“Hezret Peyğemberden qısa kelamlar”….

"Hezret Peyğemberden qısa kelamlar"....
“Hezret Peyğemberden qısa kelamlar”….

1 – Ölüm, ibrәt dәrsi almaq üçün, pәrhizkarlıq varlı olmaq üçün, ibadәt isә iş vә mәşfuliyyәt üçün kafidir.
2 – Heç bir yaxşı iş iki xüsusiyyәtdәn üstün ola bilmәz; Onlar Allaha iman gәtirmək və Onun bәndәlәrinә yaxşılıq etmәkdәn ibarәtdir. Heç bir pis iş də iki xüsusiyyәtdәn xoşagəlməz sayıla bilmәz; Onlar isə Allaha şәrik qoşub, onun bәndәlәrinә ziyan vurmaqdan ibarәtdir.
3 – Yol yeridikdә tәlәsmәk, mö`minin dәyәrini aradan aparar.
4 – Öz işlәrini qadına tapşıran millәt, sәadәt üzü görmәz.
5 – Xalqın çoxu iki məsələdə aldanmışdır ki, onların biri sağlamlıq, digәri isә asudәçilikdir.
6 – Öz әziyyәtlәrini xalqın üzәrinә atan şәxs, mәl`undur.
7 – İbadәt yeddi hissәdәn ibarәtdir. Onun daha üstünü isə halal (çörәk) qazanmaqdır.
8 – Gözәllik dildәdir.

9– Ümmәtimin әn daha üstün әmәli, fәrәc (açılmış) intizarında olmaqdır.
10 – Dünya, Allah yanında afcaqanadın qanadı tәk dәyәrli olsaydı, heç vaxt onu kağır vә münafiqә vermәzdi.
11 – Alimlәrdәn soruşun, hikmәtli şәxslәrlә danışın vә yoxsullarla (bir yerdә) әylәşin.
12 – Savadı olmayan halda xalqa fәtva verәn şәxs, göy vә yer mәlәklәri tәrәfindәn lә`nәtlәnәr.
13 – Allah–taala yaxşı danışıb, bәhrәlәnәn vә sakit olub, amanda qalan bәndәyә rәhm etsin.
14 – Üç xüsusiyyәtә malik olan şәxsin imanı kamillәşmişdir:

(Birinci): Fərəh və sevinci onu batil işlәrә çәkmәyәn;
(İkinci): Әsәblәşdikdә haqdan kәnara çıxmayan;
(Üçüncü): İqtidara malik olduqda, haqqı olmayan şeyә әl uzatmayan.

