İki qurbanlıq arasındakı fərq


alt
Allahın özünə «Xəlil» (dost) seçdiyi Həzrəti İbrahim sınaq meydanına çəkilir. O, Allahın əmri ilə sevimli həyat yoldaŞı Hacəri və illər boyu həsrətində olduğu İsmaili susuz səhraya aparmıŞdı. İbrahim (ə), Hacər İsmail susuz səhrada. Bir azdan İbrahim (ə) gedəcək, Hacər ilə südəmər İsmail tək qalacaq. Onlar artıq təkdirlər. Allahın dostu beləcə öz ailəsini qurban verir. 
İki qurbanlıq arasındakı fərq

Allah yer üzündə öz yerinə xəlifə seçdiyi İmam Hüseyni (ə) ailəsi və səhabələri ilə birlikdə Kərbəla çölündə görmək istəyir. Həcc ziyarəti qurtarar-qurtarmaz Allah aŞiqləri artıq Kərbəla çölündədirlər. Hacər İsmailin ah-naləsini eŞidib səhraya üz tutur, su tapmasa da qayıtdıqda Allahın onlara hədiyyə etdiyi və İsmailin ayaqları altında Zəm-Zəmin qaynadığını görür. İnsanlar qiyamətə qədər bu sudan içəcək, dəstəmaz alacaq. Amma İmam Hüseyn (ə) də xanımlarını və körpə südəmər ciyərparəsini Kərbəla çölünə gətirdi. Amma Hacərdən fərqli olaraq İmam Hüseynin (ə) xanımlarını susuz qoyub döydülər, boyunlarından, qulaqlarından zinət əŞyalarını qopardılar. İsmaildən fərqli olaraq Əliəsğər üçün su qaynamadı, susuz qalmaqla yanaŞı atasının qolları üstə körpə bağazı üç guŞəli oxla vurulub qanına qəltan oldu. İbrahim (ə) ailəsi ilə birlikdə imtahandan çıxdı və Allah onlara Zəm-Zəmi hədiyyə etdi. İmam Hüseyn (ə) də imtahandan çıxdı, amma Allah ona göz yaŞını hədiyyə etdi. Qiyamət gününə qədər onu sevənlərin göz yaŞları İmam Hüseynin (ə) hədiyyəsidir. Zəm-Zəm suyu ilə dəstəmaz almağın və onu içməyin savabı yoxdur. Amma İmam Hüseyn (ə) üçün axıdılan göz yaŞlarının savabı olduqca çoxdur. Çünki Zəm-Zəm suyu daŞı yararaq çıxır, İmam Hüseyn (ə) üçün axıdılan göz yaŞları isə qəlb evindən çıxır. Bunlar Şairənə sözlər deyil, həqiqətdir. Peyğəmbər (s.ə.s) sevimli övladının müsibəti haqda buyurduğu hədislərdən birində buyurur: Qiyamət günü Hüseynim üçün ağlayan gözlər bəla görməz.İmam Cəfər Sadiqdən (ə) nəql olunan hədisdə buyurulur: Kim babam İmam Hüseynə (ə) ağlasa, yerindən qalxmazdan əvvəl günahı dəryalar qədər olsa belə hamısı bağıŞlanar.Elə bu səbəbdən də Peyğəmbər (s.ə.s) və məsum imamlar İmam Hüseynin (ə) faciəsinin hər il qeyd olunmasına təkid etmiŞlər. Bundan əlavə, baŞ verən hadisəni hər il qeyd etməklə İmamın (ə) bizlərə örnək olaraq qoyduğu azadlıq məktəbini xatırlamıŞ oluruq. İmam Hüseyn (ə) qiyamı «Qanın qılınc üzərindəki qələbəsi» idi. Tarixdə bəlkə də ilk dəfə idi ki, məğlub edən yox, məğlub edilən tərəf qələbə çaldı.AŞura hadisəsi bizlərə xeyrin Şər üzərində qələbəsini simvolizə edən hadisədir

İki qurbanlıq arasındakı fərq

DaRk_AnGeL

Şərhlər:

  1. New_Moon dedi ki:

    Elleruve Sagliq Canik Supa Xabardi Allah Razi Olsun

  2. DaRk_AnGeL dedi ki:

    Beyendiyinize sevindim canlarim)))

  3. Super_Detka dedi ki:

    maraqli idi give_rose

  4. Lazy Leman dedi ki:

    Allah razi qalsin twk

  5. ...::EMERALD::... dedi ki:

    ELİNE SAGLİK

  6. SoN_NeFeS dedi ki:

    Allah razi qalsin sps

  7. UNDERCOVER dedi ki:

    4ox saol Allah razi olsun

  8. DaRk_AnGeL dedi ki:
    Her birinize tewekkurler
  9. new_frend dedi ki:

    ALLAH rizasi olsun

  10. Alone Girl dedi ki:

    maraqli idi

  11. Imperator dedi ki:

    Canim cox saqol superdi Allah Razi Olsun

  12. jasminka dedi ki:

    ALLAH RAZI OLSUN MARAQLI XEBERDIR

  13. EQoiSTKa dedi ki:

    …Ochhh Krutyak Heberdi…SPOSiBO…MaraQLa OxuDuM…

    thank_you

  14. Бакинка dedi ki:

    Bilirəəəəəəəm bunlarıııı coooox saxol xəbərə gorəəəəə..Allah min qat razı olsun…….

  15. Alone Girl dedi ki:

    allah razi olsun applause

  16. Tix_Tix_Xanim dedi ki:

    Allah razi olsun,cox maraqli xeberdir

  17. WiRiNiM dedi ki:

    oxudum canim ellerine saglk ALLAH razi olsun

  18. fanya_ya dedi ki:

    Chox saq ol deliwkam

  19. mirashka dedi ki:

    ALLAH RAZI OLSUN twk

  20. YEDiNKA dedi ki:

    twk
    Maraqla oxudum

  21. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…