ALLAHIM bizim gunahlirimizi bagishla bizi əff et

Aciz qullarınıq şükür edirik sənə
Hər bir dərdimiz aygahdır sənə
Həzrət Əli gedən o doğru yola
Sən doğru yollara bağışla bizi.

İlahi bizə sən göstər həbibi
Davasız dərtlərə göstər təbibi
Ey yerin göyün olan sahibi
Sahibzamana bağışla bizi.

Bizə göndərdiyin qulfuvallah,
Başdan ayağa hikmət ilahi
Ey xəlqə eyləyən axşam sabahı
Axşama sabaha bağışla bizi.

Allahım səndə vardır hünər
Rəhmeylə bizləri, salma dərbədər
Göndərdiyin 124 min peyğəmbər
Nurlu Mühəmmədə bağışla bizi.

Ey yer üzünün övlüyaları
Uzaq eylə bizdən bu bəlaları
Rəsul Allahın xeyir duası
Qurani Kərimə bağışla bizi.

Çağırıram əvvəl əkbər adını
Bizə yetirsin 12 imamı
Ey yerin-göyün olan sultanı
Yerlərə-göylərə bağışla bizi.

Üzümü çevirirəm o qibləgaha
Hörmət eləsin Rəsul xudaya
Dua edərəm birdə Allaha
Rəsulu xudaya bağışla bizi.

Gedəndə ağlımız kafir felinə
Qoyma uça ruhum başqa bir səmtə
Əvvəlinci imam Əli eşqınə
O, şiri xudaya bağışla bizi.

Qibləyə Kəbəyə bağışla bizi
Vardır islamın 12 imamı
Namaz vaxtı sübh namazı
O sübh ilə şama bağışla bizi.

Ey aləmlərin olan cümlə hənası
İnşallah düşmənlərin çəkər cəzasın
Gəl eşid bizlərin duasın
Namaza oruca bağışla bizi.

Dərgahına açılan qoşa əlləri
Qarşında əyilən qoşa dizləri
Əlhəmdülillah-qulfuvəllah deyən dilləri
Təsbehə-möhürə bağışla bizi.

İLAHİ AMİN!!!

Nasiman

Şərhlər:

  1. meymunka dedi ki:

    Cox sag ol,bele kamilleshdirici xebere gore….

  2. Nasiman dedi ki:

    meymunka,
    Sizde sagolun oxudugunuz ucun Teshekkur edirem

  3. Angelocka dedi ki:

    Nasiman,
    Cox sagol ay Nasiman allah senden razi olsun allah savaba yazsin amin inwallah ne niyyetin varsa hasil olsun inwallah

  4. the 13th Warrior dedi ki:

    Qibləyə Kəbəyə bağışla bizi
    Vardır islamın 12 imamı
    Namaz vaxtı sьbh namazı
    O sьbh ilə şama bağışla bizi

    Nasiman—Allah senden razi olsun, qardawim.

  5. KIVANC dedi ki:
    Allah razi olsun
  6. Бакинка dedi ki:

    Ey yerin gцyьn olan sahibi
    Sahibzamana bağışla bizi.

  7. _=cicek=_ dedi ki:

    allah razi olsun cox sagol twk [color=#CC33CC]