PHP – dəyişənlər

Dəyişənlər

PHP-də dəyişənlər $ işarəsi ilə elan olunur. Məsələn
$x,$y,$ad,$soyad, $_12 və s. C dilində olduğu kimi hərflərin “böyük” və
ya “kiçik” olması nəzərə alınır. Məsələn $x və $X eyni dəyişənlər
deyil. Dəyişənlərin adları hərflər və ya rəqəmlərlə hərflərin
birləşməsindən ibarət ola bilər.Ancaq dəyəşənin adı rəqəmlə başlaya
bilməz: $4,$12x,$6ad-bunlar php-də dəyişən deyil.Dəyişənlərə
identifikator da deyirlər. Lakin, identifikator daha geniş anlayışdır.

Verilənlərin tipləri

PHP-də verilənlərin 6 əsas tipi var:

  • İntegers (tam ədədlər)
  • Floating-point numbers (kəsr hissəsi olan ədədlər yaxud həqiqi ədədlər)
  • Strings ( sətirlər)
  • Arrays(massivlər)
  • Objects(obyektlər)
  • Booleans(məntiqi verilənlər)

İntegers (tam ədədlər)-riyaziyyatdan
bildiyimiz tam ədədlərdən ibarətdir. Məsələn, 123;345;6; 965; -234;2;9
və s. php-də ən böyük tam ədədin neçə olması platformadan
asılıdır.Adətən 32 bit uzunluğunda olur-təxminən 2,000,000,000.

Nümunə:

Tam

< ?php

$adad1=25;

$adad2=12;

$cem=$adad1+$adad2;

$ferq=$adad1-$adad2;

$qaliq=$adad1%$adad2;

echo ‘cem=’.$cem.”;

echo ‘ferq=’.$ferq.”;

echo ‘qaliq=’.$qaliq;

?>

Nəticə:

cem=37

ferq=13

qaliq=1.


Burada $adad1 və $adad2 dəyişənlərinə uyğun olaraq 25 və 12 qiymətləri
mənimsədilir,sonra onların cəmi və fərqi uyğun olaraq $cem və $ferq
dəyişənlərinə mənimsədilir. Kodda işlənən % işarəsi 25 ədədinin 12
ədədinə bölünməsindən alınan qalığı verir və module operatoru adlanır:
25%12=1. “.” işarəsi isə sətirləri birləşdirmək üçün işlədilir və
birləşdirmə operatoru adlanır.

Floating-point numbers (kəsr hissəsi olan ədədlər yaxud həqiqi ədədlər)– ədədlərinə misal: 12.5;125.24; 12e+3; 4e-4 və s. Burada 12e+3=12*103, 4e-4=4*10-4.

Nümunə:

Heqiqi

< ?php

$adad1=3.12;

$adad2=2;

$hasil=$adad1*$adad2;

$qismet=$adad1/$adad2;

echo ‘hasil=’.$hasil.”;

echo ‘qismet=’.$qismet.”;

?>

Nəticə:

hasil=6.24

qismet=1.56


Strings(sətirlər)-simvollar ardıcıllığından ibarətdir:
“ad”,”soyad”, “237h”,’456′,’kitab’ və s.;
$x=”Nəcəf”,$y=”qulu”;$z=$x.$y, sonda $z dəyişəninin qiyməti belə olur:
Nəcəfqulu.

Nümunə:

Setirler

< ?php

$soyad=”Mammadov”;

$ad=”Arif”;

$yash=”32″;

$tehsil=”ali”;

echo ‘Soyadi: ‘.$soyad.”;

echo ‘Adi: ‘.$ad.”;

echo ‘Yashi: ‘.$yash.”;

echo ‘Tehsili: ‘.$tehsil.”;

?>

Nəticə:

Soyadi: Mammadov

Adi: Arif

Yashi: 32

Tehsili: ali


Arrays(massivlər) -nizamlanmış verilənlər toplusundan ibarətdir və array açar sözü ilə təyin olunur,məsələn

$x=array(12,13,32);

$x[0]=12;

$x[1]=13;

$x[2]=32;

yaxud

$y=array(“ad”=>”Intiqam”,”soyad”=>”Mammadov”);

$y[“ad”]=”Intiqam”;

$y[“soyad”]=”Mammadov”;

Burada “İntiqam” və “Mammadov” massivin elementləri, “ad” və “soyad”
isə uyğun oalraq bu elementlərin indeksləridir. Əgər indekslər
göstərilməyibsə onda susma halına görə elementlər 0,1,2,3,… ədədləri
ilə nömrələnir.

Nümunə:

Massiv

< ?php

$shexs=array(“Imanov”,”Islam”,”1234876″,”[email protected]”);

echo ‘Soyadi: ‘.$shexs[0].”;

echo ‘Adi: ‘.$shexs[1].”;

echo ‘Telefonu: ‘.$shexs[2].”;

echo ‘E-mail: ‘.$shexs[3].”;

?>

Nəticə:

Soyadi: Imanov

Adi: Islam

Telefonu: 1234876

E-mail: [email protected]


Objects(obyektlər) tipi ilə sonrakı yazılarda tanış olacaqsınız.

Booleans(məntiqi verilənlər)-məntiqi
verilənlərdən ibarətdir,bu tipdən olan dəyişən true(doğru) və ya
false(yalan) yaxud 1 və ya 0 qiymətlərindən birini ala bilər.

Nümunə:

Məntiqi

< ?php

$x=true;

if($x)

echo “Şərt doğrudur”;

else echo “Şərt doğru deyil”;

?>

Nəticə:

Şərt doğrudur


Qeyd edim ki, yuxarıda işlədilən if()-şərt operatopu adlanır
və $x məntiqi ifadəsinin qiymətini hesablayır,əgər doğrudursa
(echo”Şərt doğrudur”;) operatoru yerinə yetirilir.Əks halda else-dən
sonrakı operator yerinə yetirilir. (AZERSAYT)

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. mc_love dedi ki:

    Tesekkurler.. Maraqlidir. Amma men Bilirem cox Sukur.
    Bu Yaxinlarda Yeni VIDEO dersler hazirlamaliyam.

    mysql, mail,ve s.

  2. Lord of Miracles dedi ki:

    Sps maraqli idi :)))) am

  3. Lord of Miracles dedi ki:

    Super_Pupperam

  4. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram sizlere!!!

  5. QEMLI_GECE dedi ki:

    basim cixmadi

  6. merry-girl dedi ki:

    basim cixmadi