Allah dilədiyini edər

Allah dilədiyini edər

Məryəm çiçəklərin üzərində kəpənək gördü. Qəhvəyi kəpənəyin sarı – sarı xalları var idi. Kəpənək uçmağa başlayanda, qanadlarının iç tərəfinin al rəngdə olduğunu gördü.
– Ana, həyatında belə kəpənək görməmisən. Buna bir bax!
– Qızım, Allah çöx gözəlliklər yaratmışdır. Sizin ən gözəl paltarlarınız belə bu kəpənəyin bəzəkləri qədər gözəl deyil.
– Ana, Allah istədiyi hər şeyi edə bilərmi?
– Bəli, mənim gözəl balam, hər şeyi.
– Mən də hər şeyi edə bilərəm.
Anası gülərək deyir:
– İndi sən bir barmaq böyümək istəsən, buna gücün yetərmi?
– Xeyir.
– Bəs saçlarının və gözlərinin rəngini özün seçmisənmi?
Məryəm boynunu bükdü:
– Xeyir.
– Səni də, çiçəkləri də böyüdən Allahdır. Sənin saçının, gözlərinin, bədəninin rəngini seçən və istədiyi şəkildə yaradan Odur. Allah Ali İmran surəsinin altıncı ayəsində buyurur: “Sizi ana bətnində dilədiyi kimi şəkilləndırən Odur. Ondan başqa ibadət ediləcək varlıq yoxdur.” Günəş, dəniz, külək, fırtına, qar, yağış – bunların hamısı Onun əlindədir. Necə ki, Quranda yazılıb: “Yox olub getməsinlər deyə göyləri və yeri ayaqda tutan Allahdır. Əgər onlar yox olarsa, Allahdan başqa heç kim onları qoruya bilməz.” Biz Allahın sonsuz qüdrəti qarşısında hörmətlə boyun əyirik.
– Ana, onun üçünmü namaz qılanda yerə qapanırıq?
– Bəli, qızım, Allahın çöx böyük, çox güclü, bizim isə Onun yanında aciz olduğumuzu göstərmək üçün səcdəyə qapanırıq.

MILAQROS

Şərhlər:

  1. Admin dedi ki:

    AY ALLAH NECEDE GOZEL XEBRDIR ELLERINE SAGLIK MILI.Wekil ise lap xoshuma gelid Ay allah bu balaca qizcigaza bax sen ))) yeyeremde onu ))

  2. MILAQROS dedi ki:

    Admin,oxudugun ucun sen sagol girl_ang

  3. Angelocka dedi ki:

    MILAQROS,
    Cox sagol meleyim birtanem elin qolun var olsun allah senin kimi melekden hemiwe razidi men demeyime ehtiyac yoxdu cunki bele gozel bir bendesi var onun ureyi temiz pak esasida melek kimi birisi)))

  4. MILAQROS dedi ki:

    Angelocka,can