Sevgiyə inanmayanlar inanacaq…



Bir
birlərini çox sevirdilər. Heç vaxt ölümü, ayrıliği ağıllarina
gətirməzdılər. Heç vaxt bir birlərini darixmağa qoymazdılar. Hər gün
bitəcək kimi bir birlərinə daha da qüvvətli bağlanırdılar, Hər gün bir
birlərini ilk günki kimi həyacanla qarşılayardılar. Eləcə də həyata
inandılar, eləcə də özlərini aldatdılar. Bir gün oğlan dünyalar qədər
sevdiyi sevgilisini görüş yerinə cağırır. Hər dəfəki kimi yenə də
sevgilisi sevinə-sevinə görüş yerinə tələsirdi, çünki canından çox
sevdiyi sevgilisi ilə görüşəcəydi. Sanki neçə illərdi gormədiyi
sevgilisi ilə görüşəcəydi. Amma ki həmin sevgilisi ilə dünən
görüşmüşdü. Çox darıxırdı. Görüş vaxti gəlib catdı. Artiq oğlan
həmişəki yerdən hər gələn kölgəyə boylanıb sevgilisi sanırdı. Artıq qız
da çatmışdı görüş yerinə. Gəldi qucaqlaşıb hərsətlərini söndürdülər.
Salamlaşıb həmişəki yol ilə üz aldılar. Oğlanin kefi yox idi. Qız hiss
eləyirdi ki, onun nə isə problemi var.

Soruşur: -Həyatım nə olub sənə?

Cavabinda:Nə olacaq həyatiım heç nə həmişəki həyəcandı nə olmalıdı ki?
Amma ki qız hardan bileydi ki bu gün canından çox sevdiyi insanla son
görüşə gəlibdi. Oğlan cürət edib ona deyə bilmirdi ki artıq anası ona
başqa bir qız bəyənib və gələn həftənin bu günu onun nisşnıdı. Qız
bunlardan bixəbər yoluna davam edirdi. Birdən qız dayandı.

Dedi: -Həyatım sənə bir söz demək istəyirəm.

Oğlan: -Buyur Həyatım.

Qız: -Istəyirəmki sabah səninlə dəniz sahilinə gedək. Dənizi seyr edək.

Oğlan üzgün halda: Gedərik Həyatim

Amma ki imkansiz idi. Çünki sabah o gələcək nişanlısı ilə görüşə
cixacaq idi, anasi belə istəmişdi. Oğlan bir gül dükanının qabağında
dayandı. Bir dəqiqə gözdə gəlirəm həyatım dedi və gətdi. 10 dəqiqədən
sonra qayıtdı. Arxasında gizlətdiyi sari gülü dünyalar qədər sevdiyi
qıza uzatdı. Qız sarı gülü görüb tutuldu bir anlıq. Yenə həmişəki kimi
zarafat elədiyini fikirləşdi. Gülə -gülə gülü oğlandan aldı. Heçnə
demədi. Çünki artıq onu bir zarafat kimi qəbul etmişdi o. Oğlan isə bır
kəlimə danışmadan yoluna davam edirdi. Bir söz deyə bilmirdi, çünki
utanırdı bilmirdi ne desin qıza. Bir 50, 100 metr getmişdilər ki,
birdən qız dayandı. Oğlan başın aşağı salmışdı bir söz demək istəyirdi
amma bacarmırdı. Çünki güruru buna imkan vermirdi.

