Nura Suri (Biografiya)

Nura Suri (Biografiya)

Nura Suri 1976-cı il aprelin 15-də hərbçi ailəsində dünyaya göz açıb. Müğənninin valideynlərinin hər ikisi- atası və anası Qarabağ Müharibəsi veteranlarıdır. Nura Suri ali təhsillidir. 1991-ci ildə məşhur «İmkan» qrupunda fəaliyyət göstərib.

Şou-biznesə isə 2004-cü ildə möhtəşəm qayıdışı ilə yadda qalıb. Belə ki, Nura İsa Məlikovun «Yol» kompozisiyası ilə şou aləmdə səs yaratdı. Bu uğur Nurada inamı çoxalda bilir və o, həmin mahnıya Kənan M.M-in rejissorluğu ilə klip çəkdirir. Müğənninin uğurunu amerikalı reper Brendonla olan duet mahnıları- «Əlini çək» bir qədər də gücləndirdi. Müğənni bu layihəsinə görə bir neçə mükafata – «Qrand» və «İlin Mahnısı»na layiq görülüb. Nura ikinci klipini «Sevgilim»ə çəkdirib. «Sevgilim»in rejissorluğu Elxan Cəfərova məxsusdu.Zövq və gözəllik müğənninin yaradıcılıq yolunda az rol oynamayıb – o nüfuzlu sayılan «BREEZ» kompaniyasının reklam siması seçilib. Daha sonralar müğənni maraqlı təkliflər alır. O, tamaşaçı qarşısına yeni ampluada – aparıcı kimi çıxır. Müğənni altı ay ərzində həftədə 5 dəfə «Lider» telekanalında veriliş aparıcısı kimi çıxış edir. Nura Suri eyni zamanda FBİ kompaniyasının və krem «21»in siması olub. Müğənninin vətənpərvərlik mövzusunda çəkdirdiyi «Vətənim» klipi də çox böyük müzakirələrə səbəb oldu. Xanım İsmayılqızının musiqisinə çəkilən klipdə Nuranın klip boyu görünməməsi bir çoxları üçün gözlənilməz oldu. 2009-cu ildə Nura Suri «Sanki gecə idi» adlı ilk albomunu buraxdı. Paralel olaraq müğənni «Səndən öyrəndim» mahnısına klip çəkdirib. Fuad Əlişovun çəkdiyi bu klip il ərzində maraqla qarşılandı, yüksək şəkildə qiymətləndirildi. Bir çoxları bu klipi 2009-cu ilin ən maraqlı və keyfiyyətli klipi kimi dəyərləndirdi.Nura Suri özü mahnı da yazır. Müğənni Eltonun ifasında oxunan «Dəli» mahnısının müəllifidir.

Ulduz 3 gözəl oğul anasıdı – Xosrov, Möhsen və David. Nura Suri ilk albomunu məhz oğullarına həsr edib.

МиниК_Сердце

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    birce yuxu mahnisi xowuma gelir))…turk mahnilarinida pis oxumur)) cox sag ol Сердце=)
  2. Jelannaya_013 dedi ki:

    twk xebere gore ellerine saglix… twk

  3. meleyim dedi ki:

    bioqrafiyasin veren onun esl adini yazarda.bu oz adi deyil.cox xosum gelmir bundan

  4. DaRk_AnGeL dedi ki:
    Cox sagol can melumata gore
  5. SeLiN dedi ki:
    xebere gore tesekkurler twk
  6. VERY_SHY dedi ki:

    Nese xowum gelmir bunnan saol Gunayka

  7. Alone Girl dedi ki:

    bELE DE NORMAL.cOX DA XOSUM GELMIR NURADAN.NORMALLLLLLLLLL

  8. SAFURA dedi ki:

    ondan hec hec hec xosum gelmir evil

  9. EQoiSTKa dedi ki:

    Simpotnaya Cuvixa…SanX…

  10. _Aynur_ dedi ki:

    Tewekkur xebere gore…

  11. Sweet HOSTed Girl dedi ki:

    Zehlemmm gedir bunnannnnnn

  12. KoRoLeVa dedi ki:
    Sagol pups xebere gore ureyim
  13. SoN_NeFeS dedi ki:

    bilmirem kimdi tewekkurler angel twk twk angel applause

  14. KurQAN dedi ki:

    twk..amma maaqli deyil

  15. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler cox sevirem Nurani hem muqenni kimi hem qadin kimi.Cox gozeldi onu cooox sevirem

  16. sWeeT dedi ki:

    xoslayiram ifadeleriri i eso stilinide

  17. MELUSINA dedi ki:

    xosum gelmir bundan eziyyete gore cox sagol twk

  18. BlAcKsTaRiN dedi ki:
    pis oxumur,bir iki mahnisi qesengdi beyenirem dinliyirem,ozunnendeki elede xosum gelmir maraqlandirmir meni.yenede cox sagol tewekkur
  19. Nadejda_Lyubvi dedi ki:

    Nura Suri gozel qadindi xosuma gelir tskler

  20. merry-girl dedi ki:

    cox sag ol xebere gore

  21. New_Moon dedi ki:
    Eziyyete Gore Cox SAgol …Qeweng Mugennidi evil ..Seside Pis Deyil Azeri Dilinde Oxudugu Mahnilar Yaxwidi give_rose