“Insan hesab verecekmi?”…

"Insan hesab verecekmi?"...

Düşünün…!!!

Yoxluqdan vücut tapdıq. Bir ana qarnından dünyaya gözlərimizi açdıq. Ruzimiz, düz yanımızda süd olaraq göndərildi. Qayğı ilə bəsləndik, şəfqətlə böyüdük.
Əgər o ana şəfqəti və ata sevgisi verilməsəydi, bizim o dözülməz körpəliyimizə kim dözə bilərdi?

Dünyaya gəldiyimiz andan etibarən ətrafımız nemətlərlə dolduruldu. Günəş bizi isitdi, su bizi təmizlədi, qidalar qarnımızı doyurdu, hava tənəffüsümüzü təmin etdi. Və bütün bunları zəhmətsiz və pulsuz istifadə etdik.

Həyatı anlayan bir ağıl, dünyanı görən bir göz, səsləri duyan bir qulaq, dadları dadan bir dil, qoxuları alan bir burun olmasaydı, nə olardıq? Bütün bahalı orqanlara nə qədər pul ödərdik?

Ağzımıza qoyduğumuz bir loxma, həzm edilib çıxarılana qədər minlərlə əməliyyatdan keçir və heç xəbərimiz də olmur. Bizə qalan yalnız o ləzzətli loxmanı ağzımıza qoymaqdan ibarətdir. Bəs ağzımızı, dişlərimizi, mədəmizi, həzm sistemimizi işlətmək də bizim işimiz olsaydı, halımız necə olardı?

Günün 24 saatını yalnız mədəmizin işlədilməsinə ayırsaq, yenə də çatdıra bilməzdik. Bu qurulan mükəmməl sistemin və işləmə nizamının nə qədərindən xəbərdarıq?

Dünyanın o sehrləyən gözəlliyinə qarşı gözlərimiz olmasaydı? O gözəl səslərə qarşı qulağımız və o doyulmaz dadlara qarşı da dilimiz olmasaydı? Həyatın nə qədər dözülməz olacağını düşünmək belə dəhşətlidir deyilmi? Deməli, kainatı yaradan kimdirsə, insanı yaradan da Odur. Çünki ikisini bir-birinə uyğun və tamamlayıcı formada yaratmışdır.

Düşünün…!!!

Bir insan, vəzifəsi və məmurluğu gərəyi gördüyü hər işin hesabını verirsə, bu dünya nemətlərini bir ömür boyu istifadə edən insan, bunların hesabını verməyəcəkmi? Bir nəfəs hava, bir stəkan su və bir loxma çörək pulsuz verilmədiyi halda, bir ömür boyu saysız-hesabsız nemətləri istifadə edən və çox dəyərli məsrəflər edən bir insan, necə olur ki, qəbirdə başı boş və hesab vermədən yatsın?

Bir insan, xəstə gözləri üçün xərclədiyi pulu düşünərsə, o sağlam gözlərin nə qədər bahalı olduğunu və onu istifadə etməyin də çox ağır bir hesabının olacağını anlamazmı?

Bəs ağlı, ürəyi, mədəsi, qaraciyəri, ayaqları, qolları və s. bilmədiyimiz qədər çox və pulsuz istifadə etdiyi orqanları üçün nə qədər borcun altına girməkdədir? Bunu heç düşünməzmi?

Düşünün…!!!

Bizim hər cür ehtiyacımızı bilən və ona görə bu kainat nizamını quran və hər cür imkanları önümüzə qoyan Allah, əbədi yaşamaq, sevdiklərimizlə birlikdə sonsuz bir həyatı bölüşmək arzumuzu geri qaytararmı? Bir-birlərini ölənədək sevən ana və körpəsini ayırarmı? Onların birlikdə olma həsrətlərini gözlərində qoyarmı? Bütün bunlar, bir axirətin və Cənnətdə əbədi birgəliyin xəbərçisi deyilmi?

Haradan gəldik? Nə üçün gəldik? Haraya gedirik? Kimə, necə hesab verəcəyik?

Hər ağlı olan insan, bunları düşünmək məcburiyyətindədir.

Kainatın bir Xaliqi vardır. Hər şeyi O yaratmışdır! Bizi bir imtahan üçün göndərmişdir. Öldükdən sonra bir hesab günü olacaqdır. Bunun əksini iddia etmək, bunların olmayacağı mənasına gəlmir. Çünki, bunlara inanmamaq Allahın (haşa) və axirətin olmamasına dəlil deyil. Yalnız əbədi bir əzaba və Cənnətə girə bilməyəcəyinə dəlildir.

Angelocka

Şərhlər:

  1. NIKA dedi ki:

    Onu ancag ve ancag yuxardaki biler !
    Amma xebere gore cox sgaol!

  2. МиниК_Сердце dedi ki:

    Dьşьnьn…!!!

    Bir insan, vəzifəsi və məmurluğu gərəyi gцrdьyь hər işin hesabını verirsə, bu dьnya nemətlərini bir цmьr boyu istifadə edən insan

    ela xeber

  3. Angelocka dedi ki:

    ismayil_xakker,
    Reyine gore tewekkur

    Nasiman,
    Sende sagol oxudugun ucun ve reyin ucun elbettde elhemdulilah kim Allahi Peygemberi Dinin unudar estafurulla allah haminizdan razi olsun Amin

  4. Nasiman dedi ki:

    Cox sagol maraqli yazi idi Teshekkur edirem və hetda Minetdarliqimida bildirirem/// Ama 1….ALLAHIMI 2….. PEYGEMBERİM (S.Ə.S.) 3 ….. DİNİMİ Unutmaram və unutmayacamda bunlari deqiq bilirem Axirətdədə bunlar sorulacaq məndən.

  5. )(akker dedi ki:

    Xəbərə gorə sağ ol..

  6. Angelocka dedi ki:

    Admin,
    Duzdu dostik hamisi duzdu

  7. Admin dedi ki:

    Elbetdeki hami elediklerine gore cavab verecek

  8. Angelocka dedi ki:

    islam1988,
    Sizede bele gozel rey yazdiginiz ucun tewekkur edirem cox sagolun)))
    Amin cumlemizi

  9. Black_Boy dedi ki:

    AdmiNika , salam adminka siz dediyinizle men razi deyilem cunki bu haqda muqeddes kitabda yazilib

    the 13th Warrior, salam the 13th Warrior. siz ise deyirsiz ki adamin tukleri biz-biz durur .bu bir terefden yaxshdir cunki o dunyanin ezabindan qorxan adam gerek oz emellerini ozu hesabat etsin.

    Angelocka, size ise bele gozel melumata gore teshekkur. Allah bizim hamimizi teqva ehlinden etsin. Amin !!!

  10. Angelocka dedi ki:

    AdmiNika,
    Elbettde canim menim sozsuz ki onu Allahdan bawqa hec kim bile bilmez
    reyin ucun cox sagol canim

    the 13th Warrior,
    Cooxxx sagol Allah razi olsun Amin

  11. the 13th Warrior dedi ki:

    Haradan gəldik? Nə ьзьn gəldik? Haraya gedirik? Kimə, necə hesab verəcəyik?

    bu suallari fikirlewende adamin tukleri biz-biz durur. biz ne fikirlewirik?

    Angelocka—-allah savaba yazsin, qadam.