Nələri bağışlamaq olar?


Nələri bağışlamaq olar..


alt
Siz sevdiyiniz insanın səhvlərini bağışlaya bilərsinizmi? “Baxır səhvə”, deyənlər yəqin ki, daha çox olacaq.Elə isə sevgilinizin bağışlana biləcək və bağışlanması mümkün olmayan səhvləri barədə…

Bağışlanan səhvlər:

Kiçik yalanlar – Təzə tanış olduğunuz vaxt sizin diqqətinizi cəlb etmək söylədiyi bağışlaya bilərsiz, ya da münasibətləriniz diləşdikdə sizi kədərləndirməmək üçün zərərsiz yalan danışıbsa, günahından keçmək olar.
Hirsləndikdə etdiyi hərəkətlər – Bəzi insanlar əsəbləşəndə nə söylədiklərini bilmirlər.Bu, bütün insanlarda olan xüsusiyyətdir.Əgər qürurunuza toxunacaq elə də ağır söz deməyibsə, bağışlamaq olar.
Görüşə gəlməmək və ya gecikmək – Ondan asılı olmayan səbəbdən (xəstəlik, tıxac və s.)görüşə gecikibsə və ya heç gəlməyibsə, bunun üstündən keçə bilərsiniz.
Xüsusi günləri unutmaq – Bu vəziyyət kişilərdə daha çox özünü büruzə verir.Əgər xüsusi günləri unutmaq onun üçün adət halını almayıbsa, bağışlamağınız mümkündü.Ancaq bir daha unutmaması üçün xəbərdarlıq edin.
Lazımı qədər vaxt ayırmamaq – Bəzən insanlar istəmədən sevdiyi insana vaxt ayıra bilmir.Bunu problem etməyə dəyməz.Yox, əgər sizə diqqətsizlik mütəmadə xarakter daşıyırsa, bunu fikir verin.
Məsuliyyətsiz hərəkət etmək – Münasibətlərdə hər iki tərəfin eyni dərəcədə məsuliyyətli olması mümkün deyil.Ona görə də bir tərəf digər tərəfə mütləq güzəştə getməlidir.Onun məsuliyyətsiz rəftarı sizə ziyan vurmursa, bağışlamaq olar.
Kiçik ayrılıqlar – Mübahisələr bəzən xoşagəlməz nəticələr gətirib çıxarır.Sən istəməsən bələ o, “hər şey qurtardı” deyə bilər.Ancaq bir neçə günlük ayrılıq sizə hər şeyi yaxşıca götür-qoy etməyə kömək edəcək.
Gizli bağışlar – Bəzən sevdiyiniz insanın başqalarına diqqət yetirdiyini hiss etsəniz, qısqanmayın.Çünki bu, o demək deyil ki, o, sizi sevmir.

Bağışlanılmayan səhvlər:

Təhdid – Sizə əl qaldırsa, bağışlamayın.Bağışlasanız, əmin olun ki, bu hərəkət yenidən təkrarlanacaq.
Xəyanət – Bağışlanılması mümkün olmayan addım… Sizi başqasına dəyişibsə, demək, əvvəlki kimi sevmir.
Böyük yalanlar – Evli olduğu halda “subayam” desə, onun yalanını aşkar etsəniz, ayrılın.
Laqeydlik – Sizinlə bağlı heç bir şeylə maraqlanmırsa ondan uzaqlaşmanız məsləhətdir.
Hörmətsizlik – Hər kəsin yanında sizi təhqir edirsə, qürurunuza xələl gətirən hərəkətlər edirsə, bağışlamayın.Çünki sevgidə hörmət əsas amildir.
İçki və narkotik vasitələr – Görüşməyə başladıqdan sonra sevgilinizin içki düşkünü və ya narkoman olduğunu öyrənsəniz, ondan ayrılmanız məsləhətdir.Çünki siz onu bu yoldan çəkindirə bilməzsiniz.Əksinə, o, sizi öz təsiri altına salacaq.

Emo_Girl

Şərhlər:

  1. merry-girl dedi ki:

    cox sag ol canim xebere gore

  2. Emo_Girl dedi ki:

    HERKESE TESEKKUR EDIREM

  3. SeLiN dedi ki:
    xebere gore tesekkurler twk
  4. DaRk_AnGeL dedi ki:
    Eele weyler olubki bagiwlamiwam amma bezileri weyleri bagiwlaya bilmirem
  5. kalbim dedi ki:

    twk maraqliydi .

  6. SoN_NeFeS dedi ki:

    tewekkur ellerine saglig twk

  7. Niqulya-1 dedi ki:

    Xeyanetden bawqa demek olar ki her weyi bagiwlamaq olar.

  8. ...::EMERALD::... dedi ki:

    ELLERINE SAGLIK

  9. meleyim dedi ki:

    maraqlidi baxir neyi kime bagislayirsan

  10. MELUSINA dedi ki:

    maraqli xebere gore cox sagol twk

  11. ::HappilY:: dedi ki:

    cox sagol xebercun

  12. Miss_Azericka dedi ki:
    cox sag ol xebere gore give_rose
  13. UNDERCOVER dedi ki:

    4ox saol marqli xebercun

  14. HATE OR LOVE ME dedi ki:

    surayyye baaaaaaaxxxxxx
    Hər kəsin yanında sizi təhqir edirsə, qьrurunuza xələl gətirən hərəkətlər edirsə, bağışlamayın.Зьnki sevgidə hцrmət əsas amildir applause

  15. ZakonLubvi dedi ki:

    twk men cin saxlaya bilmireme nese hemiwe her weyi bagiwlayiram ona gorede bextim hec getirmir ama uje agilanmiwam happy

  16. Lubov dedi ki:

    Men onu bir balaca sehv de etse baqislamayacan ozunede demisem sevgiye ezablarima baxmaram ardima baxmadan terk edib gedecem onu

  17. Emo_Girl dedi ki:

    Cox Sagolun Xeberime Baxdiginiz Ucun wirin bayaca give_rose give_rose give_rose