“Rahatlığın Resepti 1-Destemaz 2-Namaz”…

alt

Rahatlığın Resepti 1-Destemaz. 2-Namaz…

Rahatlığın Resepti: 1 – Dəstəmaz
Dəstəmaz və namaz min bir sirlə dolu olan möcüzəvi hədiyyələrdir. Heç bir şişirtmə olmadan deyirəm ki, elə bir gün gələcək ki, bütün inkarçılar dəstəmaz alacaqlar. Bir tərəfdən baxanda qüsl almaq əslində bütün dünyada yayılmışdır. Bu yazının birinci hissəsində sizə dəstəmazla qüsl arasında ortaya çıxan 3 tibbi möcüzəni açıqlayaraq 5-ci surənin 6-cı ayəsini şərh edəcəyik.

Dəstəmaz və ya qüsl vasitəsilə:
1. Orqanizmdə toplanan elektronlar kənarlaşdırılır və onun verdiyi gərginlik yox edilir.
2. Ümumi qan dövranında olan qüsurlar aradan qaldırılır və “qocalma” prosesi yavaşıyır.
3. Orqanizmi mühafizə sisteminin əsasını təşkil edən limfa dövranı ən yüksək səviyyədə fəaliyyət göstərir. İndi isə bunları bir-bir nəzərdən keçirəcəyik.

1. Statik elektrik balansı

Sağlam orqanizmin əsas quruluşu statik elektrik balansı ilə sıx bağlıdır. Havadakı elektrikdən plastik geyimlərə və mebellərə qədər bir çox amillər orqanizmdəki statik elektrik balansını pozaraq ciddi problemlərə yol açır. Avtomobildən düşəndə və ya kreslodan qalxanda bir növ canlı kondensator kimi artıq elektronlarla yüklənirsiniz. Bu hallar sizdə əsəbilikdən tutmuş üzünüzün qırışmasına qədər bir çox narahatlıqlara və bunlarla yanaşı bir çox psixosomatik xəstəliklərə səbəb olur. Bu qeyd etdiklərimizin yeganə çarəsi isə dəstəmaz və qüsldür. Bu yolla artıq elektronlardan xilas olan bir çox insanın uşaq üzü kimi təzə və nurlu simaya malik olduğunu bu gün heç kəs inkar edə bilmir. Su olmayanda torpaqla alınan təyəmmüm də dəstəmazın sağlamlıq baxımından verdiyi faydanı təmin etmək üçün kifayətdir.

Bu gün dəstəmazın möcüzəvi cəhətlərindən xəbərsiz olanlar orqanizmlərindəki elektrostatik tarazlıq pozuntularını aradan qaldırmaq üçün bədənlərini apopunktura üsulu ilə dəlik-deşik edirlər.

2. Böyük qan dövranı

Qan dövranı ürəkdən toxumalara, toxumalardan də ürəyə doğru olmaqla ikitərəfli bir axın sistemidir. Bu axın əsasən toxumalarda tükdən nazik damarlar vasitəsilə hərəkət edir. Bu nazik damar sistemi öz daxili hissəsində həzm edilməyən qida artıqları ucbatından və digər müxtəlif səbəblər üzündən daralır və toxumalar qidalana bilmir. Halbuki sağlam bir orqanizmdə həmin damarlar rezin kimi elastik olmalı və daralmamalıdır. Bəs dəstəmaz bunu necə təmin edəcək?

Dəstəmaz və ya qüsl aldığımız zaman dərimizə dəyən müxtəlif hərarətdəki su kapilyarların bir dalğalanma nəticəsində açılıb-bağlanmasını, əgər varsa, tıxanmağa başlayan damarların açılmasını təmin edir. Orqanizmin toxumalarında toplanan artıq maddələr əsas qan dövranına keçir və beləliklə də toxumalardakı gümrahlıq orqanizmə sirayət edir.

Artıq maddə toplanması prosesi orqanizmin ən çox əl, ayaq və üz nahiyəsindəki qan dövranlarında baş verir. Məlum olduğu kimi, dəstəmazda əllə toxunulan əsas yerlər də elə bu nahiyələrdir.

