Tarixin yeddi məşhur yalanı


alt

1. Kral İohan azadlıq xartiyasını (sənədini) imzalayıb

Kralın səlahiyyətlərini məhdudlaşdıran məşhur azadlıq xartiyası İngiltərədə demokratiya

 yolunun başlanğıcı demək idi. O dövrün bir çox rəsm əsərlərində Kral İohanın xartiyanı

 həvəssiz bir şəkildə imzaladığı təsvir olunub. Əslində isə Kral İohan yazıb-oxuya bilmirdi

. Bu səbəbdən də onun hər hansı bir sənədi imzalamasını iddia etmək gülüncdür. Həm də 

arxivdə saxlanılan xartiyaların 4 nümunəsinin dördündə də yalnız möhür var, heç bir imza

 yoxdur.
Tarixin yeddi məşhur yalanı

2. Volter Reyl Avropaya kartof və tütünü gətirib

İddia olunduğu kimi, kartof və tütünü Avropaya ilk gətirən Volter Reyl olmayıb. O, 1586-cı ildə

 İngiltərəyə ilk dəfə kartof gətirsə də, 1585-ci ildə İspaniyada kəndlilər əkdikləri ilk kartofu

 yığmağa başlamışdılar. Tütün isə 1560-cı ildə fransız Jan Nikot tərəfindən Avropaya gətirilib. 

Məhz bu səbəbdən nikotin sözü onun familiyasından götürülüb.
Tarixin yeddi məşhur yalanı

3. Magellan bütün dünyanı dövr edib

Hamıya məlumdur ki, Magellan bütün dünyanı dövr edib və Filippin sahillərində öldürülüb.

 Əslində Magellan səyahətinin yalnız yarısını həyata keçirə bilib, onun başladığı səyahəti

 köməkçisi Xuan Sebastiyan sona çatdırıb.
Tarixin yeddi məşhur yalanı

4. Roma yanarkən İmperator Neron skripka çalırdı

Bir çox tarix kitablarında yazılır ki, e.ə. 64-cü ildə Roma İmperatoru Neron Roma şəhərini

 yandırıb və Roma yanarkən də o, skripka çalırmış. Ancaq bu, mümkün deyil. Çünki skripka

 Nerondan düz 1600 il sonra icad olunub. Həm də Roma yanarkən Neron Romada yox, ondan 30 
mil uzaqlıqda olan malikanəsində olub
Tarixin yeddi məşhur yalanı.

5. Kapitan Ceyms Kuk Avstraliyanı kəşf edib

1770-ci ilə kimi Ceym Kukdan əvvəl, hollandiyalı səyyahlar Avel Tasman, Dirk Xartoq və

 ingilis dəniz qulduru Vilyam Dampir Avstraliya qitəsində olublar. Həm də bu qitə 50000 il
 
bundan əvvəl yerli aborigen sakinləri tərəfindən onsuz da kəşf olunmuşdu. Sadəcə olaraq

, Kuk buranın yeni bir qitə olduğunu deməklə Avstraliyanı kəşf edən səyyah adını alıb.
Tarixin yeddi məşhur yalanı

6. Hamlet, Şekspirin təxəyyülünün məhsuludur

Vilyam Şekspir bəşər tarixinin ən məşhur dramaturqlarından biri sayılır. Ancaq onun bir çox

 əsərlərinin mövzusu iddia edildiyi kimi, ona məxsus olmayıb. Belə ki, Şekspir məşhur

 “Daniyalı Şahzadə Hamletin faciəsi” pyesini skandinav əfsanəsi əsasında yazıb.
Tarixin yeddi məşhur yalanı

7. Amerika 4 iyun, 1776-cı ildə müstəqillik əldə edib

Bu belə deyil. Düzdür, bu tarixdə Müstəqillik Bəyannaməsi imzalanıb. Ancaq bu müstəqillik

 uğrunda müharibə daha 7 il davam edib, yalnız 3 sentyabr 1783-cü ildə Amerika ilə ingilis kralı

 III Georq arasında sülh sazişi imzalanıb
Tarixin yeddi məşhur yalanı.

SeLiN

Şərhlər:

  1. merry-girl dedi ki:

    yalana nifret edirem xebere gore tesekkur

  2. NiGhT AnGeL dedi ki:

    TEWEKKURLER

  3. Emo_Girl dedi ki:

    XEBERE GORE TESEKKURLER

  4. MELUSINA dedi ki:

    maraqlidi cox sagol twk

  5. Miss_Azericka dedi ki:

    twkler

  6. DaRk_AnGeL dedi ki:
    Cox sagol maraqli xebere gore
  7. DaviDoFF dedi ki:

    bele weyler mene aid deil =)

  8. Sweet HOSTed Girl dedi ki:

    Yalan nifret edirem mende……………thanks xebere gore

  9. Я ТоТ СаМаЯ dedi ki:

    twk maraqlidi

  10. SoN_NeFeS dedi ki:

    cox sag ol….cox maragli idi applause twk angel

  11. BlAcKsTaRiN dedi ki:

    tewekkur maraqlidii……!

  12. fanya_ya dedi ki:

    Choooooox saq ol djanim