Diqqeltle oxuyun…cox maraqlidir


Evin kiçik siçan balası divardakı çatlaqdan baxarkən kəndli və xanımının mətbəxdə bir paketi açdıqlarını gördü.
Öz özünə:
“İçində yeməli nə var görəsən?” deyə düşündü.
Bir müddət sonra paketin içindəkinin əslində bir siçan tələsi olduğunu anladı.
“Evdə bir tələ var! Evdə bir tələ var!” deyə bağıraraq təlaşla həyətə qaçdı.
Kiçik siçan balasını təlaş içində görən toyuq qaqqıldadı:
“Yazıq siçan… Bu sənin problemindir mənim yox. O tələnin mənə bir ziyanı olmaz” dedi.

Toyuqdan bir dəstək ala bilməyən siçan balası qoyunun yanına qaçdı və,
“Evdə bir tələ var! Evdə bir tələ var!” deyə çırpındı.
Qoyun anlayışla qarşıladı amma,
“Çox üzüldüm siçan qardaş amma dua etməkdən başqa əlimdən bir şey gəlməz. Dualarımda olacağından əmin ol” dedi.
Sonra çarəsiz siçan balası inəyə doğru yönəldi. Qaşlarını çataraq yazıq baxışlarla,
“Evdə bir tələ var! Evdə bir tələ var!” dedi.
İnək:
“Sənə görə narahat oldum siçan qardaş, amma bu məni maraqlandırmır” dedi.
Sonra siçan, başını aşağı əymiş, ümidsiz şəkildə evə qayıtdı.
Kəndlinin tələsi ilə bir gün tək başına qarşılaşmaq məcburiyyətində olduğunu anladı.
O gecə evin içində sanki ölüm səssizliyi var idi.
Siçan balası ac və susuz idi. Yorğunluqdan gözləri yumulurdu ki, qəfil bir səs eşitdi. Gecənin səssizliyini pozan səs siçan tələsindən gəlirdi.
Kəndlinin xanımı tələyə siçan düşdü deyə yatağından qalxıb mətbəxə qaçdı. Qaranlıqda tələyə bir zəhərli ilanın düşə biləcəyi ağlına belə gəlməyən qadın tələyə yaxınlaşdı. Quyruğu tələyə qısılmış qəzəbli ilan anidən kəndlinin xanımını çaldı. Kəndli xanımını təcili həkimə çatdırdı.
Həkim zəhəri təmizlədi, yaranı sarıdı. Evə gəldikdən sonra xanımın istiliyi yüksəldi. İstiliyi düşmək bilməyən qadın ağrıdan bərk əziyyət çəkirdi.
Belə hallarda toyuq suyunun xəstəyə xeyirli olduğunu hər kəs bilir. Kəndli də bıçağı götürüb həyətə çıxdı.
Xanım toyuq şorbasının suyunu içib bir az özünə gəldi. Hadisəni eşidən qonşular ziyarətə gəldilər. Onlar üçün kəndli qoyunu kəsdi.
Kəndlinin xanımı getdikcə pisləşirdi. Sən demə ilan çox zəhərli imiş.Bir neçə gün sonra xanım rəhmətə getdi.
Bu zaman xanımın cənazəsi üçün inək kəsildi.
Kiçik siçan balası bütün bu olanları üzüntü ilə divardakı dəliyindən izlədi.

Həyatda heç vaxt başqalarının dərdindən “mənə nə?” deyib keçməyin, çünki başımıza nə gələcəyini bilmirik

Tix_Tix_Xanim

Şərhlər:

  1. Angel_a dedi ki:

    oxudum cox maraqli idi tesekkurler .sicana komek elemediler amma axirda ozleri demek olar ki o teleye dusduler

  2. SoN_NeFeS dedi ki:

    Həyatda heз vaxt başqalarının dərdindən "mənə nə?" deyib keзməyin, зьnki başımıza nə gələcəyini bilmirik

    super elaa beyendimm

  3. Tix_Tix_Xanim dedi ki:

    Saq olun canickalarim=)

  4. Nadejda_Lyubvi dedi ki:

    duzdu cox maraqli idi sag ol

  5. ...::EMERALD::... dedi ki:

    ELİNE SAGLİK… utan

  6. DaRk_AnGeL dedi ki:
    Coox sagol maraqli xebere gore
  7. new girl dedi ki:

    elaaa xeberdir oxudum tewekkurler ellerin derd gormesin

  8. fanya_ya dedi ki:

    Bu xabar mani chox heyratlandirdi. Chox xoshuma galdi chox saq ol djan

  9. Tix_Tix_Xanim dedi ki:
    gozel_qiz,
    jasminka,
    Jelannaya_013,
    Coox saq olun ezizlerim=)))
  10. Jelannaya_013 dedi ki:

    4ooooooooooox maraxnan oxudum twk mas…

  11. jasminka dedi ki:

    choooooooox maraqlidir caniw tewekkurler

  12. gozel_qiz dedi ki:

    TWK MARAQLI WEBERE GORE

  13. Tix_Tix_Xanim dedi ki:
    Cox saq olun yazdiqiviza gore.Axirki bu xeberim isiq uzu gordu=)))
  14. ANGEL16 dedi ki:

    Gozel hekaye idi twk

  15. EQoiSTKa dedi ki:

    …Duzdi Nelzya Bit Ravnaduwnimi K Ludem…SanX…

  16. UNDERCOVER dedi ki:

    4ox saol dosi maraqli xebere gore

  17. mirashka dedi ki:

    cooooooox maraqlidir twklerr