Sevgi və Ayrılıq

 

SevgiAyrılıq gənc cütlüyə baxaraq zövq alırdılar.
Ayrılıq Sevgiyə dedi:
-Mən onları ayıraram,bəhsə girək?
Sevgi dedi:
-Gəl belə edək-Mən onlara bir dəfə yaxınlaşım,sonra qalanı sənlikdir.Neçə dəfə istəsən sən yaxınlaşa bilərsən,onda baxarıq sən onları ayıra bilərsənmi?
Ayrılıq razılaşdı.Sevgi  gənc cütlüyə yaxınlaşdı,onlara toxundu və gözlərinə baxdı:orda necə qığılcımlar yarandığını gördü.Kənara çəkildi və dedi:
-Mən işimi bitiridim,indi sənin növbəndir.
Ayrılıq dedi:
-Yox,mən indi onlara yaxınlaşsam da xeyri yoxdur,indi onların qəlbi Sevgi ilə doludur.Mən sonra gələrəm.
Vaxt keçdi…Ayrılıq bir gün onların evinə baxdı və gördü ki gənc ana qucağında körpəsi dayanıb oğlanla söhbət edir.Ümid etdi ki,Sevgi artıq keçib yaxınlaşdı cütlüyə.Onların gözünə baxanda orda Minnətdarlıq gördü.Çevrilib otaqdan çıxdı və dedi sonra gələrəm.Yenə vaxt keçdi.Ayrılıq yenı bu evə yaxınlaşdı,gördü ki evdə uşaqlar səs küy salır,kişi işdən yorğun gəlib,ana uşaqları sakitləşdirməyə çalışır.Dedi ki indi mütləq onları ayıra biləcəm,SevgiMinnətdarlıq çoxdan bu evdən gediblər.Amma onların gözünə baxanda orda HörmətAnlaşılma gördü.Çevrilib otaqdan çıxdı və dedi sonra gələrəm.Bir müddət keçdi.Ayrılıq bəhsi unutmamışdı,Sevgiyə uduzmaq fikri yox idi.Yenə gəldi,artıq uşaqlar böyümüşdü,ağsaçlı ata onlara nə isə izah edirdi,ana mətbəxdə yemək hazırlayırdı.Onların gözlərinə baxanda orda İnam gördü.Mən sonra gələrəm dedi və çevrilib getdi.Bir dəfə gələndə qoca qarını gözü yaşlı gördü və fikirləşdi:Deyəsən mən gecikmişəm.Zaman mənim işimi görüb axı.Qadının gözlərinə baxdı və orda Xatirə gördü-Sevgidən,Minnətdarlıqdan,Hörmətdən,AnlaşmadanInamdan bir Xatirə.Yenə bir müddət keçdi.Ayrılıq bu evi unutmamışdı.Yenə ora baş çəkdi.Evdə nəvələr qaçışır,kaminin qarşısında qoca bir qadın oturub nəsə fikirləşirdi.Ayrılıq baxdı və düşündü:əsl mənim zamanım gəlib.Artıq çoxdan Xatirələri də unudub.Elə qadının gözlərinə baxmaq istəyəndə o durdu və evdən çıxdı.Ayrılıq onun arxasınca getdi.Qadın qəbirsanlığa gəldi və bir qəbrin yanında dayandı-bu onun ərinin qəbri idi.
      Qadın heç neyi unutmamışdı…

New_Moon

Şərhlər:

  1. QaRaCa dedi ki:

    Xebere gore tesekkurler

  2. DaRk_AnGeL dedi ki:

    Cox sagol ela idi

  3. Nadejda_Lyubvi dedi ki:

    Səni dьşьnərək oyanmaq,
    Səni dьşьnərək yatmaq…
    Və bu əzabı sevmək,
    Bu əzabla sevilmək,
    Nə qədər acizəm…

  4. ANGEL16 dedi ki:

    Maraqli hekayedi cox sag ol

  5. DJ SeYYaD dedi ki:

    Tsk + Ler. sob

  6. new girl dedi ki:

    [center]ela xeberdir tewekkurler[/center]

  7. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler

  8. jasminka dedi ki:

    dosim qewengdir maraqlidir choooox sag ol

  9. SoN_NeFeS dedi ki:

    coooooox maraqlidi twk applause twk angel applause