Axirət aləminin mərhələləri

alt

1.Ölüm

Ölüm ruhun tamamıilə bədəndən ayrılmasına deyilir ki,hər bir insan müxtəlif xəstəlik,hadisə və s.səbəblərdən bu dünyadan köçəcək və etdiyi əməllərə görə ALLAH qarşısında hazır olacaqdır.bir sıra rəvayətlərə əsasən ölüm,mömin və yaxçı əməl sahibləri üçün asan,kafirlər və günahkarlar üçünsə çətin olacaqdır.kafirlər və qeyb aləmini inkar edənlər ölümü aradan gedib məhv olmaq kimi qələmə verir,möminlər və saleh bəndələr isə onu məhv olmaq deyil,əksinə əbədi yaşayışa qovuşmaq bilirlər.

2.Qəbr

Ruhu bədəninən çıxmış insan qüsl,kəfən və s.işlərdən sonra qəbrdə dəfn olunur.kafir və müşrik və günahkarlar üçün qəbr sıxıntısı ən qorxulu və dözülməz sayılır.istər müsəlman,istıərsə də qeyri—müsəlman üçün qəbr məsələlərindən biri də,münkir və nəkirin ölüdən bir sıra suallar soruşmasıdır.onlar qəbirdə olan insandan ALLAH,peygəmbər,müqəddəs kitab,imam vəs.məsələlər haqda sual edəcəkdir.

3.Bərzəx

Bərzəx aləmi qiyamət gününədək möminlər və kafirlərin qalacagı müvəqqəti bir yerdir ki,möminlər qiyamət gününədək orada cənnətə oxşar bir yerdə,kafirlər isə cəhənnəmə oxşar bir yerdə qalacaqlar.bu aləm dünya həyatı ilə axirət arasında olan ayrılıq və boşlugu doldurdugu üçün << Bərzəx >>adlanmışdır.

4.QİYAMƏT

Bu söz ayaga qalxma və dirçəliş mənasını daşıyır.Qurani—kərimdə bu gün << Yəvmud–din >>(cəza və mükafat).<<Yəvmul—axir>>(son gün).<<Yəvmul—həsrət>>(həsrət günü).<<Yəvmul—üsr>>(çətin gün).<<Yəvmə tubləs—sərair>>(pərdələrin kənara gedib,sirlərin aşkar oldugu gün).kimi adlarla yad edilmişdir.Qurani-kərimin buyurduguna görə iki dəfə şeypur çalınacaq.birinci dəfə çalınanda yerdə və göylərdə olan canlı varləqlar öləcək və bununlada qiyamət günü başlayacaq.şeypur ikinci dəfə çalındıqda isə ölmüş canlılar bir daha diriləcək və ALLAH hüzurunda dayanacaqlar.Qurani-kərimdə oxuyuruq:<<İsrafil şeypuru çalacaq və ALLAH istədiyi kəslərdən başqa göylərdə və yerdə olan bütün canlılar öləcəkdir və sonra bir daha şeypur çalındıqda, insanlar ölümdən ayılaraq (məşhərə)baxacaqlar>>.

Qiyamət gününün nece agır və dəhşətli oldugunu bildirən bir neçə ayə:<<Bagışlayan və mehriban olan ALLAHIN adı ilə.Ey insanlar!Rəbinizdən (qorxub)pərhizkar olun ki,şübhəsiz Qiyamət gününün zəlzələsi çox böyük bir hadisədir.O gün bütün süd verən analar qorxudan öz körpələrini unudacaq və bütün hamilə qadınlar uşaqlarını salacaqlar.O gün xalqı məst halda görəcəksən,halbuki onlar məst deyil və lakin ALLAHIN əzabı şiddətlidir.>>

Həzrəti İsrafilin çaldıgı ikinci şeypurdan sonra əvvəldən dəfn olunmuş insanlar öz qəbirlərindən qalxacaq və etdiyi əməllərin hesabını görəcklər.Qurani-kərim bu haqda buyurur:<<(Onlar)qəbirlərdən çıxaraq həşaratlar kimi məşhərə səpələnəcəklər>>

6.Əməllərin hesablanması

Qurani-kərimin buyurduguna görə əsasən,qiyamət günündə zərrə qədər də olsa,yaxşılıq və pis əməllər ölçüləcək və onların hər biri üçün savab və cəza veriləcəkdir.Bu mərhələdə əməllərin ölçülüb hesablanması üçün bir sıra şahidlər şəhadət verəcəkdir.Qurani—kərimin ayələrində istifadə olndugu kimi,qiyamət günündə şəhadət verenlər bunlardır:

1.ALLAH-təala 2. islam ümmətinin peygənbəri 3.insanın bədən üzviləri 4.Mələklər 5.Yer.

