Sevirəm səni…

Sevirəm səni...

Gözəl mələyim,
Xoş gələcəyim,
Gülüm, çiçəyim,
Sevirəm səni.

Tanrıdan payım,
Günəşim, ayım,
Baharım, yayım,
Sevirəm səni.

Ömrüm, həyatım,
Toyum, büsatım,
Laylam, bayatım,
Sevirəm səni.

Könül dəftərim,
Tale ülkərim,
Balım, şəkərim,
Sevirəm səni.

Süzgün baxışlı,
Gözü naxışlı,
Ay qələm qaşlı,
Sevirəm səni.

Ürəyim, canım,
Şöhrətim, şanım,
Mən necə danım,
Sevirəm səni.

Ayrılıq çətin,
Mətin ol, mətin,
Gücüm taqətim,
Sevirəm səni.

Sənə gərəyəm,
Əsən küləyəm,
Sevən ürəyəm,
Sevirəm səni.

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. MILAQROS dedi ki:

    Sьzgьn baxışlı,
    Gцzь naxışlı,
    Ay qələm qaşlı,
    Sevirəm səni.

    ay nece gozeldi sagol dostik,cox xoshuma geldi

  2. Badi_Seba dedi ki:
    cox gozel seirdi tesekkurler dostik…
  3. aznetin_gozeli dedi ki:

    mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm ne ise

  4. Angelocka dedi ki:

    Sənə gərəyəm,
    Əsən kьləyəm,
    Sevən ьrəyəm,
    Sevirəm səni.

    Cox sagol dostik super ellerine sagliq cox xowuma geldii

  5. Admin dedi ki:

    MILAQROS,
    ))))))))))

  6. MILAQROS dedi ki:

    Admin,kimi sevirsen hmmmmmm punish

  7. Admin dedi ki:

    MILAQROS,
    Xoshuna geldise sevindim ))))

  8. weytAnO4kA dedi ki:

    Цmrьm, həyatım,
    Toyum, bьsatım,
    Laylam, bayatım,
    Sevirəm səni.
    ммм как классно)спасибкии

  9. fanya_ya dedi ki:

    Chox saq ol gozal weira gora…