Qəbələdə beynəlxalq musiqi festivalı keзiriləcək


Festival avqustun 13-dən 23-nə kimi davam edəcək
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə pianoçuların Beynəlxalq musiqi festivalı keçiriləcək. Festival çərçivəsində dünyanın tanınmış musiqiçilərinin konsertləri də təşkil olunacaq.

Festival avqustun 13-dən başlayaraq 10 gün ərzində davam edəcək. Bu müddət arzində müxtəlif ölkələrdən tanınmış pianoçular Qəbələdə bir araya gələcəklər. Həmçinin İsrailin məşhur simfonik orkestrinin çıxışı da tədbirin proqramına daxil edilib. Artıq festivalın hazırlıq işlərinə başlanılıb.

Festivalın musiqi direktoru Fərhad Bədəlbəyli festivalın bir neçə hissədən ibarət olacağını bildirib. Tədbir ərəfəsində isə Azərbaycanın muğam və caz gecələri də təşkil olunacaq.

Beynəlxalq tədbirin daha maraqlı keçməsi üçün münsiflər heyətinin üzvləri də konsert verəcəklər./AzərTAc/

Məlumatı ANS press yaydı

Black_Boy

Şərhlər:

  1. )(akker dedi ki:

    cox sagol ……..

  2. Black_Boy dedi ki:

    )(akker,
    MILAQROS,
    DEymez ezizlerim siz sag olun

  3. Angelocka dedi ki:

    Black_Boy,
    Cox sagol dostik oyna maraqli xebere gore minnetdaram

  4. Black_Boy dedi ki:

    Angelocka,
    Siz sag olun

  5. SuZaN dedi ki:

    dostik… thanksss xebere gore… men de QEBELELIYEM eeeee roll