Sevgi Hekayəsi

Sevgi Hekayəsi
Hər zaman olduğu kimi bugündə sevgilimin mənə hədiyyə elədiyi köynəyi geyinib onunla görüşə hazırlaşırdım.Bu dəfə də onun sevdiyi duxunu vurdum.Sanki sevgi ətri gəlirdi məndən.Gözlərimdə sevgi üzümdə dünyanın sevinci ürəyimdə də onu düşünərək evdən çıxdım.Görüşəcəyimiz yerə, dənizin kənarına, bulvara getdim.Yolda onun sevdiyi gülləri aldım.Sanki sevgi bağçasından indicə dərmişdim.Güllər ətrafa sevgi qoxurdu.Dənizin kənarında onu gəzləyirdim.Ucsuz-bucaqsız, sərhədi görünməyən dənizində bizim sevgimiz kimi sonu görünmürdü.Az sonra sevgilimi görəcəyim üçün ürəyim o qədər sürətlə döyünürdüki, sanki bu dəqiqə yerindən çıxacaqdı.

Saata baxdım.O, hemişəki kimi gecikirdi.Mən isə sevdiyimi görəcəyim üçün vaxtından tez gəlmişdim.Geciksə də hər dəfə onu gözləyirdim.Hər gözəlin bir eybi var, mənim gözəlimin eybi də bu gecikmək idi.Bir əlimdə çiçəkləri digər əlimdə isə ona verəcəyim üzüyü tutmuşdum.Onun əlinə bu üzüyü taxmaq üçün necə səbirsizlənirdim.Axı ona evlənmə təklif edəcəkdim.

Getdikcə narahat olmağa başladım.O bu qədər gecikməzdi.Əllərimdə ki, güllərin üzərində sanki göz yaşları var idi.

Ürəyimdə sanki güllərlə danışırdım.Onlara siz niyə ağlayırsınız ki, sanki gecikən sizin sevgilinizdir deyirdim içimdə.Birazdan o gələcək bu gülləri ona verecəyəm, sonra onu nece sevdiyimi deyib barmağına üzüyu taxacağam.

Yox-yox görəsən sevgilimə nə olub, niyə axı gəlmədi, niyə məni bu qədər gözlədir? Yox o birazdan gələcək, əllərimi tutacaq və onu qovuşmağın sevincini yaşayacağam.Güllərin üzəri hələdə yaş idi.Güllər görəsən niyə ağlayırdılar ki? Uzun-uzun dənizə baxdım, xəyallara daldım, səbirsizliklə onu gözləyirdim.

Artıq gözləməyin faydası yox idi.O gəlmədi. Atıq 2 ildir ki, o gəlmirdi. 2 ilidir ki, hərgün onun hədiyyə elədiyi köynəyi geyinib, onun sevdiyi duxunu vurub, onun üçün təzə çiçəklər alıb, onun üçün aldığım üzüyü götürüb onunla hər zaman görüşdüyümüz yerə gəlirəm, onu ümidlə, böyük sevgi ilə gözləyirəm. Onun birgün gələcəyini bilirəm.

Amma bugün də o gəlmədi. Eybi yox, o gəlmədi mən gedərəm onun yanına, verərəm bu çiçəkləri ona. Hərgün onu görəcəyəm sevinci ilə gəldiyim yerdən yenə ümidsiz halda mən onun yanına gedirəm…. qəbirstanlığa….

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. Admin dedi ki:

    sad Exx heyat varmiw

  2. nuri4ka dedi ki:

    admin sag ol! coh maraglidi

  3. BadBoy dedi ki:

    Cingiz gagawim Cox sag Ol…

  4. QEMLI_GECE dedi ki:

    cox sagolunnnnn

  5. ...::EMERALD::... dedi ki:

    COOOX MARAQLİDİR.ELLERİN DERD GORMESİN

  6. Miss_Azericka dedi ki:

    twkler………. gul

  7. merry-girl dedi ki:

    cox sag ol ellerine sagliq

  8. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler

    angel
  9. Optimist... dedi ki:

    bele hekayeleri oxuyanda lap aglamagim gelir

  10. AYDAN 15 dedi ki:

    maraqli hekayedi

  11. nurlana77 dedi ki:

    Cox maraqlidir
    cox sag ol