3. Limfa dövranı

İnsan orqanizminin əsas mühafizə sistemi ağ qan (leykositlər) dövranı nəticəsində mövcuddur. Bu dövranda əsas rol oynayan kapilyarlar limfosit adlı ağ qan hüceyrələrini toxumaların ən son nöqtələrinə qədər daşıyır. Əgər orqanizmin hər hansı bir yerində mikrob, yad maddə və ya xüsusən də xərçəng hüceyrəsi varsa, bu “kiçik döyüşçülər” daşıdıqları güclü zəhərlərlə onları məhv edirlər. Xərçəng xəstəliyinə və ya mikroblu xəstəliklərə tutulmaq həmin müdafiə sisteminin müəyyən bir yerdə zəifləməsinə işarədir.

Çoxistiqamətli və qarışıq sistem olan limfa dövranında kapilyarların yaxşı fəaliyyət göstərməsi əsas şərtlərdən biridir. Dəstəmaz və qüsl bu mənada ağlasığmaz bir nemət deməkdir.

Dəstəmaz zamanı əl və ayaqların yuyulması orqanizmin mərkəzindən uzaqda yerləşən bu nöqtələrdəki kapilyarların dövretmə sürətini artırır. Həm də limfa sisteminin ən mühüm zonaları olan üz, boğaz və burunun yuyulması bu sistemə bir masaj təsiri göstərib onu qüvvətləndirir.

Bu gün müsəlman və ya kafir olmasından asılı olmayaraq insan biologiyası sahəsində söz sahibi olan bir mütəxəssisə “limfa sistemimizə necə güc verərsiniz” sualını versəniz, o, sizə mütləq dəstəmaz almağı tövsiyə edəcək.

5-ci surənin, yəni “Maidə” surəsinin dəstəmazı əmr edən 6-cı ayəsində belə buyrulur: “Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (və ya dirsəkləriniz də daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuğunuza qədər (topuqlarınız da daxil olmaqla) yuyun (və ya yaş əllə məsh edin)…”

Bundan sonra ayədə təyəmmümdən bəhs edilir, son hissədə isə dəstəmazın nə üçün fərz kimi əmr olunması belə izah edilir:

“Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə şükr edəsiniz!”Bu ayədə bildirilən “nemətini tamamlamaq (artırmaq)” ifadəsini müasir tibb hələ yenicə dərk etməyə başlayır. Bəli, dəstəmaz almaqla bura qədər bəhs etdiyimiz tibbi möcüzələr reallaşır və Allah-Təalanın verdiyi sağlamlıq kimi nemət tamamlanır.

Namaz “dinin dirəyi” adlandırılan ibadət formasıdır, ibadət isə Quranda bildirildiyi kimi, “yaradılışımızın səbəbidir”. Lakin zahiri görünüş baxımından mahiyyəti məlum olmayan namazda Allahı zikretmə sirrinin müxtəlif dərəcələri əks olunur və namaz təqlidi namazdan həqiqi namaza, oradan da merac namazına qədər müxtəlif səviyyə fərqlərinə malik olur. Həmin səviyyəyə çatan insan “Allahu əkbər” deyərək namaza başladığı zaman artıq onun dərisini də soysalar bunu hiss etməz. Belə ki, Hz.Əlinin (r.a.) müxtəlif döyüşlərdə aldığı iki yara o, namaza durandan sonra odla dağlanmış və o, özü nəinki ağrı hiss etməmiş, hətta namazı bitirdikdən sonra dağlanıb-dağlanmamasını soruşmuşdu.
Namaz yalnız formalardan ibarət olsa da o, insana bir çox maddi və mənəvi nemətlər verir.

1. Namazın fiziki quruluşumuza təsiri
a) Göz büllurunun yığılmadan görə bildiyi, beləliklə də rahat olub dincəldiyi məsafə təxminən 1,5 metrdir. Bu məsafə isə namaz qılan insanın səcdə etdiyi yerə qədər olan məsafəyə bərabərdir. Məlum olduğu kimi, namaz qılarkən səcdə edilən yerə baxılır və beləliklə, insan özü də bilmədən onun gözünün büllurları dincəlir. Gündə 40 rükət hesabı ilə bu istirahət vaxtı 1 saata bərabər olur ki, bu nemət də göz üçün böyük bir sağlamlıqdır.
b) Orqanizmin ən çox fəaliyyət göstərən yerləri oynaqlardır. Namaz qılmaqla oynaqların sərtləşməsinin qarşısı alınır, onlar sağlam və mütəhərrik olur. Bunu açıq şəkildə bildirirəm ki, namaz hərəkətlərindən başqa heç bir hərəkət orqanizm üçün bu qədər faydalı ola bilməz. Həm də namazın ibadət intizamı əsasında davam etdirilməsi oynaqlardakı bu rahatlığı bütün ömür boyu saxlayır.
c) Ürəyin fəaliyyətində və onun duyğu sistemləri ilə əlaqəsində elektromaqnetik oxlar olduqca əhəmiyyətlidir. Namaz hərəkətləri zamanı bu oxlar ən ideal xətlər üzrə düzülür. Əsasən sağlam insanların gündəlik elektromaqnetik təsirlər nəticəsində döş nahiyəsində hiss etdikləri ağrılara namaz qılanlarda demək olar ki, əsla rast gəlinmir.