Qız: -Başını qaldır Həyatım nə olub sənə. Oğlan isə istəmirdi ki, qız
onu ilk dəfə olaraq gözləri yaşlı görsün. Çünki oğlan ağlayırdı.
Gözündən axan yaşları ürəyinə enirdi sanki. Qız onun gözlərinin yaşlı
olduğunu gördü sanki dünyadan əlini üzmüş bir insana çevrildi bir anda.
Əlləri sürüşüb düşdü oğlanın çiyinlərindən. Dizləri tutmadı ki qaçsın o
cəhənnəmdən. Qaça bilmədi. Nədən? Nə üçün? Kim girdi aramiza deyərək
ağlamağa başladı qız. Oğlan isə onu qucaqlayıb bir yerdə ağlamaq istədi
amma ki əlləri tutmadı. Çünki onu artıq qucaqlamağa utanırdı. Qız isə
dünyadan küskün kimi gözlərindən yaşlar süzülə -süzülə donmuşdu ayaq
üstə. Birdən əlindəki Sarı gülə sataşdı gözləri onu bir anda ürüb
qırıq -qırıq etdi. Aradan 30 dəqiqə keçmişdi artiq sakitləşmişdilər.
Oğlan hadisənin necə oldugünü danışırdı qıza. Anasının sözündən çıxa
bilməyəcəyini soyləyirdi acıqlı acıqlı. Qız isə həmişəki kimi onu yenə
də başa düşməyə məcbur idi. Bir -birlərini hələ də dəlilər kimi
sevirdilər. Ayrılmaq istəmirdilər, amma nə edəydilər məcbur idilər
buna. Oğlan isə hələ də düşünürdü -iki seçim qarşısinda qalmışdı.
Sevgilisi yoxsa Anası. Bir tərəfdə onu dünyaya gətirən anası bir
tərəfdə də onu tanıyıb yenidən doğulmuş kimi olan sevgilisi. Bir qərar
verə bilmirdi. Axı bu qızı tək buraxıb gedə bilməzdi, çünki onu çox
sevirdi.Qız da onu çox sevirdi. Amma artiq əllərindən bir şey gəlmirdi,
Ayrılmalı idilər…….

8 il sonra….

Qız həyat yoldaşı ilə parka çıxmışdı, gəzirdilər, amma qız bu 8 il
ərzində bir saniyə belə olsun keçmiş sevgilisini ağlından ata bilmirdi.
Hələ də onu ilk gün ki kimi sevirdi. Oğlanda onun kimi. Həyat yoldaşını
heç cürə sevə bilmirdi. Çünki onu ürəyinə bir ad yazılmışdı o yazını
sanki Allahdan başqa heç bir şey silə bilməzdi. Hər gün onu
fikirləşməkdən başqa əlindən bir şey gəlməzdi. Həmin gün təsadüfən
oğlan da həyat yoldaşı ilə parka gəzməyə çıxmışdılar. Qız həyat yoldaşı
ilə bir yerdə oturub söhbət edirdilər. Birdən bir oğlan həmin qızın
adını çağırdı. Qız tutulub qaldı görəsən məni çağıran kimdi deyə
fikirləşdi. Arxaya eçvirdi üzünü düz onun yanında bir qız uşağı var
idi. Sən demə onu çağırırmış. Qız uşagı yanına çağırıb ona əlində olan
güldən birini uzatdı uşaqda aldı. Ata deyərək atasının qucağına qaçdı.
Oğlan onu tanıdı. Bu o idi. Onun bir vaxtlar dünyalar qədər sevdiyi
qız. Qız da onu tanıdı. Bir -birlərinə həsrət dolu baxışlarla haradasa
2 dəqiqə baxdılar. Oğlan onun adını qızına qoymuşdu. Hər qızını
çağıranda o yadına düşürdü. Qız onu görüb çox keçmişlərə getdi
xəyalları. Bir vaxtlar canından çox sevdiyi insan artıq başqa bir qız
ilə gəzirdi bir vaxtlar onunla gəzdiyi yerlərdə. Çox pis oldular ikisi
də. 8 il aradan sonra iki göz yenə də üz -üzə gəlmişdi. Oğlan bir anda
onu qaçıb qucaqlamaq istəyirdi, amma bacarmazdı axı. Çünki o evli idi.
Oğlan qızını çağırdı yanına. Qız isə atan səni çağırır get qızım dedi.
O gediş son gediş oldu. Onlar birdə heç vaxt üz -üzə gəlməyəcəkdilər
heç vaxt. Bir gün qızın telefonu zəng çalır bu qızın həyat yoldaşının
ən yaxin dostu idi. Ona həyat yoldaşının avtomobil qəzasi keçirdiyini
bildirdi. Indi qız bu xəbərə sevinsinmi, pis olsunmu bir qərar verə
bilmirdi. Heç uşaqları da olmamışdı bu 6 il ərzində. Qız yenə də tək
qaldı bu dünyada. Onu iki dəfə tək qoydular bu dünyada. Artıq bütün
ümidləri qırılmışdı. Bilmirdi nə etsin. Bu yalancı dünyaya nə desin?
Günah bu dunyaya gələndədi deyərdi həmişə… Yenə bu yalancı dünya
aldatdı onu. Həyatdan küskün bir şəkildə keçirdi günləri. Hər gün
ömürdən gedirdi….

