Men o men deyilem….

Mən o mən deyiləm,inanmırsansa bax geriyə.Silmişəm bütün xatirələri,xəyanətlə vurduğun zərbələri.Silmişəm adını,nömrəni.Həsrətinlə danışdığım,yoxluğunla barışdığım,həm yanıb alışdığım o qəlbimi gömmüşəm torpağa.

Vurduğun hər zərbədən yıxılmışam mən,əlimdən tutubda qaldıranım olmayıb.Yenə də öz gücümlə qalxmışam mən!…Çox büdrəmişəm bu sevgidə amma yıxılmamağa çalışmışam,ağlamaq istəyib də ağlamamışam.Yazıqdır göz yaşıma dedim,nə üçün ağlayırlar dedim.Yenə də gecənin zülməti örtdü göz yaşlarımı.Həsrətimi gizlətdim ondan bilməsin,acizliyimə gülməsin.Çünki,biri üçün darıxıb da görməməyin nə olduğunu bilməz,sevirəm desəmdə əhəmiyyət verməz.O,bilməz qəlbin acısını,nə yanğısını.

Yoxluğunu sən bilim onunla ömür sürəcəm.Bəlkədə yaşadıqlarıma mən uzaqdan baxıb güləcəm.Bəlkədə gizlicə göz yaşı tökəcəm.Bitən bu nağılı danışacam sizlərə.Məni qınayıb sən nə acizsən deyəcəklər.Acizliyimin sevgimdən olduğun bilməyəcəklər.

İndi isə möhkəm ol deyirsən,amma ayrılıq hər duyğudan güclüdür,Sən ki,bunu bilirsən!……
Bəzən düşünürəm ki,görəsən indi sənmi daha pissən yoxsa mən.Hə sevgilim hansımız?
Mənə gördüyüm ən gözəl yuxu səni idin deyərdin.İndi sən yuxusuzmu qamısan?
Duyduğun ən gözəl sevgi əsəri mənəm deyərdin.İndi sən əsərsizmi qalmısan?
Gördüyün ən gözəl dünya gözlərimdir deyərdin.İndi sən dünyasızmı qalmısan?

Qurduğun ən gözəl xəyal mən idim.İndi sən xəyalsızmı qalmısan?
Cavablarını mən bilirəm əzizim.Sən yuxularına yeni bəzək tapmısan.Dünyana yeni yollar salmısan.Xəyallarını başqası ilə işıqlandırmısan.Sevgini isə tapdığını sanırsan,amma aldanırsan.Hə sən indi sevgisiz qalmısan.Yəni sən indi məndən də pis vəziyyətdə qalmısan.Mən səni itirdim,sən isə sevgini.
 
 

_Anonimka_

Şərhlər:

  1. New_Moon dedi ki:

    Mən səni itirdim,sən isə sevgini.
    .
    Elleruve Sagliq ela Xeberdi Tesur Eledi

  2. QaRaCa dedi ki:

    Super xebere gore tesekkurler

  3. jasminka dedi ki:

    tewekkurler ela yazidir

  4. Agresiv_qiz dedi ki:

    _Anonimka_,
    cox sagol canim dosim ela yazidi. twk

  5. KurQAN dedi ki:
    bunu! oxumuwdum qeweng hekayedi
  6. Imperator dedi ki:

    Cox sawol maraqli yazidi

  7. Angel_a dedi ki:

    Gozel yazidi coox sagol twk

  8. mirashka dedi ki:

    qeweydiee twklerr

  9. ANGEL16 dedi ki:

    ela xeberdi sag ol

  10. _Anonimka_ dedi ki:

    New_Moon,
    tesekkur oxuyanlarin hamisina tesir edir

  11. O_Z_I_L dedi ki:

    maraqlidi twk xosuma geldi

  12. _TaNeM_ dedi ki:

    uzuldum maraglidir insana tesir edir twk canik