Yer kürəsinin mərkəzi


yer kuresinin merkezi
Ta qədimdən müsəlmanlar özlərinə belə sual verirlər:

“Nə üçün dua edəndə üzünü Kəbəyə çevirməlisən və nə üçün Allah Məkkə ətrafındakı yerləri daha üstün etmiş, onu “haram” adlandırıb”. Qurani-Kərimdəki elmi məlumatların tanınmış tədqiqatçısı Zalyula Nəcər Məhəmməd Peyğəmbərin hədisinə istinad edir: ”Məkkə suda kiçik quru sahəsi olmuşdur və bütün quru oradan yayılıb”.

Misir mütəxəssisi, Qahirə Universitetinin coğrafiya professoru doktor Hüseyn Kəmaləddin həmin mülahizəni inkişaf etdirərək, elmi yolla müəyyən edib ki, vulkan püskürmələri nəticəsində ilk olaraq hazırda Kəbənin olduğu yerdə quru suyun üzünə çıxıb. O vaxtadək bütün planet su ilə örtülü olub.

Bundan əlavə, uzunmüddətli hesablamalar və modelləşdirmə əsasında sübuta yetirilib ki, qurunun mərkəzi Kəbə və Məkkədir.

Bütün qitələri bir araya gətirəndə buna əmin olmaq mümkündür.

Bu elmi kəşf 1977-ci ilin noyabrında rəsmən açıqlanıb. Alimlər müəyyənləşdiriblər ki, hazırda Ərəbistan yarımadası olan ərazidə vaxtilə Qondvana superqitəsi yerləşib. Sonradan bu superqitə yeddi qitəyə bölünüb. Superqitə Paleozoy erasında formalaşmağa başlayıb və erkən Mezozoy erasında öz ilkin formasını saxlayıb. Lakin təxminən 180 milyon il əvvəl mezozoy erasının ikinci dövründə qlobal tektonik proseslər nəticəsində qitələrə parçalanıb.

Hüseyn Kəmaləddin yazır ki, Yer kürəsinin maqnit mərkəzi Məkkədə, məhz Kəbənin dayandığı yerdədir. Alim müəyyən edib ki, Yer kürəsinin maqnit qütbləri dəyişsə də, Kəbədə maqnit mərkəzi dəyişmir. Alim yer kürəsinin istənilən nöqtəsindən qiblənin istiqamətini müəyyənləşdirərkən bu qənaətə gəlib. Alim müəyyən edib ki, bu istiqamət hər tərəfdən Məkkəyə və Kəbəyə aparan maqnit xətləri ilə üst-üstə düşür.


Alimlərin fərziyyəsinə görə, zəvvarların təvaf vaxtı saat əqrəbinin əksi istiqamətində Kəbə ətrafında dolanmaları zəvvarı Kainatın hərəkətinə cəlb etməyin rəmzidir. Axı, elektrondan tutmuş qalaktikalaradək bütün Kainat məhz belə hərəkət edir.

Məhəmməd Peyğəmbərin hədisində deyilir ki, Həcc ziyarətindən sonra zəvvarların günahları silinir və onlar yenicə doğulmuş körpə kimi pak olurlar. Alimlər belə qənaətə gəliblər ki, Peyğəmbərin bu hədisi Yer oxu ətrafında dolanarkən dindarın mənfi informasiyasının pozulması ilə bağlı ola bilər.

DaRk_AnGeL

Şərhlər:

  1. merry-girl dedi ki:

    maraqlidi ellerine sagliq

  2. SeLiN dedi ki:
    xebere gore tesekkurler twk
  3. DaRk_AnGeL dedi ki:
    Reylere gore tewekkurler
  4. MELUSINA dedi ki:

    maraqli xebere gore cox sagol twk

  5. _Aynur_ dedi ki:

    Tewekkurler xebere gore maraqlidi…

  6. Miss_Azericka dedi ki:
    xebere gore twkler…
  7. Tix_Tix_Xanim dedi ki:

    Coox maraqli idi tesekkurler