Sən taleyin işinə bax. Həmin günu parkdan oğlan həyat yoldaşını metro
ilə yola saldı. Özu ilk dəfə ilk məhəbbəti ilə görüşdüyü yerə getdi
xatirələri yadına salsın deyə. İlk məhəbbəti ilə o qədər xatirəsi var
idi ki düşünməklə bitmirdi. Axşam oldu. Oğlan evə gəldi. Qapını döydü,
açan olmadı. Öz açarı ilə qapını açıb içəri girdi. Evdə heç kim yox
idi. Fikirləşdi ki, yəqin həyat yoldaşı qızını da götürüb anasıgilə
gedib yəqin ki. Heç fikir eləmədən getdi televizora baxmağa. Vaxt isə
heç nəyə baxmırdı, gedirdi. 1 saat, 2 saat oğlanın həyat yoldaşı
gəlmədi. Oğlan telefonu götürüb qızın anasıgilə zəng elədi. Telefona
qaynatası cavab verdi.

Oğlan:-Qızımgil sizə gəlib?.

Qaynatası nə danışırsan oğlum yox bizə gəlməyiblər deyəndə oğlan
tutuldu. Çox qorxmuşdu. Qonşudan evə gələn olubmu soruşdu YOX cavabını
aldı və evə gəldi. Televizorda xəbərlər verlişındə bu gün Metro qəzası
olub xəbərini eşidəndə oğlan qızım deyə qışqıraraq bir anlıq özundən
getdi. Bəli çünki həmin metro qəzasında onun həyat yoldaşı və qızı da
var imiş. Oğlan bu həyatda yenə də tək qaldı. Onu yenə də tək qoydular
bu Yalancı dünyada…..

Aradan 17 il keçib ama mən hələ də ilk sevgimi ürəyimdə ilk gün ki kimi
saxlayıram. Bəlkə bir gün üz -üzə gələrəm deyə ümid edirəm. Mən buna
inanıram. Çünki o söz vermişdi mənə səni bu dünyadan özum yola salacam
deyə. İnanıramki o sözünün üstündə duracaq. Və bir gün gələcək o mənə
gələcək. Mən onu gözləyirəm bu yalnız dünyamda. Bu yalnız dünyamda bir
gün mənə dost olacaq biri gələcək o da mənim ilk məhəbbətim
olacaq…Bir dəfə də ona qovuşsam ondan heç vaxt ayrılmayacam. Hər gün
dua edirəm ona qovuşum deyə. Bəlkə də o da məni gözləyir bəlkə də o da
ilk məhəbbətini gözləyir. Bir vaxtlar sinifdə uşaqlar ilk məhəbbət
unudulmur deyəndə qəh-qəhə ilə gülərdim. Amma artıq ilk məhəbbət
kəlməsi gələndə gözlərimdən damla-damla yaşlar süzülür.

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. Angelocka dedi ki:

    Eeeeeeeeeeee :agla :agla bu nedi eee offfff yaaa sevgi niye axi ezab vermeyi xowlayir neye gore axiii??((((

    Sagol dostik ellerien sagliq cox gozle ve tebii ki aglamaliyski(( hekaye idi sagol(((

  2. fanya_ya dedi ki:

    halaldi thanks

  3. BLACK STAR dedi ki:

    saol cina maraqlidi….ela

  4. SuZaN dedi ki:

    eee… men bunu ilk oxuyanda da coox eseblesmisdim… ele cesaretsiz oglanlardan zehlem gedir!!!

  5. ROJE dedi ki:

    esl seven hec vaxti terk etmez.usaglarini fikirlesen valideynler onlari basa dusmeye mecburdular.oglan ve ya qiz eger temiz qelble sevirlerse hec vaxti ayrilmzalar.men iki cahan bir olsada sevdiyimi terk etmerem.dunyada olumden otesi yokdu onun ucun olumede deyer

  6. Badi_Seba dedi ki:

    bu nedi axi dostik????….yene baslamisanaaaa…doyecem bax….derd cekmeni istemirem… cray

  7. MILAQROS dedi ki:

    smiles cox sagol dostik smiles

  8. fanya_ya dedi ki:

    Ochen slojno verit v lyubof