda ozun ozune yadlasirsan ve senden eser elamet qalmir gorursen ki illerle her defe bir sey edende dusnduylerin senin istediylerini mehv edib ve kimselesmisen budur bu heyat ucun yasadiqlarimiz Gozel yazmisan oxudum sanki fikirlerimle tamamlasdi

  8. fanya_ya dedi ki:

    twk chox xowum galdi chox saq ol

  9. MELUSINA dedi ki:

    maraqli xebere gore cox sagol twk

  10. kalbim dedi ki:

    super bu heyatda guvendiyim bir tek insan var oda ozum duzdu ki duzdu

  11. SeLiN dedi ki:
    xebere gore tesekkurler twk
  12. ::HappilY:: dedi ki:

    yaxsidiiii thankssss

  13. _Aynur_ dedi ki:

    Maragli xeberdi cox saq ol…

  14. BadBoy dedi ki:

    =( GeWeng BrAVo

  15. Sweet HOSTed Girl dedi ki:

    Tewekkurrrr yaxwidii

  16. merry-girl dedi ki:

    xebere gore sposibki

  17. Miss_Azericka dedi ki:
    elaaa xeberdi cox sagol =((((((((((((
  18. koks dedi ki:

    cox saqol gozel xeberdi tewekurler

  19. Sabiw dedi ki:

    ela xeberdi tewekkurlerr applause

  20. Broken_Angel dedi ki:

    cox geseng xeberdi twk)))

  21. sWeeT dedi ki:

    maraqliydi tsk

  22. ASKO dedi ki:

    Maraqlidir thank youuuuu