2. Namazın ruhumuza təsiri
a) Gün ərzində bircə saatlığa da olsa dünyanın dərd-sərindən xilas olub namaz vasitəsilə rahat nəfəs alırıq.
b) Namazımızı davam etdirsək, ayənin də əmr etdiyi kimi, həddi aşmaqdan və eyni zamanda bir çox günahlardan uzaqlaşıb nəfsdən və buna bağlı olan stresslərdən xilas olarıq.
c) Namaz qılanlarda istər-istəməz təvəkkül hissi inkişaf edir, beləliklə də ruhi xəstəliklərin yaranmasında mühüm rol oynayan vəsvəsələr (şübhələr) aradan qaldırılır.

3. Namazın əxlaqımıza olan təsiri
a) Namaz qılan insan Allah-Təalanın hüzurunda oxuduğu “Fatihə” surəsində verdiyi “Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” vədini şüuraltı surətdə inkişaf etdirərək öz əxlaqı səviyyəsini tədricən nəzərdən keçirir. Həmin bu şüuraltı analiz məsələsi insana əvvəlcə çətin gəlir, sonralar isə öz yerini tutaraq onun əxlaqi səviyyəsini yüksəldir.
b) Namazı hətta formal yerinə yetirən adamlar da səcdə etdikləri zaman öz lovğalıq və təkəbbürlərini itirmiş olurlar. Əxlaqi baxımdan ən ağır və təhlükəli xəstəlik məhz təkəbbürdür, eyni zamanda bütün mübahisələrin, nifrətin əsasında nəfsin bu zalım xəstəliyi dayanır. Namazı bir ibadət ciddiyyəti içində qılan adamların qüruru isə onlar hər dəfə səcdə edəndə mənəvi hikmətlə zənginləşir. Məsələyə hətta sırf bu baxımdan yanaşanda da bəlli olur ki, namaz əxlaqın əsasını təşkil edən təməl ibadətdir.
c) Namaz imana nəzarət edən çox ayıq-sayıq bir gözətçidir. İmanda yarana bilən mənfi hallar və zəifliklər namaz qılanlarda müşahidə olunmur. Buna görə də imanın xəstəlikləri və İslam dininin əsas qadağaları olan riya və yalan xarakterimizdən çıxmağa başlayır. Beləliklə də Peyğəmbərimizin (s.ə.v.) “Müsəlman yalan danışmaz” hökmü reallaşır.

Angelocka

Şərhlər:

  1. Black_Boy dedi ki:

    bu hetta elmde de subut olunub.

  2. Angelocka dedi ki:

    islam1988,
    Beli beli reyine gore tewekkurler

  3. Black_Boy dedi ki:

    Angelocka,
    deymez canim tewekkurler

  4. Angelocka dedi ki:

    islam1988,
    Cox sagol)))

    AdmiNika,
    Sende reyine gore cox sagol canim meim))

  5. the 13th Warrior dedi ki:

    Allah razi olsun, senden. Halaldi, hardan axtarib tapirsan bele deyerli melumatlari? lap 1saatini da itirsen deyer. ehsen, qadam

  6. Angelocka dedi ki:

    the 13th Warrior,
    Cannn beyendiyine gore cox wad oldum bele deyerli melumatlari biz ozumuz ozumuze tapib oxudan deyilikse hec kim nunu bize den deyil cox sagol ki hemiwe ki kimi xaberlerimi oxuyub rey yazirsan sagol allah razi olsun sende

  7. МиниК_Сердце dedi ki:

    2. Bцyьk qan dцvranı

    Qan dцvranı ьrəkdən toxumalara, toxumalardan də ьrəyə doğru olmaqla ikitərəfli bir axın sistemidir. Bu axın əsasən toxumalarda tьkdən nazik damarlar vasitəsilə hərəkət edir. applause