Azerbaycanli qadinlar arasinda Ilkler…

Ağayeva Xurşid (1906-1953)
ADR parlamentinin sedr müavini Hesen bey Ağayevin qızı. İlk azerbaycanlı musiqişünas. Azerbaycan Dövlet Konservatoriyasında uzun müddet musiqi tarixinden ders demişdir.

Aşurbeyli Sara (1906 2001)
Azerbaycanda ilk qadın tarix elmleri doktoru.

Ağalarova Dünya (1906-1981)
Azerbaycanin ilk geoloq qadını, görkemli palentoloq, geologiya-mineralogiya elmleri doktoru, professor.

Almaszade Qemer (1915-2006)
Azerbaycanin ilk qadin balet reqqasi. Keçmiş SSRİ xalq artisti, dövlet mükafati laureati

Axundova Şefiqe (1924)
Azerbaycanin ilk bestekar qadinlarindan biri, Şerqde ilk opera yazan qadin

Axundzade Sekine (1865-1927)
Azerbaycanda ilk qadin müellimlerden biri ve ilk qadin dramaturq. “Elmin behresi” (1904). “Zülmün semeresi” ve s. pyeslerin ve “Gelin ve Qaynana” komediyasinin müellifidir.

Bayramova Ceyran (1896-1987)

Azerbaycanda qadin herekatinin veterani. Azerbaycanda ilk qadin klubu yaradan qadin. Azerbaycanin ictimai-siyasi heyatinda iştirak etmiş, Azerbaycan qadinlarinin I qurultayinin keçirilmesinde böyük rol oynamişdir.

Baxişova Eynülheyat (1888-1955)

Sankt-Peterburq Ali Qadin Kursunda oxumusdur. İlk ali tehsilli riyaziyyatçi müselman qizdir.

Davatdarova Mina (1935)
Dermatalogiya sahesinde çalışan ilk qadin, tibb elmleri doktoru, professor, emekdar elm xadimi.

Eliyeva Zerife (1923-1985)
Ümummilli lider Heyder Eliyevin ömür yoldaşı, Azerbaycan Elmler Akademiyasinin heqiqi üzvü, tibb elmleri doktoru, professor, emekdar elm xadimi. İlk defe olaraq senaye istehsalinin müxtelif saheleri şeraitinde göz xestelikleri pprofilaktikasi üzre geniş tedqiqat işleri aparmışdır, eyni zamanda oftalmologiyanin inkişafina verdiyi böyük töhfeye – görme orqaninin peşe patologiyasi sahesinde apardigi elmi tedqiqatlara professor Z.E.Eliyeva 1981-ci ilde oftalmologiya aleminde en yüksek mükafata- SSRİ Tibb Elmleri Akademiyasinin akademik M.İ.Averbax adina mükafatina layiq görülmüş ilk qadindir.

Eliyeva Mehriban
Heyder Eliyev Fondunun Prezidenti, millet vekili, Azerbaycanin birinci xanimi, “YUNESCO”nun xoşmeramli sefiri,Azerbaycan Medeniyyetinin Dostlari Fondunun sedri, Azerbaycan Gimnastika Federasiyasinin Prezidenti Mehriban Eliyeva sivilizasiyalarin yaxinlaşdirirlmasi xidmetlerine göre, “İSESCO”nun Xoşmeramli Sefiri yüksek fexri adi ile teltif edilib. Mehriban xanim Eliyeva bu qeder yuksek adi alan ilk qadindir.

Ebdülvahabova Sacide (!947)
Fizika-Riyaziyyat elmleri doktoru.Azerbaycanda nezeri nuve fizikasi uzre ilk professor qadin. Ali mektebler ucun Azerbaycan dilinde ilk “Nüve Fizikasi” ders vesaitinin müellifidir.

Eliyeva Necibe (1927)

Azerbaycan virusoloqu. Baytarliq elmleri doktoru, professor. Baytarliq virusologiyasi sahesinde ilk azerbaycanli qadin alim

Elibeyova Xedice (1864-1958)
Azerbaycanda ilk qadin jurnali “İşiq”in redaktoru. Qadinlarin terbiyesi, tehsili ve hüquqlari barede yazilar yamişdir.

Eliyeva Kişver (1892-1921)
İlk azerbaycanli musiqi müellimi. Tiflis musiqi mektebini ve Moskva Konservatoriyasini bitirmisdir. İlk qadin rus-müselman mektebinde ders demisdir.

Elizade Firengiz (1947)
Dünyada taninmiş bestekar, pianoçu, dirijor.Azerbaycan Bestejarlar İttifaqinin sedri. “YUNESCO”nun “Artist for the Pease” titulunu alan ilk azerbaycanli bestekar.

Ehmedova-Qayibova Sabiqe (1925-1984)
Baytarliq elmleri üzre ilk qadin elmler doktoru, professor

Eliyeva Tamara (1928)

Torakal Cerrahliq sahesinde ilk azerbaycanli cerrrah qadin. Tedqiqati, esasen, ağ ciyer ve teneffüs borusunun salamat ve yaman şişlerine hesr olunmuşdur.

Ferecova Kübra (1907-1986)
Azerbaycanda ilk qadin sehiyye naziri, tibb elmleri doktoru, professor.

Göyerçin Gövher (1887-1960)
Azerbaycanin ilk peşekar teatr artisti.

İmanquliyeva Aida (1939-1992)

Filologiya elmleri doktoru, professor. İlk azerbaycanli qadin-erebşünas elmler doktoru olmuşdur.

