3G Türkiyədə 3 GSM operatorunun vasitəsilə istifadəyə verildi

3G Türkiyədə 3 GSM operatorunun vasitəsilə istifadəyə verildi

Türkiyədə aylardır gözlənilən
hadisə bu gün baş tutub. Rabitədə yeni sürət olan 3G texnologiyası bu
gün qonşu və qardaş ölkə də istifadəyə verilib. İlk gündən bu
texnologiyaya türkiyəlilərin 2 milyonu qoşulub. Bununla da türkiyəli
mobil rabitə istifadəçiləri həm cib telefonundan həm video görüntü
(canlı) ilə danışa, həm də sürətli internetə qoşula biləcəklər.

3G
görüntülü danışıqdan tutmuş televiziya izləməyə, sürətli internetdən
istifadəyə qədər bir sıra yenilikləri özündə cəmləyir. Türkiyədə böyük
həyəcanla gözlənilən bu hadisə bu gündən baş tutub. 30 iyuldan
türklərin cib telefonları 3G-yə hazır vəziyyətə gətirilib. İlk günün
nöqsanlarına baxmayaraq bu texnologiya istifadəçilər tərəfindən böyük
rəğbətlə qarşılanıb. “STAR”ın məlumatına görə artıq təkcə Türkcell 1
milyon 238 min 3G abunəçisi qeydə alarkən, Avea ve Vodafon-un da 3G-li
istifadəçilərini əlavə etsək 3G-li abonentlərini sayı 1 gündə 2 milyona
çatıb.

Cib telefonunun icadı qədər önəmli olan 3G texnologiyası
Türkiyəyə 10 il sonra gəlsə də, fərdi istifadəçilərdən şirkətlərədək
rabitə sistemində yeni dövrə yol açıb. Bu sistemin ancaq milyonlarla
manat sərmayə qoyacaq GSM operatorlarını deyil, eyni zamanda cib
telefonu bazarından tutmuş bank əməliyyatlarına qədər bir çox
sektorlarda hərəkətlənməyə səbəb olacağı elə ilk gündən ortaya çıxıb.
Türkcell, Vodafone ve Aveadan ibarət türk GSM şirkətləri 30 iyul gecəsi
yaşanan 3G-yə keçidi səfərbərlik elan ediblər. Hər üç şirkət də xidmət
mərkəzlərində bununla bağlı bütün işçilərini əlavə ödənişli əsasla
fasiləsiz 24 saat işləyiblər. 3G-yə keçid anında gələn hədsiz çoxalan
tələblər sistemdə zaman-zaman kəsintilərə səbəb olub.
Çatışmamazlıqlardan şikayət edən müştərilər Turkcell, Vodafone ve
Avea-nın müştəri xidmətlərini 30-45 dəqiqəyədək gözləməli olub. GSM
operatorlarının vaxtında müdaxilələri nəticəsində sözü gedən nöqsanlar
çox çəkmədən aradan qaldırılıb. Sistem axşam saatlarından normal
işləməyə başlayıb

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. Angelocka dedi ki:

    Hmmm cox sagol canim dostum maraqli xeber idi munnetdaram ellerine sagliq

  2. Admin dedi ki:

    deymezz minnetdaramm

    Mende isteyirem bakida 3G texnalogiyasiniiiii agla

  3. Vefali Oglan dedi ki:

    Admin,ade sesin ozune xosh gelir hee ?? ne Qisqirirsan .. Sene Mene De Getirim dee Inu Bakiya ..

  4. weytAnO4kA dedi ki:

    Admin,
    спасибо джаным)***

  5. Avtosh_227 dedi ki:

    tewekkurler xebere gore.cox sagol…