15 – Rahatlıq (sakitlik və asta davranış) Allahdan, tәlәsmәk isә şeytandandır.
16 – Hәzrәt Peyğәmbәr (s) bir gün evdәn xaric olduqda, (ağır) daşı yerindәn qaldıranları görüb buyurdu: Sizin daha güclü pәhlivanınız әsәblәşәn halda özünü (tәmkinli) saxlayandır.
17 – Daha üstün imanlınız, daha çox әxlaqlı olanınızdır.
18 – Gülәrüzlü olmaq kinlәri aradan aparar.
19 – Hәya iki cürdür: Ağıllı vә ağılsızlıq (hәyaları); Ağıllı hәya bilikdәn, ağılsızlıq hәyası isә nadanlıqdandır.
20 – Allaha vә cәza (Qiyamәt) gününә imanı olanlar öz vә`dinə әmәl etmәlidir.
21 – Әmәnәti saxlamaq ruzi, әmanәti xәyanәt isә yoxsulluq gәtirər.
22 – Övladın öz ata vә anasına mәhәbbәt dolu baxışı ibadәt sayılır.
23 – Facir (azğın) şәxs tә`riflәndikdә, ilahi әrş titrәyər vә Allah–taala qәzәbә gәlər.
24 – Nadanlıq üzündәn iş görәn şәxsin xarabkarlıqları, islahatından çox olar.
25 – İman iki hissәyә bölünür: Onun yarısı sәbr (dözüm), yarısı isә şükrdәn ibarәtdir.
26 – Hazır olan şәhvәti görmәdiyi vә`dә verilmiş (Behişt) üçün tәrk edәn şәxsә xoş (alqış) olsun.
27 – Ümmәtimdәn iki dәstә saleh olarsa, ümmәtim dә saleh olar, onlar yollarını azarsa, ümmәtim dә yolunu azar. Soruşdular: Ey Allahın elçisi! Onlar kimdir? Buyurdu: Fәqihlәr vә rәhbәrlәr.
28 – Dünya mö`minin zindanı, kağırin isә cәnnәtidir.
29 – Xalq üçün elә bir gün gәlәcәkdir ki, o günün xalqı canavar olacaq vә canavar olmayan canavarlar tәrәfindәn yeyilәcәkdir.
30 – Dünyanın sonunda әn az tapılan şey, e`tibarlı qardaş vә halal pul olacaqdır.
31 – Qur`anın haram etdiyini halal sayan şәxs, (Allaha va İslam dininə) iman gәtirmәmişdir.
32 – Peşimançılıq tövbә (etmәk) -sayılır.
33 – İman qəlbdә әqidә (bağlamaq), dildә danışıq vә bәdәnlә әmәl etmәkdәn ibarәtdir.
34 – Pisliyi tәrk etmәk sәdәqә vermәk (demәk) – dir.
35 – Ümmәtim üçün üç şeydәn qorxuram; (Hәddindәn artıq) paxıllıq, nәfsani istәklәr vә azğın rәhbәrlər.
36 – Heç bir xeyir әmәli riyakarlıq üçün әncam vermә vә (riya olmadıqda da onu) hәya üzündən tәrk etmә.
37 – Peyğəmbərdən (s) soruşdular: Hansı dostlar daha üstündür? Buyurdu: Onu yad etdikdә, sәnә kömәk edәn vә onu unutduqda sәni yad edәn. Xalqın daha pisi kimdir? Buyurdu: Yolunu azmış alim.
38 – Biz Әhli–beytin mürüvvәti bizә zülm edәnlәri әfv etmәk vә bizdәn әsirgәyәnlәrә әta etmәkdir.
39 – Özünü dәrvişliyә vuran şәxs yoxsullaşar.
40 – Sizә yaxşılıq edәnin әvәzini verin, bir şeyiniz olmasa onun yaxşı işini tә`riflәyin ki, tә`riflәmәk (dә bir növ) yaxşılıq sayılır.
41 – Allah yanında ən pis adam elmi ilə əməl etməyib ondan faydalanmayan alimdir.
42 – Әn yaxşı ev yetimin sevildiyi və ona hörmət göstərildiyi evdir.
43 – Başqa adamlara hörmət edin və onların qarşısında təvazökar olun, çünki, təvazökarlıq adamın dəyərini artırar.
44 – Allaha, qiyamətə və cəza gününə inananlar əhdinə vəfalı və bağlı olmalıdırlar.
45 – Uşaqlar ata-analarına məhəbbət və sevgi ilə baxdıqları zaman sanki ibadət edirlər.
46 – Yaxşı və dəyərli dost sahibi olmaq, səadət və xoşbəxtlikdir.

Angelocka

Şərhlər:

  1. Black_Boy dedi ki:

    cox gozel tewekkurler superdir. ardindaki shekile ise 5+

  2. wise_girl dedi ki:

    Tesekkurler twk

  3. fanya_ya dedi ki:

    Chox saq ol xabara gora

  4. МиниК_Сердце dedi ki:

    37 – Peyğəmbərdən (s) soruşdular: Hansı dostlar daha ьstьndьr? Buyurdu: Onu yad etdikdә, sәnә kцmәk edәn vә onu unutduqda sәni yad edәn. Xalqın daha pisi kimdir? Buyurdu: Yolunu azmış alim. twk

  5. Angelocka dedi ki:

    the 13th Warrior,

    Sitat: the 13th Warrior
    ehse sene. bele insani qoyub ayri ideallar axtaranlar vallah kordurlar

    hi hi cox sagol dostik allah sende razi olsun inwallah reyin ucun tewekkurler))

  6. the 13th Warrior dedi ki:

    7 – İbadәt yeddi hissәdәn ibarәtdir. Onun daha ьstьnь isə halal (зцrәk) qazanmaqdır.

    ehse sene. bele insani qoyub ayri ideallar axtaranlar vallah kordurlar

  7. Angelocka dedi ki:

    islam1988,

    Sitat: islam1988
    aaaaaa bune sozdur ? xi-xi-xi

    Ne bilim buda bele soz oldudaa))))))

  8. Black_Boy dedi ki:

    Angelocka,
    aaaaaa bune sozdur ? xi-xi-xi

  9. Angelocka dedi ki:

    islam1988,
    Cox sagol beyendiyine gore cox sevindim

  10. ZoRRo_BaKu dedi ki:

    Allah Razi Olsun