İTİRMƏ QORXUSU


304;T304;RM399; QORXUSU

İtirmə Qorxusu
Eşq bir yumaq halına gəlib boğazına sarılar insanın bəzən. İşlər həll edilməz haldadır və bu insanı istəmədiyi şeylər etməyə məcbur edər çarəsiz. Biri-birinin ardınca edilən səhvlərin ən böyük səbəbi isə itirmə qorxusudur. Bu qorxu bir dəfə girdimi insanın ürəyinə o andan sonra ağıl və məntiq sürgünə göndərilmiş iki məhkuma çevrilər birdən.

Siz eşqinizə sahib çıxmağa çalışdıqca o gedərək böyüyər və bir müddət sonra yumağın ipləri boğmağa başlar insanı. Xilas ola bilmək üçün çırpındıqca bir başqa canavarın-qısqanclığın əllərinə təslim olarsınız.

Elə bir canavardır ki qısqanclıq, bərabərində narahatlığı da gətirər. Beyni böcək kimi gəmirən sualların başlıca qaynağı da qısqanclıqdır. Tərk edilmə ehtimalınız çoxaldıqca suallar artar. Qəti və dəqiq cavabı yoxdur heç bir problemin. Onun bir başqasıyla ola bilmə ehtimalını, bir başqasıyla sevişə bilmə ehtimalını düşünmək, yuxusuz gecələrin, səmərəsiz günlərin xəbərçisidir.

Məntiq və ağıl sürgündəykən sizi tərk etmə ehtimalı olan sevgilinin hər davranışı, hər sözü yalnız və yalnız qısqanclıq süzgəcindən keçiriləcək.

Bir zamanlar kiçik oyunların, eşqə qatılan dadın səbəbi olan qısqanclıq, sevgiliyə düşmənlik etməyə səbəb olacaq artıq. Və düşmənlik insanın içindəki şiddəti qızışdıracaq əlbəttə.

Qısqanclıq atəşini basdırmağa qalxmaq, başqa şeylərlə maraqlanar kimi görünmək bataqlıqdan çıxmağa çalışan insanın hərəkət etdikcə palçığa daha da basdırılmasına bənzər. Səhv, səhv üstünə əlavə olunar. Məntiq və ağılın ardından mənlik və şəxsiyyət də çıxar sürgünə. Siz sevgilini itirməmə uğruna dəyişməyə çalışdıqca ürəyinizdəki narahatlıq sizi yerinizdə bir dəqiqə belə otura bilməz hala gətirər. Üstəlik dəyişmək uğruna edilən səhvlər sevgilini itirmə ehtimalını daha da gücləndirər.

Qısqanclığa tamamilə təslim olmusunuz artıq. Bu nöqtəyə necə gəldiyinizi xatırlamazsınız belə. Hansı hadisə, hansı adam səbəb olmuşdur bir əhəmiyyəti də yoxdur artıq. Şiddət yavaş yavaş özünü göstərməyə başlar.

Özünüzə ya da ona zərər vermə duyğusunun sahilində gəzib dayanarsınız.

Bu duyğudan xilas olmanın tək yolu, bütün bunlara mövzu olan sevgilidən xilas olmaqdır. O sevgilinin tikdiyi amma üzərinizə tam oturmadığını bildiyiniz halda geyməkdə israr etdiyiniz eşq geyimini çıxarmanın zamanı gəlmişdir. Bu məhbusluğu yaşamaqdansa qar altında çılpaq qalmaq çox daha yaxşıdır. Və əlbəttə, üzərinizə tam oturan bir geyim, bir yerlərdə sizi gözləməkdədir…

)(akker

Şərhlər:

  1. )(akker dedi ki:

    ♥(Ї`ґ•.ё(Ї`ґ•.ё ________ღ♥ღ_________ ё.•ґґЇ)ё.•ґґЇ)♥
    ♥—-==-♥°° ♥°°♥ISMAYIL_XAKKER♥°°♥ °°♥-==—–♥
    ♥(_ё.•ґґ(_ё.•ґґ ЇЇЇЇЇЇЇЇღ♥ღЇЇЇЇЇЇЇЇЇ

  2. EttO dedi ki:

    cox sagol
    xebere gore

  3. Бакинка dedi ki:

    cox sagol
    xebere gore

  4. Angelocka dedi ki:

    ismayil_xakker,
    Ay Ismayil sozun duzu men hecen bawa duwmedim bagiwla amma heqiqetende bu herifler ne herifleridi bele oxuya bilmedimmm(((
    Amma yenede cox sagol eziyyet cekmisen

  5. Nasiman dedi ki:

    Sevdiklerimi itirmishem bir bir artiq hecneden qorxmuram… cox sagolun menali idi

  6. )(akker dedi ki:

    AdmiNika,

    :FORGENC:

  7. NIKA dedi ki:

    ismayil_xakker,
    goodgood