7.Əməllər kitabını verilməsi

Axirət aləminin həyəcanlı mərhələrindən biri də insanlara əməllər kitabının verilməsidir.bu kitab insana sag tərəfdən verilərsə onun cənnətə,sol tərəfdən verilərsə,cəhənnəmə gedəcəyi məlum olacaqdır.insanların bütün yaxşı və pis işləri bu kitabda yazılı halda təhvil veriləcəkdir ki,Qurani-kərimdə bu haqda belə burulur:<<Onlar deyəllər :vay olsun bizə!bu nə cür kitabdır ki,bizim bütün kiçik və böyük əməllərimizi (unutmamış)və saxlamışdır.>>!

8.Sirat körpüsü

Axirət aləminin ən qorxulu mərhələrindən biri də,bütün insanların siratdan keçməsidir.sirat yeddi dayanacaqdan ibarət bir körpüdür. 1.Rəhm(qohum-əqrəba ilə yaxşı rabitə),əmanət və mə sumların vilayət və imaməti.2.Namaz 3.Xüms və Zəkat 4.Oruc 5.Həcc 6.Təharət və təmizlik 7.Məzalim(haqqun—nas və yaxud xalqın hüquqları).

<<Məryəm>>surəsinin 70-ci ayəsinə əsasən bütün insanlar bu sirat körpüsündən keçməli,amma günahkarlar sirat üzərində büdrəyib,cəhənnəmə düşəcəklər.bu 7 əməli yerinə yerinə yetirən şəxs bu körpünü tez keçəcək əks tədqirdə isə ayagı büdrəyəcək və cəhənnəmə düşəcəkdir.

9.Behişt və cəhənnəm axirət aləminin sonuncu və əbədi mərhələsi cənnət və ya cəhənnəmdən ibarətdir ki,cənnət yaxşı əməl sahibləri olan möminlər,cəhənnəm isə müşrik və kafirlər üçün əbədi bir yerdir.

Tix_Tix_Xanim

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    paylawdigin ucun cox sag ol…Allah butun juselmanlarin qildigi namazlari ve etdiyi dualari qebul etsin…Allah hec kime qebr ezabini gostermesin…
  2. Miss_Azericka dedi ki:

    Allah razi olsun canim.

  3. meleyim dedi ki:

    cox sag ol deyerli xebere gore

  4. merry-girl dedi ki:

    Leonel-207,Amin Ruslannnn

  5. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler haminiza.Allah sizlerdende razi olsun.Allah hamimizi oz cennetinde meskunlasdirsin.AMIN.

  6. UNDERCOVER dedi ki:

    4ox saol canim Allah razi olsun

  7. BAKINKA_777 dedi ki:

    Allah razi olsun..

  8. DaRk_AnGeL dedi ki:

    Cox sagol Allah razi olsun senden

  9. ...::EMERALD::... dedi ki:
    twk
  10. BlAcKsTaRiN dedi ki:

    ALLAH RAZI OLSUN COX SAGOL…

  11. MELUSINA dedi ki:

    deyerli xebere gore cooox sagol Allah razi olsun twk

  12. ::HappilY:: dedi ki:

    Allah razi olsun canim…………………………..

  13. radnoyparen dedi ki:

    Allah razi olsun

  14. hz_yusif dedi ki:

    twk COX SAGOL twk

  15. Niqulya-1 dedi ki:

    Allah gunahlarimizdan kecsin.Amin…

  16. fanya_ya dedi ki:

    Chox saq ol!

  17. SeLiN dedi ki:
    xebere gore tesekkurler… twk
  18. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…