İmamquliyeva Gülzar (1907-1997)
Cenubi Qafqazda brusellyoz xesteliyini öyrenen ilk azerbaycanli qadin alim. Azerbaycan Dövlet Tibb Universitetinin infeksion xestelikler kafedrasinin mudiri işlemişdir. 113-den çox elmi işin, o cümleden 2 monoqrafiyanin müellifidir.

Kaşıyeva Qeyser (1893-1972)
Ressamliq tehsili almiş ilk azerbaycanli qadin. 1907-1915-ci illerde akvarel, qara tuş, karandaş ve kömürle çoxlu resm, portret ve menzere çekmişdir. Sovet hakimiyyeti illerinde Eli Bayramov adina qadinlar klubunda çalişmiş, “Şer qadini” jurnalina illüstrasiyalar çekmişdir.

Qasimova Svetlana (1938)

Görkemli ictimai-siyasi-xadim. Azerbaycanda ilk qadin ticaret naziri. Hal-hazirda Merkesi Seçki
Komissiyasinin sedr müavinidir.

Qasimova Hebibe (1922)
Biologiya elmleri doktoru, professor, emekdar elm xadimi. Torpaq mikrobiologiyasi sahesinde ilk azerbaycanli qadin alim.

Qasimova Sona (1912-1977)
Azerbaycanin ilk qadin idmancilarindan biri.Azerbaycan SSR emekdar beden terbiyesi ve idman xadimi, respublika dereceli hakim, 1937-ci ilde qumbara tullamaq uzre Azerbaycanin qadin idmancilari arasinda ilk defe Zaqafqaziya rekordcusu adini qazanmisdir.

Memmedquluzade Cavanşir Hemide (1873-1955)
Azerbaycanin ilk maarifçi qadinlarindan biri. C.Memmedquluzadenin heyat yoldaşı, Kehrizli kendinde qadinlar ucun ilk mekteb ve toxuculuq emalatxanasi açmışdı (1907).

Melikova Hemide (1856-1929)
Azerbaycan metbuatinin banisi Hesen bey Zerdabinin ömür-gün yoldaşı, Azerbaycanda ilk mekteb direktoru olmuş qadin. O, birinci rus-müselman şeher qiz mektebine rehberlik etmişdir.

Melikova Mesume (1929)

Huquq elmleri doktoru alimlik derecesi almiş ilk azerbaycanli qadin, AMEA-nin muxbir üzvü, emekdar hüquqşünas.

Memmedova Şövket (1897-1982)
Azerbaycanin ilk qadin opera müğennisi, SSRİ xalq artisti,professor

Memmedbeyli Leyla (1909)
İlk azerbaycanli teyyareçi ve paraşütle tullanan qadin, Paraşüt idmani üzre Zaqafqaziya çempionu olmuşdur.

Necefova Hökume (1911)
İlk azerbaycanli qadin tarzen, bestekar, 1936-1947-ci illerde Azerbaycan dövlet Filarmoniyasi xalq çalğı orkestrinde tarda çalmışdır. “Şeref nişanı” ordeni ile teltif olunmuşdur.

Paşayeva Nergiz

M.Lomonosov adina Moskva Dövlet Universiteti Bakı filialinin rektoru, Baki Dövlet Universitetinin Beynelxalq prorektoru, ilk özel yaradiciliq sehnesinin (“ÜNS”) rehberi

Rzayeva Ağabacı (1912-1975)
Azerbaycanin ilk bestekar qadini, emekdar incesenet xadimi

Seyidova İzzet (1910-1973)
Ali ressamliq tehsili almiş ilk azerbaycanli teatr ressami. “Qirmizi emek bayrağı” ordeni ve medallarla teltif olunmuşdur.

Selimova Şövket (1920-1999)
İlk azerbaycanli qadin gemi kapitani, 1944-cü ilde “Qirmizi ulduz” ordeni ile teltif olunmuşdur.

Salamzade Qemer (1908-1988)

Azerbaycanin ilk qadin kinorejissoru. “Molla Nesreddinçi” Eli Qemqusarin qizi

Şahtaxninskaya Adile (1894-1951)
Mama-ginekoloq. Tibb elmleri doktoru. Ilk tibb elmleri doktoru adini alan mama-ginekoloq,ilk qadin professor ve kafedra müdirlerinden biri.

Şıxlinskaya Nigar (1878-1931)
İlk azerbaycanli şefqet bacisi. Tiflisde Zaqafqaziya Qizlar İnstitunu bitiren (1889) ilk ali tehsilli, eyni zamanda da herbi rütbesi olan ilk azerbaycanli qadindir.

Tahirova Tahire (1913-1991)
Neft mühendisi ixtisasina yiyelenmiş ilk türk qadinlarindan biridir. Azerbaycanin ilk qadin xarici isler naziridir.

Tutayuq Vahide (1914-1980)

Azerbaycan Elmler Akademiyasinin akademiki, ilk azerbaycanli biologiya elmleri doktoru, professor.

Velixan Sona (1883-1981)
İlk azerbaycanli qadin professor, tibb elmleri doktoru, emekdar elm xadimi

mik-mik

Şərhlər:

  1. Angelocka dedi ki:

    Cox sagol tontiw eladi cox xowum geldi ellerien sagliq

  2. Seher Kuleyi dedi ki:

    Biz bu Qadinlarimizla her zaman fexr etmeliyik!———-Meryem. M aze