Sənə Deyirəm Həyat…

Tam “həyata bağlandım”deyərkən bir yerdə çökmək…

Acı bir xəbərlə yıxılmaq!

Ölməyi istəmək… Bir saniyəliyinə ölümü seçmək…

“Keçər”demək mənasızdır artıq. Havaya qarışmaq, dənizə qarışmaq, hər şeyə ‘əlvida’ demək…

Ruhum bədənimdən ayrılar da mən bir mələk kimi göyə yüksəlsəm qanadlarım olarmı görəsən? Bir mələk… Sevgilinin son sözləri kimi,

mələk…

Yalan sevgilinin yalan sözləri…

Yalan sevginin qalan son yalan qırıntıları…

Yalan həyatın yalan insanları, yalan kütləsi…

Yalan bir sonluğun yalan hekayəsi…

Yalan zamanın yalan tuta bilmədikləri…

Yalan xatirələrin yalan içindəkiləri…

Yalan bir mələyin qırılan yalan qanadları…

Yalan gecələrin yalan saxlaya bilmədikləri…

Yalan bir həyatın yalan insanı…

Bu qədər yalan həyata yapışmaq niyedir?

Buraxsalar da o göyə çıxan halımda bir qanadlarıma baxa bilsəm artıq varmı yoxmu. Buraxsalar da getsəm artıq ən tezindən. Buraxsalar da

ağlaya bilsəm artıq içimdən gəldiyi qədər. Buraxsalar da rol etməyi buraxıb ağrımı yaşaya bilsəm artıq özümcə.

Buraxsalar da bir gecə küçəyə çıxıb “bəsdi” deyə qışqıra bilsəm avaz avaz. Buraxsalar da getsəm artıq buralardan. Buraxsalar da zorla

yeməsəm, zorla içməsəm bu yalan hər şeyi davam etdirə bilmək üçün. Buraxsalar da doya doya axıtsam gözyaşlarımı qırıq ürəyimə. Buraxsalar

da titrəyən əllərimlə basdırsam bütün konkret xatirələri ya torpağa ya dənizə. Buraxsalar da…

Ən məqsədsiz zamanlarda belə yapışacaq bir şey vardır deyilmi həyatda?”Heç yoxdan bunun üçün yaşamalıyam” deyərsən. O səbəb belə

yalandır. Yaşanası o səbəb belə olmasa da olar. Necə olsa özünü yaşadacaq o səbəb. Sən olsansa da olmasansa da…

Həyat! Sənə deyirəm…

Yalansansa əgər, tələsənsə əgər, keçib gedirsənsə əgər dayanma! Qurtar və get! Qurtar sonunu görək. Meydan oxuduğun təsadüf əziyyətlərin

qırılan xəyali qanadıma bir yeni ağrını daha əlavə etmədən qurtar artıq.




Qurtar ki bir yalanını daha görməyim…
 
 

::HappilY::

Şərhlər:

  1. jasminka dedi ki:

    maraqli xebere gore thanks

  2. BlAcKsTaRiN dedi ki:

    exx tewekkur…!!!

  3. DaRk_AnGeL dedi ki:

    Cox sagol ela idi

  4. SoN_NeFeS dedi ki:

    ellerine saqliq superrrrrrrr applause

  5. FashionGirl dedi ki:

    Maraqlidi xebere gore tewekkurler

  6. Tix_Tix_Xanim dedi ki:

    Qurtar ki bir yalanını daha gцrməyim…

  7. New_Moon dedi ki:

    Qurtar ki bir yalanını daha gцrməyim…
    :((((

  8. _Anonimka_ dedi ki:

    Qurtar ki bir yalanını daha gцrməyim…

    tesekkur

  9. Imperator dedi ki:

    maraqli xebere gore Tewekkurler

  10. Optimist... dedi ki:

    TESEKKURLER…