“Son sözüm heyatın boyunca sende xoşbext olma”…

"Son sözüm heyatın boyunca sende xoşbext olma"...

Son Sözüm: Heyatın Boyunca Sende Xoşbext Olma!!!!
Soyuq bir qış günü idi. Yer ağappaq qar ile örtülmüşdü. Birbirmizi gördüyümüz an üreyimizi ele bir istilik bağladı ki ikimizde eşq ateşi ile yanırdıq artıq. Günler bir birini qovalıyırdı,saatlar ele gözel keçirdi ki zamanın nece keçediyini bele hiss etmirdik. Beli o evli idi…Ve de övladı var idi. Menden bunu gizletmişdi. Öyrendiyim an ele bil dünya üzerime çöktü. Qelbimdeki sızıltını ifade ede bilmirdim…Göz yaşlarım sel olmuş axırdı. Gettim ondan uzaqlaşdım. Arxama bele baxmadım. Üreyimdeki o böyük sevgi ile beraber mende yox olmuşdum. Mene edilenleri deyilen yalanları özüme yaraşdıra bilmirdim. Amma o menden imtina etmemişdi. Çox savaşdı mübarize apardı yeniden birlikde olmağımız üçün. Onu aileme qebul etdirmeyi bacardım ve yeniden başladıq. O heyat yoldaşından ayrılmışdı. Daha da bir birmize berk berk tutunmuşduq. Hetta geleceye aid planlar edirdik, xeyallar qururduq. Evlilik fikrini aileme de demişdim. “Xoşbext olacağına inanırsansa sen istediyini et” dediler. Xoşbext idim. O kiçicik üreyim “pıt pıt” ataraq döyünürdü. Amma yenede ters geden bir şeyler var idi. O yenede deyişmişdi ve menden uzaqlaşırdı. Buna dayana bilmedim ve ona bitmesi gerekdiyini dedim. Tereddütsüz hec etiraz etmeden qebul etdi. Telefonlara cavab vermirdi, mene zeng etmirdi. Ad gününde ona zeng etdim. Amma telefonu başqa bir qadın götürdü. Yenede dünya üzerime çökdü. Öyrendim ki menden ayrıldığı müddet erzinde ikinci defe evlenmişdi. Üstelik qısa bir müddet erzinde ondanda ayrılmış ve katibesi ile bir yerde yaşamağa başlayıb. Yaşadıqlarıma inana bilmirdim. Bu veziyyeti birde aileme danışmaq var idi. Neyse ki onlar çox anlayışlı davrandılar. Amma men helede o yalançı insanı düşünürdüm. Aradan altı ay keçdi. Özümü birteher toplamışdım. Bir gün mene zeng etdi. Meni sevdiyini unuda bilmediyini her şeyi unudub yeniden başlaya bileceyimizi dedi. O an içimdeki böyük sevgi nifrete çevrildi. Ve onu redd etdim. İndi ayrılmağımızın yeddinci ayındayıq onu unutmadım. Heyatıma heç kimin girmeyine icaze vermedim. Kişilerden hemişe qorxdum. Yene eyni hadiseleri yaşamaq, yene eyni ezabları çekmekden qorxdum. Bilirem ki heyatımda heç kim olmayacaq. Çünki o meni bu genc yaşımda heyata küsdürdü, torpağa basdırdı.
Ona son sözüm budu: Mene bunları yaşatdırdığın üçün heyatın boyunca sende xoşbext olma!!!!

Allah heç bir sevgiliye bu sözleri demeyi qismet etmesin Amin!!!!

Angelocka

Şərhlər:

  1. )(akker dedi ki:

    Xəbərə gorə sağ ol…

  2. Angelocka dedi ki:

    ismayil_xakker,
    Sende reyin ucun cox sagol tewekkurler

  3. emrah dedi ki:

    allah hec bir sevgiliye bu sozleri demeyi qismet elesin …………………..amin

  4. МиниК_Сердце dedi ki:

    AYDA(((