“Gözel ve Sağlam olaq”…

"Gözel ve Sağlam olaq"...
Təravətli görünmək üçün nə yeyək?
Narıncı və qırmızı rəngli meyvə və tərəvəzlər: kök, pomidor, ərik, bibər, balqabaq. Bu meyvələr və tərəvəzlərdə dəri toxumalarının yenilənməsi üçün antioksidant olan betakarotin (dərini cavanlaşdıran kremlərin əksəriyyətinin tərkibində retinol var ki, bu da A vitamini deməkdir. Bu da karotindən hazırlanır). Əgər gün ərzində bir neçə kök yemiş olsanız, dəriniz daha təravətli olar və möhkəmlənər.

Qızartısız və civzəsiz olmaq üçün nə yeyək?
Bütün göyərtiləri sadalamaq olar. Ən məsləhətlisi ispanaqdır.
Göyərtilərin tərkibində sink olduğu üçün tibdə yaraların sağalmasında istifadə olunur. Çimnelli isə yağlı qida məhsullarının qəbulunu dayandırmağı, bunun əvəzində həftədə iki dəfə cəfəri, kərəviz, xiyar, pomidor, avokado, limon şirəsi və zeytun yağı ilə hazırlanmış salat yeməyi tövsiyə edir.

Qırışsız olmaq üçün nə yeyək?
Qızılbalıq, siyənək, tunes, skumbriya. Dəniz balığı A və D vitaminləri, eləcə də soyuqlamanı götürən Omeqa 3 yaöğ turşularının mənbəyidir. Qan dövranının yaxşılaşması nəticəsində dəri gözəlləşir, qalınlaşır, saçların parıltısı artır. D vitamini və Omeqa 3 hallogen liflərini möhkəmləndirir və bunun sayəsində dəri elastikliyini itirmir. Çənədə civzələr çıxarsa, əti balıqla əvəz edin.

Hamar və cavan dəri üçün nə yeyək?
Qoz. –Dietoloqlar qozu əbədi cavanlıq mənbəyi adlandırırlar. Qoz regenerasiya prosesini tezləşdirən, dəri toxumalarını qidalandıran və onu cavanlaşdıran E və koenzin Q 10-la zəngindir. Koenzim Q10 insan orqanizminin özündə istehsal olunur və 30 yaşından sonra bu proses ləngiməyə başlayır. E vitamini isə dəri toxumalarını günəş və zərərli maddələrin təsirindən qoruyur. Qida rasionunuza həftədə 3 dəfə 50 qram qoz, fındıq, badam və s. daxil edin. Əgər allergiyanız varsa, qozu buğda dənələri ilə də əvəz edə bilərsiniz. Onlar E vitamini ilə zəngindir. Əgər dəriniz yağlıdırsa, qozdan istifadə etməməyə çalışın.

Sızanaqlarsız yaşamaq üçün nə yeyək?
Sıyıq və buğda unundan çörək. – Dolmuş məsamələr və iltihab bağırsaqlardakı problemlərdən xəbər verir. Bunun üçün sellülozla zəngin olan dənli bitkilərə müraciət etmək lazımdır. Taxıl və paxla epidermisi möhkəmləndirən kollagen və dərinin bərpa edilməsi, qidalanmasında rolu olan B vitamininin istehsalını stimullaşdırır.

Dərimizin qurumaması üçün nə yeyək?
Bitki yağı əla qidadır. Bu, dəri toxumalarının tezliklə regenerasiya olunmasında iştirak edən faydalı yağ turşularının mənbəyidir. Bundan əlavə, yağ turşuları olmadan dəri A, D, E vitaminlərini mənimsəyə bilməz. Syuzan Çiminelli hesab edir ki, hətta incə bel üçün belə, bitki yağlarından imtina etmək olmaz. Hər gün yediyiniz salatla bitki yağı əlavə etsəniz, dəriniz qocalmayacaq və vaxtından əvvəl qurumayacaq. Zeytun yağındakı yağ turşuları və B, E vitaminlərinin miqdarı günəbaxandakından 3 dəfə çoxdur.

Kapilyar partlamasının qarşını almaq üçün nə yeyək?
Giləmeyvələr. –Kapilyar partlamasından qorunmaq üçün Çimnelli duzlu yeməklərdən imtina etməyi və qara giləmeyvələrdən üz tutmağı məsləhət görür. Məsələn, üzüm, qarağat, quşarmudu. Onların tərkibində kapilyarın divarını möhkəmləndirən kifayət qədər antioksidant var. Eləcə də bütün giləmeyvələrdə damarları möhkəmləndirən, kollagenin formalaşmasına təsir göstərən C vitamini var. Yəqin ki, C vitamininin nələrə qadir olduğunu, insan orqanizmi üçün mühüm sayıldığını, çatışmadıqda isə hansı xəstəliklərin yarandığını az-çox bilirsiniz. Optimal rasion: Birgündənbir səhərlər giləmeyvəli yoğurt yeyin.

Angelocka

Şərhlər:

  1. Angelocka dedi ki:

    AdmiNika,
    Sagol birtanem :opucuk

  2. Admin dedi ki:

    Cox sga ol xeberine gore lap bu xeberki gordum Izyuminka yadima duwdu ))

  3. Angelocka dedi ki:

    Admin,
    Sagol dostik amma niye izyuminka??))))

  4. BLACK STAR dedi ki:

    maraqlidi….

  5. Avtosh_227 dedi ki:

    cox sagol.ellerinvar olsun.

  6. МиниК_Сердце dedi ki:

    et vsyo ya znayu)

  7. fanya_ya dedi ki:

    Maraqlidir chox saq ol)))