“SAĞ OL” kəlməsini sevmədiyim halda mənə “ƏLVİDA” deməyi öyrət.


“SAĞ OL” kəlməsini sevmədiyim halda mənə “ƏLVİDA” deməyi öyrət.


Su kimi axıb gedirsən əllərimin arasından, tuta bilmirəm. Əllərimdə buraxdığın istiliyi də al get………Axsın gözlərimdən gözlərin göz yaşlarım kimi……….

Mənə yoxluğunu öyrət…………..

“Heç nə gözəl olmayacaq bundan sonra” de. “Sən yoxsan” de. “Mən yoxam” de. “Bundan sonra heç gəlməyəcək baharların, yazların həsrəti ilə üşüyəcəksən” de…..
Köhnəlmiş bir həyatın içindən aldığın məni burax aldığın yerə.

Mənə getməyi öyrət……………

Zənn etdim ki, çox asan olacaq. Dönüb arxamı ağır addımlarla gedəcəkdim sadəcə. Heç nə köhnəlməmiş kimi, həyat davam edir kimi tutub həyatın bir ucundan ovudacaqdım özümü, özüm özümə dediyim yalanlarımla. Bilmədim ki, daha öyrənməmişəm getməyi. İlişdi ayağım illərə, sarsıldım, yıxılıb qaldım yerdə. Bir addım belə ata bilmirəm indi. Nə gələcəyə, nə də keçmişə. Gözləyirəm eləcə.

Mənə tənhalığı öyrət…………

İnsanların arasında eşitmirəm heç bir səsi. Nə bir yeni sevda, nə bir dost əli çəkib çıxara bilmir məni tənhalığımdan. Bu nəhəng dünyada təkcə mən qalmışam sanki. Amma həyat hər kəs üçün davam edir, zaman axıb gedir. Gün yenə doğur bir yerdə, axşamlar olur. Şəhərin işıqları aydınlaşdırır bir-bir küçələri. Yağışlar yağır. Dərin bir nəfəs alıb içimə çəkmək istəyərkən, görürəm ki, artıq torpağın qoxusunu belə hiss etmirəm.

Mənə sənsiz ağlamağı öyrət……………..

Bilirsən, heç sevmədim “ƏLVİDA”ları. Neçə dəfə sənin mənə “SAĞ OL” deməyini də saymadım.
İndi tək kəlmə belə demə, susaq sadəcə.

Son dəfə “ƏLVİDA” deməyi öyrət getmədən əvvəl…

Nasiman

Şərhlər:

  1. azeri_gizem dedi ki:

    .Analıq əlbəttə ki, insanı sonsuz dərəcədə xoşbəxt edə bilir. Amma sevgidə, evlilikdə olan xoşbəxtlik insana elə baha başa gəlir ki, onu heз dьşmənimə də arzulamaram.

  2. KIVANC dedi ki:

    cry Supeerdi sag ol sob

  3. Nasiman dedi ki:

    Angelocka,
    Sizde sagolun oxudugunuz ucun ve mene teselli verdiyiniz ucun. Minetdaram size… Ama uzulme demegle dertleri unutmag olmur Ureyim dozmur her gun dahada geriye gedirem ve bunu hiss edirem…

    ismayil_xakker,
    Sende sagol teshekkur edirem

  4. )(akker dedi ki:

    Cox sagol ….

  5. Angelocka dedi ki:

    Bilirsən, heз sevmədim ”ƏLVİDA”ları. Neзə dəfə sənin mənə ”SAĞ OL” deməyini də saymadım.
    İndi tək kəlmə belə demə, susaq sadəcə.

    Son dəfə ”ƏLVİDA” deməyi цyrət getmədən əvvəl…

    hmm(((( sagol hem huzunlu hemde bele gozel weir ucun
    Allah seninde komeyin olsun ne derdin varsa inwallah yaxwi olar birdeki men bunu oyrendim ki heyatda deyersiz insanlar ucun uzulmeye deymez eger o senin deyerini bilmedise onun ucun men hecde uzulmerem sende caliw ele et

  6. Nasiman dedi ki:

    islam1988,
    Cox sagoll qardashim inshallah bir gun paylasharam derdimi sebninle

    N_I_C_L_E,
    Sizde sagolun ogudugunuz ucun

  7. N_I_C_L_E dedi ki:

    cooox sag olun xebere gore.

  8. Black_Boy dedi ki:

    Nasiman,
    paylash ceres ismaric.belke yungulleshesen

  9. Nasiman dedi ki:

    vefasiz_giz,
    Xaish elədim sizdən piss olmayındaa yoxsa məndə piss olacam

    islam1988,
    Qardashım derdim boyukdur ama payalashacaq hec kimsem yoxdu

  10. Black_Boy dedi ki:

    agla agla agla agla agla agla agla agla agla agla agla agla
    Ureyim agradi nasiman bele derdli-derli yazma qaqa

  11. sevgi yalandir dedi ki:

    Su kimi axıb gedirsən əllərimin arasından, tuta bilmirəm. Əllərimdə buraxdığın istiliyi də al get………Axsın gцzlərimdən gцzlərin gцz yaşlarım kimi……….

    Mənə yoxluğunu цyrət…………..

    twk twk twk :t surprised wk: